Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Türkmənistan iqtisadiyatı – ÜDM (2012 ilə olan) AQP (Alıcılıq qabiliyəti pariteti) görə dünyanın 97 iqtisadiyatıdır. Türkmənistanın nominal ÜDM 2012 il üçün $ 33, 47 mlrd., AQP yə görə $47,55 təşkil edir. Türkmənistan iqtisadiyatının əsasını təbii qaz təşkil edir ki, ölkənin gəlirinin çoxusu onun ixracı hesabına başa gəlir. Kənd təsərufatı ölkə əhalisinin yarısından çoxu üçün dolanışıq vasitələri qaynağıdır. Türkmənistanın dünyanın 10 ən böyük pambığ istehsalçısı sırasına daxildir ki, onun yetişdirilməsi üçün ayrılan ərazi ölkənin suvarılan torpaqlarının təxminən yarısını təşkil edir. Türkmənistan neft – qaz yataqları.1990 ildə Türkmənistan 90 mlrd. kub metr qaz hasil edirdi, və bu həcmin 75%çoxu ittifaq cumhuriyətlərinə ötürülürdü. Baxmayaraq ki Türkmənistan qazı SSRİ nin hasil etdiyi qazın 12,5% təşkil edirdi, türkmən qazı Ukrayna, Qırğızıstan, Tcikistanın qaz təminatında mühüm rol oynayırdı. 2011 il oktyabrın 1 olan vəziyətə görə ölkənin ümumi qeoloji əhtiyatları 71,21 mlrd. ton şərti yanacaq kimi dəyərləndirilir ki, bunun 53,01 mlrd. tonu – quruda olan ehtiyat qaynaqların, 18,2 mlrd. ton isə — dəniz şelfinə aid ehtiyat qaynaqların payıdır. Bununla belə sübut olunmuş qaz ehtiyatlar 25,213 trln. kub-metr.təşkil edir. Ancaq "Türkmənqaz" dövlət konserni 30 çox qaz və qazkondensat yatağla işləyir ki, bunlardan Dövlətabad, Kərpicli, Qaraşsızlayanın 10 illiyi, Qazlıtəpə, Baqaca, Qarabi, Qurrukbil, mərkəzi Qaraqumda yatağlar qrupu və sair. 2030 ilə qədər, Türkmənistan neft-qaz sənayesinin inkişafı proqramına görə, qaz hasilatı 250 mlrd. kub-metrə qədər, neft 110 mln.tona qədər artırılmalıdır. Həmçin qaz ixracı 180 mlrd. kub-metrə çatdırılmalıdır. Quruda olan karbohidregenlərin işlənməsi əsasən türkmən dövlət konsernləri("Türkmənneft","Türkmənqaz","Türkmənqeoloqiy") tərəfindən həyata keçiriləcək, əsas xarici investisiyalar isə şelfdə işlənəcək. Türkmənistan hökuməti Xəzərin türkmən sektorunun lisenziyalaşması proqramını təsdiq edib ki, orada karbihedrogenlərin kəşfiyatı və hasilatı üçün 32 blok qeyd edilib. Bu gün(2012) Türkmənistanda qaz hasilatının həcmi 75 mlrd. kub-metrdən çox təşkil edir – ixracın 60 mlrd.kub-metr. Qaza nisbətən ölkənin neft hasilatı olduqca azdır. İldə 10 mln. ton. Neftin bir hissəsi 1,5 mln ton ildə) Bakı-Ceyhan boru kəməri ilə ixrac edilir.
Elektroenerqetika
Türkmənistan elekrik stansiyalarının 2013 ilə təsdiq olunmuş gücü 4104 meqavat təşkil edir. Türkmən elektrik enerjisinin İrana və Əfqanıstana ixracı 2012 ilin yekunlarına görə 2713 meqavat təşkil edir.
Tekstil. Bu gün yeniləşdirilmiş və yeni tekstil müəssisələrinin ümumi gücü 135 min ton lif-pambıq təşkil edir. Dövlət səhmdar "Türkmənxalı" korporasiyası 10 bədii xalçaçılıq müəssisəsini birləşdirir, onların 100 xalçaçılıq sahəsi və sexi var, pambıq xammalından istehsal olunan məmulatlar: platel, jakkar, velvet, məxmər, batist, mitkal, portyer və başqaları. Kimya sənayesi.
Türkmənistanda mirabilit, daş duz, qlauber, mətbəx, kalium duzu, ozokerit, yod, brom, sulfat, natrium və başqa, kimya sənayesində kütləvi istifadə olunan, madələr var. Ölkənin kimya sənayesinin flaqmanları Türkmənabad kimya zavodu, Maraxdakı mineral kübrə zavodu, Qaurdaq kükürd zavodu, Bekdaş kimya kombinatı, Çələkəndəki kimya zavodlarıdır. 2014 ilə qədər Marı şəhərində ammiak və karbamid istehsal edən zavodlar komplekslərinin tikintisinin bitirilməsi planlaşdırılır. İllik karbamid istehsalı 640 min ton təşkil edəcək. Tikinti $1 mlrd. ba.a gələcək və yapon investorları tərəfindən aparılacaq.
Metallurqiya sənayesi
2009 ildə Ovdantəpədə ölkədə, tikintiyə (prokata, armatur, bucaq, şveller)hesablanmış ilk metalurji zavodu fəaliyətə başladı. 160 min ton prokat istehsal gücü olan Türkiyə şirkətləri konsorsiumu tərəfindən tikilmişdir. Tikinti 64, 5 mln. ABŞ dollara dəyərləndirilir. Polad metal qırıntıdan ya da gətirilmə yarımfabrikatdan əridilir. Gəmiqayırma.
2012 ilin mayında Dövlət dəniz və çay xidməti öz hesabına alman "İnros, Lacker AG" şirkəti ilə gəmi təmiri və qayırması zavodunun tikintisi üçün texniki məsləhət xidmətləri anlaşması bağlanıb. İlk sex artıq sınaqdan çıxıb. Orada qəmi –təmiri və kiçik aztonnajlı gəmilərin yığımı keçirilir. Türkiyənin "Dearsan Gəmi İnsaat San. A. Ş. Gülhan Den. Tic Ltd Sti." Ilə Türkmənbaşı limanında 320 nəfərlik yüksəksürətli gəminin tikintisi üçün anlaşma bağlanıb.