Vasili Erençin (tuvaca: Василий Лүдүп-оглу Эренчин d. 17 fevral 1917 – ö. 21 iyul 1961) – Tuvanın Salçak bölgəsinin Kalbak-Hadı adlı yerdə anadan olmuş tuvalı şair və mənzum əsərlər müəllifidir.[1]
Vasili Erençin | |
---|---|
Doğum tarixi | 17 fevral 1917 və ya 17 (30) dekabr 1912 |
Vəfat tarixi | 21 iyul 1961 |
Fəaliyyəti | yazıçı, şair |
Mükafatları |
Erençin 17 fevral 1917-ci ildə Tuvanın o zamankı adı ilə Salçak bölgəsinin Kalbak-Hadı məntəqəsində anadan olmuşdur.[2][3] Yeni Tuva yazısını öyrənmiş və Dağ-Altay ölkəsinin Oyrot-Tura adlı məntəqəsində texniki müəlliklik bölməsini bitirmişdir. Yeni Tuva yazsını xalqa öyrətmişdir. Sagaan-Arıg, Erzin, Teş-Hem məntəqələrində müəllimlik və məktəb müdirlik etmişdir. Tuvanın sənaye nazirliyində, Sıstıq-Hem beldesində çalışmışdır. O, həmçinin “Şın” qəzetində də fəaliyyət göstərmişdir.
İlk şerini 1933-cü ildə “Şın” qəzetində yayımlamışdır.[4][5] Şeirləri, nəsr yazıları ölkənin qəzetlərində, Uluq-Hem almanaxında yayımlanmışdır. 1942-ci ildən bəri Tuva Yazıçılar Birliyinin, 1945-ci ildən sonra isə SSRİ Yazıçılar Birliyinin üzvü olmuşdur.
21 iyul 1961-ci ildə qəza nəticəsində vəfat etmişdir.[6]