Tərtər Elektromexanika Zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə.
Tərtər Elektromexanika Zavodu | |
---|---|
Ümumi məlumatlar | |
Təsis tarixi | 1976 |
Baş qərargahın yeri | Tərtər, Azərbaycan |
Tərtər Elektromexanika Zavodu (TEMZ) Azərbaycan SSR Nazirlər Sovetinin 246 nömrəli 03 avqust 1976-cı il tarixli Sərəncamına əsasən "Azərsutikinti" Baş idarəsinin Tərtər rayonu ərazisində yerləşən obyektlərinin bazasında yaradılmışdır.
1977-ci ildən zavod SSRİ Radio Sənayesi Nazirliyinin tərkibində olan və Moskva şəhərində yerləşən Lionozovo Elektromexanika zavodunun Tərtər (Mirbəşir) filialı olmuşdur.
Zavod ilk fəaliyyətini 1977-ci ildə mühərrikli qayıqlar üçün "Taxometr-spidometr" məhsulunun istehsalı ilə başlamışdır.
1993-cü ildən zavod DXMKK-nin tərkibində olmuş, 2006-cı ildən isə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.[1]