M2 Browning .50 Kalibrlik Pulemyot — John Browning tərəfindən Birinci Dünya müharibəsinin sonlarına doğru konstruksiya edilmiş olan ağır pulemyotdur. Bu pulemyot John Browning'in daha əvvəl yaratmış olduğu M1919 Browning pulemyotuna xarici görünüş baxımından oxşayırdı. Lakin bu silah özü üçün nəzərdə tutulmuş olan daha güclü, daha böyük kalibrli 50 BMG və ya indiki adı ilə 12,7×99 mm NATO standartlı gilizlərdən istifadə etmişdir. M2 "Ma Deuce" və ya "əlli" olaraq yad edilir. Yüngül zirehli döyüş maşınları, piyadalar, zirehsiz maşınlar və qayıqlar, yüngül istehkamlar və alçaqdan uçan təyyarələrə qarşı olduqca təsirlidir.
M2 Browning | |
---|---|
Tipi | Ağır pulemyot |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1933-günümüz |
İstismara başlanması | 1933 |
İstifadə edilən döyüşlər |
İkinci Dünya müharibəsi Koreya müharibəsi Birinci Hindçin müharibəsi Süveyş böhranı Vyetnam müharibəsi Folklend müharibəsi İraq müharibəsi (2003-2011) Əfqanıstan müharibəsi Körfəz müharibəsi |
İstehsal tarixçəsi | |
Konstruktor | John Browning |
Konstruksiya tarixi | 1918 |
İstehsalçı | Müasir dövrdə: General Dynamics, Fabrique Nationale, US Ordnance, Manroy Engineering |
İstehsal illəri | 1921 |
İstehsal sayı | təxmini 3 milyon |
Variantları | M2, M2HB |
Xüsusiyyətləri | |
Ağırlığı | 38 kq (boş çəkisi) 58 kq (dəzgahı ilə bərabər) |
Uzunluğu | 1,656 mm (1,143 mm lülə uzunluğu) |
Vikianbarda əlaqəli mediafayllar |