Pietro Pelleqri

Pietro Pelleqri (17 mart 2001-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda və İtaliya U-17 milli komandasında hücumçu kimi çıxış edən peşəkar İtaliya futbolçusudur. Genoa klubu ilə 15 yaşında debüt edən Pelleqri Seriya A-da debüt edən ən gənc (Amadeo Amadey ilə birlikdə) futbolçudur.[3]

Pietro Pelleqri
it. Pietro Pellegri
Ümumi məlumatlar
Tam adı Pietro Pelleqri
Doğum tarixi (22 yaş)
Doğum yeri Genuya, İtaliya
Vətəndaşlığı
Boyu 196[1]
Çəkisi 80 kq[2]
Mövqeyi Hücumçu
Klub haqqında məlumat
Klub Fransa Monako
Karyerası
Gənclik karyerası
İtaliya Genoa
Klub karyerası[* 1]
2016—2018 İtaliya Genoa 9 (3)
2018—h.h Fransa Monako 0 (0)
Milli yığma[* 2]
2015—2016 İtaliya İtaliya U-15 4 (0)
2015—2016 İtaliya İtaliya U-16 11 (1)
2016—h.h İtaliya İtaliya U-17 13 (1)
2017—h.h İtaliya İtaliya U-19 1 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub karyerası[redaktə | mənbəni redaktə et]

Genoa[redaktə | mənbəni redaktə et]

Pelleqri Genoa akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü 22 dekabr 2016-cı ildə Torino klubuna qarşı Seriya A görüşündə etmişdir. O, 88-ci dəqiqədə Tomas Rinkonu əvəz etmiş və həmin görüşdə komandası rəqibinə 1-0 hesabı ilə məğlub olmuşdur.[4][5] Meydana 15 yaş və 280 günlüyündə daxil olan Pelleqri Amadeo Amadey ilə birlikdə ən gənc Seriya A debütantı rekordunu yeniləmişdir.[4][5][6] O, karyerasında ilk qolunu 28 may 2017-ci ildə Roma klubuna qarşı oyunda vurmuş və komandası 3-2 hesabı ilə məğlub olmuşdur. O, 21-ci əsrdə anadan olanlar arasında Seriya A-da qol vuran ilk futbolçu kimi tarixə düşmüşdür.[7]

17 sentyabr 2017-ci ildə Pelleqri Latsio klubu ilə görüşdə dublla yadda qalmış və komandası 3-2 hesabı ilə məğlub olmuşdur. O, əsas Avropa liqalarında dublla yadda qalan ilk 16 yaşlı futbolçu kimi tarixə düşmüşdür.[8]

Monako[redaktə | mənbəni redaktə et]

27 yanvar 2018-ci ildə Pelleqri €25 milyon qarşılığında Monako klubu ilə müqavilə imzalamışdır.[9]

Milli karyerası[redaktə | mənbəni redaktə et]

Pelleqri İtaliya U-17 millisi ilə 2017 UEFA Avropa U-17 Çempionatında iştirak etmiş və turnirdə 1 qolla yadda qalmışdır.

Karyera statistikası[redaktə | mənbəni redaktə et]

20 Dekabr 2017 tarixində yenilənib [10]
Klub Mövsüm Liqa İtaliya Kuboku Avropa Digər Ümumi
Diviziya Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Genoa 2016–17 Serie A 3 1 0 0 3 1
2017–18 6 2 1 0 7 2
Ümumi karyera 9 3 1 0 0 0 0 0 10 3

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Pelleqri Genoa klubunun köməkçi məşqçisi Marko Pelleqrinin oğludur. 2017-ci ilin sentyabr ayında Pelleqri Mediaset Premiuma müsahibəsində bildirmişdir ki, Zlatan İbrahimoviç onun ideyalıdır və o, dünyanın ən yaxşı hücumçusudur.[11]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-28.
  2. https://www.asmonaco.com/joueurs/pietro-pellegri/.
  3. "Arxivlənmiş surət". 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-28.
  4. 1 2 Francesco Oddi. "Genoa, Pellegri esordio record in Serie A: eguagliato il record di Amadei" (Italian). La Gazzetta dello Sport. 22 December 2016. 31 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 December 2016.
  5. 1 2 "Genoa, esordio record per il 2001 Pellegri: debutto in A a 15 anni". Goal.com (italyan). 22 December 2016. 23 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2018.
  6. Ben Gladwell. "Genoa's Pietro Pellegri makes debut aged 15, equals Serie A record". ESPN FC. 23 December 2016. 16 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 December 2016.
  7. "Roma 3–2 Genoa". BBC Sport. 28 May 2017. 31 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 May 2017.
  8. "Genoa 2-3 Lazio: 16-year-old Pietro Pellegri nets brace but Ciro Immobile double leads away side to victory". Mail Online. 17 September 2017. 15 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 September 2017.
  9. "OFFICIAL: Pietro Pellegri signs with AS Monaco | IFD". www.italianfootballdaily.com (ingilis). 2018-07-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-27.
  10. "Italy - P. PELLEGRI - Profile with news, career statistics and history - Soccerway". int.soccerway.com. 28 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 November 2017.
  11. "Italienska superlöftet nådde milstolpe" (Swedish). Aftonbladet. 17 September 2017. 5 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 September 2017.