Rus Arktikası — Arxangelsk vilayəti ərazisində yerləşən milli park. Yeni Torpaq arxipelaqının şimalında qərarlaşır.[1] Milli park 15 iyun 2009-cu ildə yaradılmışdır.
Rus Arktikası Milli Parkı[1] | |
---|---|
rus. Русская Арктика | |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 14 260 km² |
Yaradılma tarixi | 15 iyun, 2009 |
Faunası | Morj, Ağ ayı, Tülkü, Halqaşəkilli suiti |
Yerləşməsi | |
72°42′ şm. e. 60°54′ ş. u.HGYO | |
Ölkə | Rusiya |
rus-arc.ru | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Milli parkın ərazisi 1 426 000 ha, onun 632 090 ha quru, 793 910 ha ərazisi isə dəniz sahəsidir.[1]
Bu regionda Şimal yarımkürrəsinin ən böyük quş bazarları və iri dəniz məməlilərinin (Morj, Ağ ayı, Qrenlandiya balinası, Tülkü, Qrenlandiya suitisi və Halqaşəkilli suiti) yerləşim yerləri[2] vardır. Bitkilərdən mamır, şibyə və çiçəkləyən bitkilərə rast gəlinir. Parkın yaradılmasında hədəf əsrarəngiz Arktika təbiətinin qorunmasıdır.
Milli parkın ərazisi təkcə təbiəti ilə deyil həm də əraznin kəşfi ilə əlaqədar mövcud olan tarixi yerlərdə qorunur. Xüsusi ilə rus artika araşdırmaçıları Georgi Yakovleviç Sedov və Vladimir Aleksandroviç Rusanov, üstəlik Villem Barensin düşərgələrini bu gün də müşahidə etmək olur. Parın ərazisi tarixən rus Pomorlarının yaşadığı ərazi olmuşdur.
Bunulada region elmi, ekoloji və turzm əhəmiyyətlidir. 2009-cu ildə Rusiyanın Hökumət başçısı Vladimir Putin nazilərə imkan daxilində öz məzuniyyətlərini parkda keçirməyi məsləhət görmüşdür.[2]
Parkın idarə heyəti həmçinin Frans İosif Torpağı yasaqlığının nəzarətini təşkil edir. Yasaqlığın təşkili isə təbiətin kompleks şəkildə qorunması və bioloji müxtəlifliyin təminatı ilə bağlıdır.