Sülhpərvər Lüdviq (alm. Ludwig V. von der Pfalz der „Friedfertige“; 2 iyul 1478[1][2], Heydelberq[2] – 16 mart 1544[1][2], Heydelberq[2]) — Vittelsbax sülaləsindən alman zadəgan, yazar və həkim, Pfals kürfürstü.
V Lüdviq | |
---|---|
alm. Ludwig V. von der Pfalz | |
28 fevral 1508 – 16 mart 1544 | |
Əvvəlki | Filipp |
Sonrakı | II Fridrix |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 iyul 1478[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 16 mart 1544[1][2] (65 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Filipp |
Ailəsi | Vittelsbax sülaləsi |
Dini | katolisizm |
Vikianbarda əlaqəli mediafayllar |
1478-ci ildə doğulmuşdu. Onun valideynləri Filipp və Bavariya-Landsxut hersoqu IX Lüdviqin qızı Bavariyalı Marqaret (1456–1501) idi. Lüdviq təhsilini humanist İohann Reuxlindən, dini təhsilini isə təbliğçi Codokus Qallus (1459–1517) və Adam Verner fon Temardan almışdır. Anasının ölümündən sonra 1502-ci ildə o, cəngavər kimi təlim keçmək üçün Fransa sarayında göndərilir. 1508-ci ildə atasının yerinə kürfürst seçildikdən sonra o, Landsxut varislik müharibəsinin nəticələrinə qatlaşmalı oldu və imperiyada Pfalsın hüquqlarını bərpa etməyə çalışdı.
O, Bavariya qolu ilə də barışa bildi. Qardaşı Fridrixin Habsburqlar ilə dostluq əlaqələri onun köməyinə gəldi. 1518-ci ildə Auqsburq məclisində o, Pfalsa tətbiq edilmiş imperiya qadağasının götürülməsinə nail oldu. 1519-cu ildə Habsburqlardan böyük rüşvət aldıqdan sonra imperator seçkilərində V Karla səs verdi. Lüdviq ən enerjili kürfürstlərdən biri hesab olunurdu və xüsusilə Heydelberq qalasında müxtəlif tədbirlərə təşəbbüs göstərirdi. Böyük qala istehkamlarının genişləndirilməsi, qərb divarının və qalın qüllənin inşası ilə yanaşı, iqamətgahdakı digər tikililərin müasirləşdirilməsi ilə də xüsusi əhəmiyyət kəsb etmişdir. Qalanın bir qülləsini bir mərtəbə qaldırdı və bununla da kitabxana otağını (Lüdviq özü tibb üzrə on iki cildlik əsər yazdı) bu gün də qorunub saxlanılan pəncərəsi ilə genişləndirdi.
1523-cü ildə Lüdviq Frans fon Zikiinqenin rəhbərliyi altında cəngavərlərin üsyanını məğlub etdi. 1525-ci ildə o, təhkimçiliyin ləğvi kimi tələbləri haqlı hesab etdiyi üçün 10 mayda Reyn və Frankoniyadakı üsyan bölgələrində Almaniya kəndli müharibəsində döyüşməyə gəlmiş üsyankar kəndlilərlə danışıqlar aparmağa çalışdı. Lakin o, uğursuzluğa düçar oldu və sonra Trir arxiyepiskopu Rixard fon Qreiffenklau ilə ittifaqa girərək bir neçə dəfə kəndlilərə qarşı döyüşlərdə iştirak etdi.
1529-cu ildə Alzeydə onun adından 350 Anabaptist inanclarına görə məhkəməsiz edam edildi,[3][4] kişilərin başları kəsildi və qadınlar boğduruldular.[5] Lüdviqin kansleri Florenz fon Venninqen 1528-ci ildə bu məsələ ilə bağlı memorandum yazdırdı və Köln, Mayns, Trir, Frayburq, İnqolştadt, Tübinqen, Leypsiq və Hetdelberq hüquq fakültələrindən ekspert rəyləri xahiş etdi.[6]
Kürfürst V Lüdviq 1511-ci il fevralın 23-də Heydelberqdə Bavariya hersoqu IV Albertin qızı Sibilla (1489–1519) evləndi. Bu evlilik uşaqsız qaldı. Onun qeyri-qanuni qızı Marqareta fon Lützelşteyn (14 mart 1523 – 3 iyul 1560), 1543-cü ildə Ettinqen-Ettinqen qrafı XVI Lüdviqlə evləndi. 1544-cü ildə ölümündən sonra qardaşı II Fridrix onu əvəz etdi.
Təxminən 1525-ci ildən başlayaraq o, alman dilində tibbi mətnlərin on iki cildlik toplusunu (Heidelberg, Cod. Pal. germ. 261–272) yazdı. Bu toplunun adı alm. Zwölfbändiges Buch der Medizin (12 cildlik tibb kitabı) olmağına baxmayaraq Pfalsın saray kapellanı Ottmar Stab, ölümündən sonra onun fasiküllərini 1554-cü ildə 13 cilddə təşkil edilmişdir.[7] Kitab əvvəllər Pfals saray Kitabxanasının bir hissəsi idi, lakin bütün kolleksiya ilə birlikdə 1622-ci ildə Vatikan Kitabxanasına aparıldı və alman dilindəki əlyazmaları ilə birlikdə 1816-cı ildə Haydelberqə qaytarıldı. O, hazırda Haydelberq Universitetinin kitabxanasında saxlanılır və onlayn olaraq mövcuddur.[8]
Lüdviq həmçinin 1525-ci ildə Kreuznaxda məskunlaşmağa icazə verdiyi Meyer Levinin (Meir Levi) oğlu İsaak Levinin tibbi əsərinin surətini hazırladı və bu əsər 1535-ci ildə Haydelberqdə nəşr olundu.