UEFA Regionlar Kuboku (ing. UEFA Regions Cup) — UEFA-nın təşkil etdiyi Avropada keçirilən həvəskar futbol turniri. Turnir iki ildən bir keçirilir. İlk Adı — Həvəskarlar Kuboku (ing. Amateur Cup) idi.
UEFA Regionlar Kuboku | |
---|---|
Açılış ili | 1996 |
Komandaların sayı | 38 |
Son çempion | Şərqi Region |
Ən uğurlu klub | Venesiya (2) |
Veb səhifəsi | uefa.com |
UEFA Regionlar Kuboku 2015 |
UEFA Həvəskarlar Kuboku 1966-cı ildən 1978-ci ilə kimi dörd ildən bir keçirilirdi. Lakin, Turnirə maraq az olduğu üçün 1978-ci ildə turnir ləğv edildi. Buna Baxmayaraq, 1998-ci ildə UEFA turniri yenidən bərpa etmək qərarına gəldi. Həmçinin, turnirdə müəyyən dəyişikliklər də edildi. Turnirdə milli həvəskarlar liqasının qalibləri ilə yanaşı, cırtdan ölkələrin də gənclər yığması da iştirak edə bilərlər. UEFA Regionlar Kubokunda hər ölkədən yalnız bir komanda iştirak edə bilər.
UEFA Regionlar Kubokunda ən çox İtaliya və İspaniyanın Klubları — turnirin keçirildiyi bütün müddət ərzində hərəsi iki dəfə olmaqla qalib gəlmişlər.
Həvəskarlar üçün beynəlxalq turnirlərin keçirilməsi ideyası ilk olaraq UEFA-nın 1965-ci ilin fevral ayında olan iclasında təklif edilmişdir. UEFA-nın icraedici komiteti bu təklifi qəbul etdi və beləliklə, 1966-cı ildə UEFA Həvəskarlar Kuboku yarandı. Amma, o dövrdə, oyunçunun həvəskarlıq statusunu müəyyən etmək çox çətin olduğundan, UEFA-ya daxil olan 33 ölkədən yalnız 12-si iştiraka razılıq verdi. Həvəskarlar Kubokunun reqlamentinə görə, turnirə yalnız peşəkarlar liqası olan assosiasiyalar buraxıla bilərdilər. Məhz buna görə də Şərq Blokunun ölkələri və skandinaviya ölkələri turnirdə iştirak edə bilməmişdilər.
Turnirdə iştirak edən 12 komanda hərəsində 3 komanda olmaqla 4 qrupa bölündülər. Turnir bir dövrədən ibarət idi və İspaniyanın Malyorka şəhərində keçirilirdi. 1967-ci il 18 iyunda keçirilən final oyununda Avstriya yığması Şotlandiya yığmasını 2-1 hesabı ilə məğlub edərək kuboku qazandı.
1970-ci ildə Hollandiya qalib oldu. Dörd il sonra isə Yuqoslaviya və Qərbi Almaniya oyunsuz, qələbəni, öz, aralarında, bölüşdürdülər. 1978-ci ildə Yuqoslaviya yenidən qalib oldu. Amma, Yunanıstanda keçirilən bu turnir sonuncu oldu. Çünki, turnirdə yalnız 10 komanda iştirak edirdi və bu da turnirə marağın az olduğunu göstərirdi.
1996-cı ildə UEFA Turniri yenidən bərpa etmək qərarına gəldi. Qaydalarda müəyyən dəyişikliklər edildi. Beləliklə, 1999-cu ildə Tarixdə ilk dəfə olaraq UEFA Regionlar Kuboku Keçirildi. Turnirin qalibi İtaliya komandası olan Venesiya qazandı. Onlar final oyununda Madrid oyunçularını 3-2 hesabı ilə məğlub etmişdilər.
UEFA Regionlar Kubokunda da digər turnirlərdə olduğu kimi qalibə həmişəlik kubok verilir. Turnirin qalibi artıq sonrakı həvəskarlar kubokunda iştirak edə bilməz. Çünki, turnirin qalibinə daha yüksək status — peşəkarlıq statusu verilir. Amma, istisnalar da var — bəzən klublar bir neçə mövsüm dalbadal iştirak edə bilərlər. Turnirin kuboku germetik olmadığına görə, ona hər-hansısa bir maye əlavə etmək olmaz. Buna görə də qaliblər kubokdan şampan içmək şansından məhrum olurlar.
İl | Keçirildiyi Yer | Final | |||||||
---|---|---|---|---|---|---|---|---|---|
Qalib | Hesab | Finalçı | Bürünc Mükafatçılar | ||||||
1999 (en) |
İtaliya |
Venesiya |
3:2 ə.v. |
Madrid |
Praqa |
Ukrayna | |||
2001 (en) |
Çexiya |
Moraviya |
2:2 ə.v. (pen. 4:2) |
Braqa |
Madrid |
Plovdiv | |||
2003 (en) |
Almaniya |
Pyemont |
2:1 | Men |
Sabolç |
Vürtemberq | |||
2005 (en) |
Polşa |
Bask Yığması |
1:0 | Cənubi-Qərbi Sofiya |
Kaxovka |
Mərkəzi Slovakiya | |||
2007 (en) |
Bolqarıstan |
Aşağı Sileziya |
2:1 ə.v. |
Cənubi-Şərqi Region |
Aveyru |
Tuzla | |||
2009 (en) |
Xorvatiya |
Kastiliya və Leon |
2:1 | Otleniya |
Privoljye |
Kempen | |||
2011 (en) |
Portuqaliya |
Braqa |
2:1 | Lenster/Manster |
Zlin |
Belqrad | |||
2013 (en) |
İtaliya |
Venesiya |
0:0 ə.v. (pen. 5:4) |
Kataloniya |
İsloç |
Keleti | |||
2015 (en) |
İrlandiya |
Şərqi Region |
2:1 | Zaqreb |
Ankara |
Vürtemberq |