Vesli Kler Mitçell (ing. Wesley Clair Mitchell; 5 avqust 1874[1][2][…], Raşvill[d], İllinoys – 29 oktyabr 1948[3][1][…], Nyu-York, Nyu-York ştatı[3]) — ABŞ iqtisadçısı və statistiki, Harvard məktəbinin nümayəndəsi.
Vesli Mitçell | |
---|---|
ing. Wesley Clair Mitchell | |
Doğum tarixi | 5 avqust 1874[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 29 oktyabr 1948[3][1][…] (74 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | iqtisadiyyat |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Vesli Kler Mitçell 5 avqust 1874-cü il tarixində ABŞ-nin İllinoys ştatında yerləşən Raşvill şəhərində anadan olmuşdur. O, 1909–1912-ci illərdə Kaliforniya Universitetinin, 1914–1919 və 1922–1944-cü illərdə isə Kolumbiya Universitetinin professoru olmuşdur. Mitçell 1920–1945-ci illərdə Milli İqtisadi Tədqiqatlar Bürosuna başçılıq etmişdir. Onun üçün təsviri-statistik metod, iqtisadi proseslərə empirik yanaşma, kapitalizmin obyektiv iqtisadi qanunlarını nəzərə almamaq xarakterikdir. Mitçell iqtisadi sikllərin tədqiqatçısı kimi tanınmış Mitçell kapitalist iqtisadiyyatının böhransız inkişafının mümkünlüyünü sübut etməyə çalışmışdır. O, 1929–1933-cü illər iqtisadi böhranından sonra "tənzimlənən kapitalizm" nəzəriyyəçilərindən biri olmuşdur. Mitçell 29 oktyabr 1948-ci il tarixində, 74 yaşında ABŞ-nin Nyu-York şəhərində vəfat etmişdir.[5]