Tatlar (Azərbaycan)

Tatlar — irandilli etnoslardan biri. Abşeron yarımadasında, Quba, GöyçayŞamaxı rayonlarında məskunlaşmışlar. Yayılma ərazilərinə, etnik əlamətlərinə, dialekt xüsusiyyətlərinə görə Azərbaycan tatları müəyyən fərqli cəhətlərə malik olsalar da, əslində onlar vahid bir azsaylı etnos sayılırlar.[5]

Tatlar (Azərbaycan)
Ümumi sayı
37 000[1]
Yaşadığı ərazilər
Azərbaycan Azərbaycan 25 218 (2009)[2]
İran İran 8 700 (2013)[1]
Rusiya Rusiya 1 585 (2010)[3]
Ukrayna Ukrayna 64 (2001)[4]
Tacikistan Tacikistan
Dili

tat dili

Dini

İslam

Qohum xalqlar

farslar, osetinlər, darilər, talışlar, kürdlər, taciklər.

Bəzi tədqiqatçıların fikrincə, Xəzər dənizinin qərb sahili boyunca Abşerondan Dərbəndədək məskunlaşmış tatlar buraya köçürülmüş qədim İrandilli xalqlardan biridir və onlar Şirvan ərazisinin ən qədim etnik təbəqələrindəndir.[6]

Tarixi məlumata görə bu qədim xalq təqribən 1500 il bundan qabaq Sasani işğalları zamanı Azərbaycan ərazisinə köçürülmüşdür. Qədim ari tayfalarından olduğu güman olunan tatlar ərəb işğalından sonra islam dinini qəbul etmişlər.

Tat dilində danışırlar.

Tatların əksəriyyəti İslam dininə etiqad edir. Yəhudi, ZərdüştXristian tatlar da vardır.

Rəsmi statistika

[redaktə | mənbəni redaktə et]
1999-cu və 2009 il s.a. əsasən Tatlar
Yaşayış məntəqəsi 1999 sa.[7] 2009 sa.[2]
Bütün ölkə üzrə 10 922[8] 25 218[2]
Quba rayonu 1 088 13 880
Xaçmaz rayonu 8 853 9 108
Şabran rayonu 5 1 766
Sumqayıt 96
Hacıqabul rayonu 30
Abşeron rayonu 10
Şamaxı rayonu 6
Xızı rayonu 5
Siyəzən rayonu 42

Tanınmış şəxsiyyətlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Joshua Project – Unreached Peoples of the World: Mussulman Tat Arxivləşdirilib 2004-11-07 at the Wayback Machine
  2. 1 2 3 Population statistics of Eastern Europe:Ethnic composition of Azerbaijan by 2009 census Arxivləşdirilib 2012-02-07 at the Wayback Machine
  3. "Всероссийская перепись населения 2010. Национальный состав населения РФ 2010". 2021-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-18.
  4. Population statistics of Eastern Europe: Ethnic composition of Ukraine 2001 Arxivləşdirilib 2012-05-26 at Archive.today
  5. "Tatlar". 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-12.
  6. Aşurbəyli S. Şirvanşahlar dövləti (VI –XVI əsrlər). Avrasiya press, Bakı 2006, s. 27
  7. "Population statistics of Eastern Europe". 2013-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-18.
  8. The United Nations Statistics Division : Arxivləşdirilib 2018-07-25 at the Wayback Machine 27.01.1999 census of Azerbaijan
  • Qəmərşah Cavadov. Azərbaycanın azsaylı xalqları və milli azlıqları (Tarix və müasirlik). Bakı "Elm" nəşriyyatı — 2000, s.67–106.
  • С. И. Брук. Население мира. Этнодемографический справочник. Москва. "Наука", 1986, с. 152–170.
  • Məhəmməd Məcnun oğlu Əliyev — Azərbaycan tatlan "MBM" nəşriyyatı, Bakı — 2006

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]