Tomas Uillis (ing. Thomas Willis; 27 yanvar 1621[1][2][…], Qreyt-Bedvin[d], Uiltşir[d][4][5] – 11 noyabr 1675[1][2][…], London[4]) — İngiltərə həkimi. O, anatomiya, nevrologiya və psixiatriya tarixində əhəmiyyətli rol oynamış, London Kral Cəmiyyətinin qurucu üzvlərindən olmuşdur.
Tomas Uillis | |
---|---|
Doğum tarixi | 27 yanvar 1621[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 11 noyabr 1675[1][2][…] (54 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | plevrit |
Dəfn yeri | |
Elmi dərəcəsi |
|
İş yeri | |
Elmi rəhbəri | Uilyam Harvey[3] |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Tomas Uillis bədənin işini kimyəvi reaksiyalar biliklərinin köməyi ilə izah etməyə çalışan İngiltərə yatro kimyaçıların liderlərindən biri idi. İnsan sinir sistemi və müxtəlif xəstəlikləri hərtərəfli araşdırması ilə tanınır/ Onun fikirləri anatomiya, nevrologiya və psixiatriyanın inkişafında mühüm rol oynamışdır. O, 1660–1675-ci illərdə Oksford Universitetində təbiət fəlsəfəsi professoru olmuş, 1666-cı ildə Londonda tibb praktikası üçün məkan açmış və dövrün ən məşhur, ən nüfuzlu həkimlərindən biri olmuşdur. Uillis London Kral Cəmiyyətinin qurucularından biridir.[6] Tomas Uillisin diabetin adlandırılmasında iştirak etmişdir. Hətta, İngiltərədə əvvəllər bu xəstəlik "Uillis xəstəliyi" adlandırılırdı.[7] Uillis öz tiryək tinkturasını icad etmişdir. O, bundan zehni pozuntular, qıcolmalar, gut, böyrək daşları, nizamsız bağırsaq hərəkətləri, qusma, kolik, plevrit və tənəffüs xəstəliklərini müalicə etmək üçün istifadə etmişdir. Uillis tiryəkin heyvanın beyin gücünün bir hissəsini yatızdırdığına və ən yaxşı əlac hesab etdiyi sağlam yuxuya səbəb olduğuna inanırdı. Onun fikrincə, tiryək qızdırmanı yüngülləşdirir və bir çox insanda mövcud olan xəstəliklərin öhdəsindən gəlirdi. Uillis yazırdı ki, vəhşi atlar normalda irəli-geri qaçır və ya çəpərlərin üzərindən atlayırdısa, onlar tiryək qəbul etdikdən sonra rahatlaşırdılar. Tiryəkin istifadəsində modulyasiya daha əvvəl Tomas Sidenhem tərəfindən tövsiyə olunsa da, ilk dəfə bunun nəzarətsiz istifadəsinin təhlükələri barədə açıq və inadkarcasına danışan Uillis idi. O, tiryəkin müsbət tərəfinin qeyri-adi dərəcədə cazibədar olduğunu, ancaq mənfi tərəfinə baxdıqda şeytanın görüldüyünü qeyd etmişdir.