Tərəkəmə — yuxarı və aşağı hissələrə bölünən tarixi-coğrafi rayon. Hazırda ərazi Dağıstanın Dərbənd, Qaytaq, Qayakənd və Tabasaran rayonlarının bir hissəsidir.
tarixi ərazi | |
Tərəkəmə | |
---|---|
Tərəkəmə (tarixi-coğrafi ərazi) | |
| |
Ölkə | Rusiya |
Daxildir | Dağıstan Respublikası |
Tarixi və coğrafiyası | |
Yaradılıb | XVI əsrin sonları |
Əhalisi | |
Əhalisi | 100 min[1] nəfər |
Etnik tərkib | Azərbaycanlılar, türklər, qarapapaqlar |
Dini tərkib | islam |
Rəsmi dili | Azərbaycan |
Bölgənin əsası XVI əsrin sonlarında Tərəkəmələri Şirvandan buraya köçürən Qaytaq Usmisi Sultan-Əhməd tərəfindən qoyulmuşdur.[2][3][4]
Yuxarı Tərəkəmə ərazisinə Ərkit, Canaq, Quli, Mola-kent, Yengikənd , Tumanlar, Çumlı, həmçinin Başlı kəndi daxil idi.[5]
Tərəkəmə camaatının çoxu rəiyyət idi.[6] Hazırda da bu kəndlərin əhalisinin çoxunu azərbaycanlılar təşkil edir.[7]
1820-ci ildə Usmi idarəçiliyi ləğv edildikdən sonra Tərəkəmələrin məskunlaşdığı ərazi rus pristavına tabe olan xüsusi Tərəkəmə ərazisinə çevrildi. Lakin tezliklə yenidən Qaytaq usmiliyinin idarəçiliyinə verildi. 1860-cı ildən Tərəkəmə mahalı Dağıstan vilayətinin tərkibində yaradılmış Qaytaq-Tabasaran dairəsinin Aşağıqaytaq bölməsinin tərkibinə daxil edildi.[8][3] 1866-cı ildə burada Naib idarəçiliyi tətbiq edildi. 1900-cü ildə isə pristav bölməsinə çevrildi.
1921-ci ildə Qaytaq-Tabasaran dairəsi Dağıstan Muxtar Sovet Sosialist Respublikasının tərkibinə daxil oldu. Həmin ilin iyulunda rayonun bir hissəsində ayrıca Dərbənd rayonu təşkil edildi.
Tərəkəmələrin əsas hissəsi hələ də Dərbənd rayonunun Bərəkəy, Cəmikənd, Vəlikənd, Gecux, Padar, Məmmədqala, Qala, Səlik, Segelər, Çinar, Qaradağlı, Ullu-Tərəkəmə, Tatlar və Dəliçoban kəndlərində kompakt yaşayır.[8]