Taraz (jurnal)

"Taraz" (erm. Տարազ — Dəb) — 1890–1919-cu illərdə Tbilisidə nəşr edilmiş ədəbi-bədii, ictimai həftəlik erməni qəzeti, daha sonra jurnal. Mühərriri (redaktoru) və naşiri Tiqran Nazaryan olmuşdur.

Taraz
erm. Տարազ
"Taraz" məcmuəsinin 24 fevral 1891-ci il tarixli 8-ci nömrəsi
"Taraz" məcmuəsinin 24 fevral 1891-ci il tarixli 8-ci nömrəsi
Növ ictimaiədəbi-bədii jurnal
Baş redaktor Tiqran Nazaryan
Yaranma tarixi 1890
Dil erməni dili
Nəşrini dayandırıb 1919
Ünvan Tbilisi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1900-cu ilə qədər həmin naşirin çap etdirdiyi "Ağbyur" adlı şəkilli uşaq məcmuəsinə əlavə olaraq nəşr edilmişdir. Jurnal olaraq nəşr edildiyi vaxt "İllüstrasiya", "Paris modası", "Sağlamlıq" və s. bölmələri olmuşdur.

"Taraz" jurnalı dövrünün demək olar ki, bütün ədəbi hadisələrinə öz səhifələrində əks etdirmiş, cavab vermişdir. Jurnalda Hovannes Tumanyan, Avetik İsahakyan, Şuşanik Kurqinyan, Aleksandr Şirvanzadə, Atabek Xnkoyan, Vahram Papazyan, Aleksandr Tsaturyan, Hakob Paronyan və başqalarının bədii əsərləri çap edilmiş, rus, gürcüQərbi Avropa ədəbiyyatından (A.Puşkin, M.Lermontov, N.Nekrasov İ.Turqenev, E.Ninoşvili, İ.Çavçavadze, A.Kazbeqi, Şekspir, Şiller, Bayron, Emil Zolya, Mopassan və b.) tərcümələr təqdim olunmuşdur. Hovannes Ter-Mirakyan, Sarkis Beknazaryan, Stepan Lisityan, Qazaros Ağayan kimi pedaqoqların pedaqoji, məktəb və ailə təhsili haqqında fikirləri işıqlandırılmışdır.

Musiqi, teatr və təsviri sənət sahələrinin əhatə olunmasında "Taraz"ın (adı ilə əlaqədar olaraq) rolu böyükdür. Həmçinin jurnal rəylər, mətbuat nəzəriyyələri nəşr etmiş, erməni mühərrir və publisistlərinin fəaliyyəti ilə oxucularını tanış etmişdir.

Dərin məzmunlu "Taraz" jurnalı səhifələrində Azərbaycan mədəniyyətinə, memarlığına geniş yer verirdi. O, demək olar ki, hər bir nömrəsində Azərbaycan memarlıq sənətindən bir nümunə əks etdirməklə erməni oxucularını tanış edirdi. 1890–1908-ci illədə "Taraz" öz səhifələrində Bakı şəhərinin ümumi görünüşünü, Bibiheybət neft buruqlarını, Naxçıvanİrəvandakı Göy məscidləri, Bakının İçərişəhəriniQız qalasını, Gəncədəki Şah AbbasCavad xan məscidlərini, Bakı ətrafı evləri, Cəmiyyəti-xeyriyyə binasını, Şuşa şəhərinin ümumi panoramını, Azərbaycan mollasının geyimini, məişətini, hətta qəlyan çəkməsini, Balaxanı neft mədənlərini, Ordubad mədrəsəsini, neft mədənlərinin memarlığını, fəhlə geyimini əks etdirirdi.[1]

  • ՏԱՐԱԶ // Հայկական Սովետական Հանրագիտարան. հ․ 11, էջ 606;
  • Kövsər Tarverdiyeva. Azərbaycan mədəniyyəti erməni dövri mətbuatında (1850-1920). Bakı: Yazıçı, 1985.
  1. Kövsər Tarverdiyeva. Azərbaycan mədəniyyəti erməni dövri mətbuatında (1850-1920). Bakı: Yazıçı. 1985. səh. 11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]