Dmitri Levanoviç Kartvelişvili (gürc. დიმიტრი ქართველიშვილი; 13 dekabr 1927 və ya 23 dekabr 1927, Tiflis – 2009) — sovet və gürcü dövlət və partiya xadimi. 1982–1986-cı illərdə Gürcüstan SSR Nazirlər Sovetinin sədri olmuşdur. 1956-cı ildən Sov. İKP üzvü olmuşdur. SSRİ Ali Sovetinin 9–11 çağırışlarında Gürcüstan SSR-in təmsil edən deputatlarından biri idi.
Dmitri Kartvelişvili | |
---|---|
gürc. დიმიტრი ლევანის ძე ქართველიშვილი | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 dekabr 1927 və ya 23 dekabr 1927 |
Doğum yeri |
|
Vəfat tarixi | 2009 |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
O, Tiflisdə hüquqçu ailəsində anadan olmuşdur. 1951-ci ildə mühəndis-texnik sahəsində Gürcüstan Politexnik İnstitutunu bitirmişdir. 1955-ci ildən o, müxtəlif mühəndis vəzifələrində çalışmışdır.
1956-cı ildə o, Sov. İKP qoşuldu. Onun əsl siyasi karyerası 1970-ci illərdə başladı. 1971-ci ilin iyununda o, Kutaisi şəhər icraiyyə komitəsinin sədri təyin edildi. Daha sonra o, Tbilisiyə köçür və 1975-ci ildə sənaye və nəqliyyat nazirinin müavini kimi işə başlayır, bir il sonra isə Gürcüstan SSR Dövlət Plan Komitəsinin sədrinin birinci müavini seçilir.
Nazirlər Sovetinin sədri Zurab Pataridzenin faciəli şəkildə ölümündən sonra o, 2 iyul 1982-ci ildə Gürcüstan SSR Nazirlər Sovetinin sədri vəzifəsinə keçdi və dörd il bu vəzifədə qaldı. Bir müddət siyasətdən uzaq qalan Dmitri 1988-ci ildən isə Dizayn və Texnologiya İnstitutunun direktoru təyin edildi. O, 1989-cu ilin noyabr ayından sənaye nazirinin müavini idi, 1990-cı ilin oktyabrında isə təqaüdə çıxdı.
SSRİ Ali Sovetinin 9–11 çağırışlarında Gürcüstan SSR-in təmsil edən deputatlarından biri idi.
Dmitri Kartvelişvili 3 dəfə "Qırmızı əmək bayrağı" ordeninə layiq görülmüşdü.
http://www.worldstatesmen.org/Georgia.html Gürcüstan dövlət rəsmilərin vəzifə illəri