Tiger II (tank)

Panzerkampfwagen VI Ausf. B (Pz. Kpfw. VI Ausf. B / Zirehli müharibə vasitəsi VI Ausf. B, ləqəb: Tiger II) — Alman ordusunda II. Dünya müharibəsi dövründə ağır tank sinfində xidmət etmişdir. Sonderkraftfahrzeug 182 (Sd. KFZ. 182).

PzKpfw VI Ausf. B “Tiger II” (Pələng II)
PzKpfw VI Ausf. B “Tiger II”
Tipi Ağır tank
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 1944—1945
İstismara başlanması 1944
İstismar edənlər Nasist Almaniyası
İstifadə edilən döyüşlər İkinci dünya müharibəsi
İstehsal tarixçəsi
Konstruktor Henschel & Son / Krupp (tank qülləsi)
Konstruksiya tarixi 1943
İstehsalçı Henschel & Son / Krupp (tank qülləsi)
İstehsal illəri 1943—1945
İstehsal sayı 492
Xüsusiyyətləri
Ağırlığı 68 t
Sürət 41.5 km/s
Əsas silah 1x 8.8 cm KwK 43 L/71
Köməkçi silah 2x 7.92 mm Maschinengewehr 34
Uzunluğu 7.62 m (10.286 m topla bərabər uzunluğu)
Eni 3.75 m
Hündürlüyü 3.09 m
Ekipaj 5 nəfər (sürücü, yükləyici, tank komandiri, radiorabitəçi, atıcı)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əvvəllər amerikalı əsgərlər "King Tiger", İngilislər "Royal Tiger" olaraq xitab edirdilər və Almanlar da "King Tiger" (mənası Kral Tiger, yəni Kral Pələng) sözünün Alman tərcüməsi olan Königstiger (Almanca'daki mənası: Benqal pələngi) adını istifadə etməyə başladılar.

Bu tank ən əhəmiyyətli xüsusiyyəti Tiger I tankının zireh qalınlığı ilə Panther tankının zireh yamacı xüsusiyyətlərinin bir yerdə birləşməsi idi. Tiger II tankının şassisindən Jagdtiger adlı tank qatilinin istehsalında istifadə edilmişdir . Tiger II tanklarının ağırlığı tank qülləsini nəzərə almadan 68.5 tondur, tank qülləsi ilə birlikdə bu çəki 69.8 tona çatırdı. Tankın ön qismindəki zirehin qalınlığı 150 mm-dən 180 mm-ə qədər idi. Tank qülləsində bir ədəd 8.8 sm-lik KwK 43 L/71 topu var idi. Bəzilərində 10.5 sm-lik KwK L/68 topu var idi.

Ağır zirehi və uzun mənzilli topu səbəbindən digər tanklara qarşı çox güclüydü. Xüsusilə qərb cəbhəsində müttəfiq qüvvələrin az qala heç ağır tankı yox idi. Bu tanka qarşı müdafiə savaşıda vermək az qala qeyri-mümkün idi.

Tiger II tankları 2500 metrdən ABŞ istehsalı olan M4 Sherman tanklarını, 1800 metrdən növbəti ABŞ istehsalı olan M26 Pershing tanklarını SSRİ istehsalı olan IS-2 tankını, 1200 metrdən isə bütün düşmən tanklarını məhv etməyə qadir idi. Bu tankdan Nasist Almaniyası propaqanda məqsədilə çox geniş şəkildə istifadə etmişdir.

Bu tankın ən böyük problemi mexaniki qüsurları idi. Tanka cəbhədə təcili ehtiyac olduğundan kifayət qədər sınanmamış və problemləri həll edilməmişdir. Çox ağır olması səbəbi ilə bəzən tankı hərəkət etdirmək üçün tam qaz verilməsi lazım idi. Müharibənin sonununa doğru Nasist Almaniyasındakı xammal çətinliyi səbəbi ilə zirehinin polad keyfiyyəti aşağı idi, bu da zərbəyə qarşı dayanıqlığını azaldırdı (ruslar tərəfindən testlərdə, ard-arda zərbə alan zirehdə çatlar meydana gəlmişdir). Bütün bunlara baxmayaraq Tiger II, İkinci dünya müharibəsinin ən güclü tanklarındandır. O qədər güclü idi ki, təcrübəli bir ekipajla ilə 10 ədəd Amerika istehsalı M4A1 Shermanı məhv etdiyi qeydiyyata alınmışdır.

Digər xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Tiger II tankı

Sürətlər qutusu: Maybach OLVAR EG 40 12 16 B (8 irəli və 4 geri)

Radiorabitə: FuG 5, Befehlswagen (komanda tankı) modeli: FuG 8 (Sd. Kfz. 267), FuG 7 (Sd. Kfz. 268)

Sursat: 88 mm — 80 mərmi (Porsche tank qülləsi), 86 mərmi (Henschel tank qülləsi), 7.92mm — ən çoxu 5,850 mərmi

Hədəf Görücü: Turmzielfernrohr 9d (TZF 9d), ilk modellərdə TZF 9b

Zireh planı: (bütün bucaqlardan üfüqi)

Qüllə öndən, alt qisimi: 100 mm @ 40°; üst qisimi: 150 mm @ 40°

Qüllə yandan, alt qisimi: 80 mm @ 90°; üst qisimi: 80 mm @ 65°

Qüllə arxadan: 80 mm @ 60°

Qüllə üstü: 40 mm @ 90°

Qüllə tavanı: 40 mm @ 90° (öndən), 25 mm @ 90° (yandan)

Tank qülləsi ön: 180 mm @ 80° (Porsche tank qülləsi: 60–110 mm, yuvarlaqlaşdırılmış)

Tank qülləsi yan: 80 mm @ 69° (Porsche tank qülləsi: 80 mm @ 60°)

Tank qülləsi arxa: 80 mm @ 70° (Porsche tank qülləsi: 80 mm @ 60°)

Tank qülləsi üst: 44 mm @ 0–10° (Porsche tank qülləsi: 40 mm @ 0–12°)

Panzer VI (Tiger II)

Nasist Almaniyası hökuməti tərəfindən 1500 ədət tank sifariş edilmişdir. Toplamda 485 və ya 489 ədət (prototiplər daxil olmaqla) istehsal edilmişdir. 1944-cü ilin ortalarından kütləvi istehsalına başlanılmış və müharibənin sonunda istehsalı bitmişdir.

İllərə görə istehsal miqdarı aşağıdakı kimidir:

  • 1943-cü ildə 3 ədəd;
  • 1944-cü ildə 377 ədəd
  • 1945-ci ildə 107 ədəd

Dünya miqyasında bu tankdan işlək vəziyyətdə olan sadəcə olaraq cəmi 1 ədəd qalmışdır. Bu tank da Fransadakı bir tank muzeyində sərgilənir. Restavrasiya (yəni təzədən bərpa) görmüş və işlək vəziyyətdədir.