Twitter trendi — Twitter-də digərlərindən daha çox qeyd olunan söz, ifadə və ya mövzu. Trend mövzular ya istifadəçilərin birgə səyi nəticəsində, ya da insanları konkret mövzu haqqında danışmağa sövq edən hadisə səbəbindən populyarlaşır.[1]
Trend mövzular bəzən müəyyən məşhurların və ya mədəni hadisələrin pərəstişkarlarının birgə səyləri və manipulyasiyalarının nəticəsidir. Twitter, məhdud müvəffəqiyyətlə bu tip manipulyasiyaların qarşısını almaq üçün keçmişdə trend alqoritmini dəyişdirmişdi.[2]
Twitter tez-tez təhqiredici olduğu iddia edilən trend heşteqlərəsenzura tətbiq edir. Twitter #Thatsafrican[8] və #thingsdarkiessay heşteqlərinə senzura tətbiq etmişdi, çünki istifadəçilər həştəqləri təhqiramiz hesab etdiklərindən şikayətlənirdilər.[9] Twitter-in #NaMOinHyd-i trend siyahısından çıxardığı və onun yerinə Hindistan Milli Konqresinin sponsorluq etdiyi heşteqi əlavə etdiyi iddiaları var.[10]
2019-cu ildə qlobal trendlərin 20%-nin həqiqi olmadığı, saxta və Türkiyə mənşəli hesablardan istifadə edərək avtomatik olaraq yaradıldığı müəyyən edilib. 2015-ci ildən bəri reklam və siyasi kampaniyalarla əlaqəli 19.000 açar sözün Türkiyədəki trendlərə çıxması üçün 108 min hesabdan istifadə edildiyi bildirilir.[11]
↑Wang, Zheye; Ye, Xinyue; Tsou, Ming-Hsiang. "Spatial, temporal, and content analysis of Twitter for wildfire hazards". Natural Hazards (ingilis). 83 (1). 2016-08-01: 523–540. doi:10.1007/s11069-016-2329-6. ISSN1573-0840.
↑Sakaki, Takeshi; Okazaki, Makoto; Matsuo, Yutaka. Earthquake shakes Twitter users // Proceedings of the 19th international conference on World wide web. WWW '10. New York, NY, US: ACM. 2010. 851–860. doi:10.1145/1772690.1772777. ISBN9781605587998.
↑Nichols, Jeffrey; Mahmud, Jalal; Drews, Clemens. Summarizing sporting events using twitter // Proceedings of the 2012 ACM international conference on Intelligent User Interfaces. IUI '12. New York, NY, US: ACM. 2012. 189–198. doi:10.1145/2166966.2166999. ISBN9781450310482.
↑Elmas, Tuğrulcan; Overdorf, Rebekah; Özkalay, Ahmed Furkan; Aberer, Karl. "Ephemeral Astroturfing Attacks: The Case of Fake Twitter Trends". 6th IEEE European Symposium on Security and Privacy. Virtual: IEEE. 2021. arXiv:1910.07783.