Vilyam Parsons (ing. William Parsons, 3rd Earl of Rosse; 17 iyun 1800[1][2][…], York, Yorkşir[d], Birləşmiş Krallıq[3] – 31 oktyabr 1867[1][2]) — Britaniya-irland astronomu və ictimai xadimi. Qraf Ross bir sıra reflektor teleskopların yaradıcısı kimi tanınır. Teleskoplardan ən böyüyü 1845-ci ildə tikilən, XX-ci əsrin əvvəllərinə qədər dünyanın ən böyük teleskopu olaraq qalan 72 düymlük "Leviafan" tekeskopudur.[4] Parsons 1807-ci ildən 1841-ci ilə qədər "Baron Oksmentaun" titulunu daşıyıb.
Vilyam Parsons | |
---|---|
ing. William Parsons, 3rd Earl of Rosse | |
Doğum tarixi | 17 iyun 1800[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 31 oktyabr 1867[1][2] (67 yaşında) |
Elm sahəsi | astronomiya |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Yorkda, irland zadəganı Laurens Parsonsun ailəsində anadan olmuşdur.[5] O, Dublin Triniti Kollecində təhsil almış və Oksford Universitetinin Maqdalen kollecini 1822-ci ildə riyaziyyat üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1841-ci ildə atasının ölümündən sonra Parsons qraf titulunu almış və Offali qraflığında (İrlandiya) mülkə sahib olmuşdur. 14 aprel 1836-cı ildə Meri Feld ilə ailə qurmuşdu. Bu evlilikdə onların 13 (digər mənbələrə görə — 11) uşağı olmuşdur, lakin onlardan yalnız dördü yetkinlik yaşına qədər sağ qalmışdır:[6]
Uilyam Parsons elm ilə yanaşı, siyasi fəaliyyətlə də məşğul olmuşdur: Britaniya Parlamentinin İcmalar Palatasının (1821–1834) və Lordlar Palatasının (1845–1867) üzvü, Dublin Universitetinin Triniti Kollecinin kansleri (1862–1867), London Kral Cəmiyyətinin prezidenti (1848–1854) olmuşdur.
Uilyam Parsons həyatı boyu astronomiya və teleskop tikintisi ilə fəal məşğul olmuş, 1824-cü ildən Kral Astronomiya Cəmiyyətinin üzvü olmuşdur. 1840-cı illərdə o, Offali qraflığının Birr sarayında "Leviafan" adını almış güzgü diametri 72 düym (1,83 metr) olan teleskop qurmuşdur. "Leviafan"ın tikintisi 1845–1847-ci illərdə həyata keçirilmişdir. "Leviafan" XX-ci əsrin əvvəllərinə qədər dünyanın ən böyük teleskopu olaraq qalırdı. Lord Rossun teleskopu texnologiya möcüzəsi hesab olunurdu, onun təsvirləri Britaniya İmperiyasında geniş yayılmışdır. Müşahidələr üçün bu teleskopdan istifadə edən Uilyam Parsons çoxlu sayda qalaktikalar barədə kataloqlaşdırma işləri aparmışdır.
Müşahidələri zamanı Parsons bu gün spiral qalaktikalar kimi tanınan bəzi dumanlıqların spiral təbiətini kəşf etmişdir. Xüsusilə o, M51 qalaktikasının sonradan "Messier" adlanan spiral quruluşunu ilk dəfə ortaya qoymuşdur (onun rəsmləri bu qalaktikanın müasir fotoşəkillərini xatırladır).
Parsons 36 düymlük teleskopla müşahidə apararkən Krab Dumanlığını kəşv etmişdir. Parsonsun tədqiqatlarının əsas məqsədlərindən biri də cazibə qüvvəsinin təsiri altında planetlərin və ulduzların qaz dumanlıqlarından əmələ gəldiyi dumanlıq hipotezini təkzib etmək olmuşdur. Parsons hesab edirdi ki, dumanlıqlar qaz halında yox təbiətcə ulduzdular, lakin teleskopların kifayət qədər gücü olmadığı üçün onların ulduzlardan ibarət olduğunu ayırd etmək hələ mümkün deyildir. Ross və onun həmfikirləri Orion dumanlığının ayrı-ayrı ulduzlardan ibarət olduğuna dair sübut tapa bildiklərini iddia edirdilər, bu da kosmologiya və fəlsəfə elmləri üçün əhəmiyyətli nəticələrə səbəb ola bilərdi. Parsonsun bu məsələdə rəqibi Con Herşel idi o, öz müşahidələrinin nəticələrinə əsaslanaraq, Orion dumanlığının "həqiqi" (yəni qaz halında) olduğunu təsdiq edirdi.
Parsons teleskopunun pərəstişkarlarından biri irlandiyalı siyasətçi Tomas Lefroy idi. O deyirdi: "Adi şüşədən bir ulduzdan böyük görünməyən Yupiter planeti gözlə görünən aydan iki dəfə böyük görünür. Teleskopun çəkisi on altı tondur, lakin Lord Ross onu tək idarə edir və iki nəfər teleskopu asanlıqla istənilən hündürlüyə qaldıra bilir".[7]
Uilyam Parsonsun ölümündən sonra oğlu Lourens Parsons atasının müşahidələrini, o cümlədən 226 NGC obyektinin kəşfini "Observations of Nebulae and Clusters of Stars Made With the Six-foot and Three-foot Reflectors at Birr Castle From the Year 1848 up to the Year 1878" (Scientific Transactions of the Royal Dublin Society Vol. II, 1878) kitabında nəşr edilmişdir.[8]
U.Parsons Peterburq Elmlər Akademiyasının xarici üzvü seçimişdir (1852).
Lord Ross çox sayda əks etdirən teleskoplar qurmuşdur. Onlardan ən məşhurları:
1935-ci ildə Beynəlxalq Astronomiya İttifaqı Ayın görünən tərəfindəki kraterə U.Parsonsun adını vermişdir.