Tatul Akopyan

Tatul Aşıği Akopyan[1][2][3][4] (erm. Թաթուլ Աշիկի Հակոբյան; 29 dekabr 1969, Balakənd, Barana rayonu) — Ermənistan müxbiri və müstəqil siyasi analitiki.[5][6]

Tatul Akopyan
Doğum tarixi 29 dekabr 1969(1969-12-29) (53 yaş)
Doğum yeri
Vətəndaşlığı
Təhsili
Fəaliyyəti jurnalist
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Tatul Akopyan 29 dekabr 1969-cu ildə, SSRİ respublikalarından olan Ermənistan SSR-nin şimal-şərqində, Azərbaycan SSR ilə sərhəd yaxınlığındakı Balakənd kəndində anadan oluşdur.[7] O, İrəvan Dövlət Universitetində təhsil almış və 1995-ci ildə həmin universitetin Jurnalistika fakültəsindən məzun olmuşdur.[8] Akopyan həmçinin, Gürcüstanın paytaxtı Tbilisi şəhərindəki Gürcüstan İctimaiyyətlə Əlaqələr İnstitutunun məzunudur.[9]

Karyerası[redaktə | mənbəni redaktə et]

Akopyan əvvəllər "Ankakhutyun" (1991–1995), "Yerkir" (1998–2000), "Azg" (2000–2006), "Aztag" (2005–2016)[10] və "The Armenian Reporter" (2008–2009) qəzetlərində müxbir, o cümlədən Ermənistan İctimai Radiosunun "Radiolur" xəbər proqramının regional məsələlər üzrə müşahidəçisi (2004–2008) kimi çalışmışdır. O, 2009-cu ildən 2021-ci ilin fevralına qədər müstəqil "Sivilitas fondu"nun (CivilNet) müxbiri və analitiki olaraq çalışmışdır.[8][11][12]

Akopyan 2014-cü ildən İrəvanda yerləşən "ANİ Erməni Araşdırmaları Fondu"nun direktorudur.[10][13] O, hal-hazırda Tbilisidə yerləşən "Aliq Media" erməni xəbər agentliyinin köşə yazarıdır.[9]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Akopyan ailəlidir və iki oğlu var. O, erməni, rus, ingilisispan dillərində danışır.[8]

Əsərlər[redaktə | mənbəni redaktə et]

  • Կանաչ ու սև. արցախյան օրագիր [Yaşıl və qara: Qarabağ gündəliyi] (2008)
  • Հայացք Արարատից. հայերը և թուրքերը [Ağrıdan görüntü: Ermənilər və türklər] (2012)
  • Մահվան հովիտ․ 44-օրյա աղետ [Ölüm vadisi: 44 günlük fəlakət] (2021)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Akopyan, Tatul. "Ermənistan-Azərbaycan sərhədində sovet dövründən bu günə qədərki həyat". JAMnews (az.). 2 aprel 2018. 2021-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 sentyabr 2021.
  2. Akopyan, Tatul. "Dörd günlük müharibə". JAMnews (az.). 13 aprel 2016. 2021-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 sentyabr 2021.
  3. Məmmədova, Gülxanım. "2020-ci il müharibəsinin ən qanlı günü: 10 oktyabr". Politicon.co (az.). Topçubaşov Mərkəzi. 1 sentyabr 2021. 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 sentyabr 2021. ... "CivilNet"in müxbiri Tatul Akopyanla söhbətində müharibənin başlanmasından ...
  4. Laçın, Sultan. ""Osmanlı Türkiyəsi bizə taxıl verməsəydi, acından öləcəkdik…"-Erməni jurnalist". Moderator.az (az.). 2 sentyabr 2021. 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 sentyabr 2021.
  5. Quliyev, Emil; Arutyunyan, Məryam. "Russia's Crimea move could reignite Karabakh conflict: analysts". Yahoo! News. 7 may 2014. 4 oktyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 sentyabr 2021. Tatul Hakobyan, an independent analyst in Yerevan.
  6. "Displacement and Status in the Nagorno Karabakh Conflict" (PDF). Chatham House. 21 November 2012. səh. 2. 4 oktyabr 2015 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 13 sentyabr 2021. Tatul Hakobyan (Reporter and Analyst, Civilitas Foundation, Armenia)
  7. Sarkisyan, Voskan. "Թաթուլ Հակոբյան. "Եթե գյուղացին մոլորվում է, ապա կարող է "մոլորվել" նաեւ ադրբեջանցի դիվերսանտը"". Aravot (erməni). 4 oktyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 sentyabr 2021. Նոյեմբերյանի սահմանամերձ Դովեղ գյուղից սերված Թաթուլ Հակոբյանը...
  8. 1 2 3 "HAKOBYAN Tatul". ypc.am. Yerevan Press Club. 3 oktyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 sentyabr 2021.
  9. 1 2 "Meet Tatul Hakobyan in Texas (Dallas, Austin, Houston) - June 3-15, 2021". aniarc.am (ingilis). ANI Armenian Research Center. 11 April 2021. 31 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 sentyabr 2021.
  10. 1 2 "Journalist Tatul Hakobyan to Head Newly Formed ANI Foundation for Armenian Studies". Hetq. 2 yanvar 2015. 9 oktyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 sentyabr 2021.
  11. Qriqoryan, Marianna. "Armenia: Yerevan Growing More Cautious on Reconciliation with Turkey". EurasiaNet. 5 yanvar 2010. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 October 2015. Tatul Hakobyan, an analyst at the Civilitas Foundation...
  12. Hakobyan, Tatul. "Farewell to CivilNet". aniarc.am (ingilis). ANI Armenian Research Center. 19 fevral 2021. 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 sentyabr 2021.
  13. ԹԱԹՈՒԼ ՀԱԿՈԲՅԱՆ. "aniarc.am - ՀԱՅԿԱԿԱՆ ՈՒՍՈՒՄՆԱՍԻՐՈՒԹՅՈՒՆՆԵՐԻ ԱՆԻ ՀԻՄՆԱԴՐԱՄ". aniarc.am. 4 oktyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 sentyabr 2021.