Zurab Çxeidze

Zurab Amvrosieviç Çxeidze (gürc. ზურაბ ამბროსის ძე ჩხეიძე; 13 may 193013 noyabr 2007) — sovet və gürcü dövlət və partiya xadimi. 1989-cu ildə Gürcüstan SSR Nazirlər Sovetinin sədri olmuşdur.

Zurab Çxeidze
gürc. ზურაბ ჩხეიძე
Şəxsi məlumatlar
Doğum tarixi 13 may 1930(1930-05-13)
Vəfat tarixi 13 noyabr 2007(2007-11-13) (77 yaşında)
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Təltifləri "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni

1930-cu il mayın 13-də Gürcüstan SSR-in Zestafoni rayonunun Şoropani kəndində anadan olmuşdur. 1954-cü ildə Gürcüstan Politexnik İnstitutunu bitirmişdir. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası MK yanında Ali partiya məktəbini qiyabi bitirmişdir. Texnika elmləri namizədi olmuşdur.

1954-cü ildən Zaporjstal zavodunda işləyirdi. İki il ərzində Xarkova köçdü və burada Ukrayna Elmi-Tədqiqat İnstitutunun kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1958-ci ildə vətəninə qayıtdı və Rustavi şəhərindəki Zaqafqaziya metallurgiya zavodunun metallurgiya laboratoriyasının rəisi təyin edildi. Sonradan həmin müəssisədə baş mühəndis müavini və mərkəzi zavod laboratoriyasının rəisi vəzifələrində işləmişdir.

1970-ci ilin dekabrından Gürcüstan Kommunist Partiyasının Rustavi şəhər komitəsinin birinci katibi olmuşdur. 1972-ci ildə Gürcüstan SSR-in rabitə naziri vəzifəsinə keçdi. 1975-ci ilin dekabrından Gürcüstan KP MK-nın katibi oldu. 1982-ci ilin iyulundan Gürcüstan SSR Nazirlər Şurasının üzvü olmuşdur: Əvvəlcə Nazirlər Soveti sədrinin müavini və Dövlət Plan Komitəsinin sədri vəzifəsində, daha sonra isə sədrin birinci müavini kimi işləmişdir və nəhayət 1989-cu ilin mart — aprel aylarında hökumət rəhbəri seçildi. 1989-cu ildə baş verən Tbilisi hadisələrindən sonra dərhal istefaya göndərildi.