Zurab Temuroviç Noqaideli (gürc. ზურაბ თემურის ძე ნოღაიდელი; 22 oktyabr 1964, Kobuleti, Acarıstan Muxtar Respublikası) — Gürcüstan siyasi xadimi. 2005–2007-ci illərdə Gürcüstanın baş naziri, "Ədalətli Gürcüstan" siyasi partiyasının lideri.[1]
Zurab Noqaideli | |
---|---|
gürc. ზურაბ თემურის ძე ნოღაიდელი | |
Gürcüstanın 5-ci baş naziri | |
17 fevral 2005 – 16 noyabr 2007 | |
Prezident | Mixeil Saakaşvili |
Əvvəlki | Zurab Jvaniya |
Sonrakı | Lado Qurgenidze |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 oktyabr 1964 (60 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, fizik, sahibkar |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. 1988–1991-ci illərdə Gürcüstan Elmlər Akademiyası Coğrafiya İnstitutunda çalışmışdır. 1992-ci ildə Respublika Parlamentinin üzvü oldu. 1999-cu ildə "Gürcüstan Vətəndaşlar İttifaqı" partiya siyahısı üzrə Gürcüstan parlamentinin üzvü. Parlamentin eyni adlı fraksiyasına daxil olmuşdur. Vergilər və Gəlirlər Komitəsinin sədri seçilmişdir. 2001–2002-ci illər ərzində Maliyyə Naziri idi.
İstefa verdikdən sonra kommersiya bankı işləmişdir və konsaltinq şirkətində ortaq olaraq çalışdı. 27 noyabr 2003-cü ildə Maliyyə Naziri təyin olundu. 17 fevral 2005-ci ildən 2007-ci ilin noyabr ayınadək Gürcüstan Baş Naziri olmuşdur.
Ailəlidir və iki övladı var.