T28 və ya T28 Super Ağır Tankı İkinci Dünya Müharibəsi zamanı Amerika Birləşmiş Ştatları Ordusu tərəfindən istifadə üçün nəzərdə tutulmuş olan super ağır tankdır. Siegfried Xəttində almanlara qarşı istifadə edilmək üçün nəzərdə tutulsa da, daha sonra müharibənin sonrakı mərhələlərində Sakit okean cəbhəsində Yaponiyaya qarşı istifadə edilməsi də planlaşdırılmışdır.
T28 | |
---|---|
Tipi | Super ağır tank |
Ölkə | |
İstehsal tarixçəsi | |
Konstruksiya tarixi | 1945 |
İstehsalçı | Pacific Car and Foundry (ABŞ) |
İstehsal illəri | 1945 |
İstehsal sayı | 2 ədəd |
Xüsusiyyətləri | |
Ağırlığı | 86,2 ton |
Zireh | 50,8 - 305 mm |
Mühərrik | Ford GAF V-8 benzinli |
Mühərrik gücü | 500 a.g. (372 kW) |
Əsas silah | 105 mm T5E1 |
Köməkçi silah | M2 Browning |
Uzunluğu |
|
Eni | 4,39 m |
Hündürlüyü | 2,84 m |
Ekipaj | 4 |
Vikianbarda əlaqəli mediafayllar |
86 tonluq T28 Super ağır tankı əvvəlcə ağır tank kimi dizayn edilmişdir. 1945-ci ilin axırlarına doğru T95 özüyeriyən artilleriya sistemi kimi yenidən adlandırılmış və 1946-cı ildə isə adı T28 Super ağır tankı olaraq təyin olunmuşdur. Tankın hərəkət mənzili 160 km olub, maksimum sürəti saatda 13 km təşkil etmişdir.
Layihə ləğv edilənə qədər cəmisi 2 ədəd prototipi istehsal edilmişdir. Tankın qabaq hissəsində olan 305 mm-lik zirehi onun müharibələr zamanı Üçüncü Reyxin ordusu olan Vermaxtın əsas tank əleyhinə silahlarından biri olan məşhur 8,8 sm KwK 43 kimi ağır topuna qarşı etibarlı müdafiə təmin edirdi.[1]