Xövsgöl gölü (tıva dili: Көпсугхөл (Köpsuq xöl); monqol dili: Хөвсгөл нуур (Xövsgöl nuur) və ya Хөвсгөл далай (Xövsgöl dalay, yəni "Xövsgöl dənizi"), həmçinin şairanə şəkildə Далай ээж (Dalay eec), yəni "dəniz ana" adlanır); rus dili: Хубсукул (Xubsukul), keçmişdə Косогол (Kosoqol)) - Monqolustanın ikinci böyük gölü (Uvs gölündən sonra).
Xövsgöl | |
---|---|
monq. Хөвсгөл нуур | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1645 m |
Eni | 36,5 km |
Uzunluğu | 136 km |
Sahil uzunluğu | 414 km |
Sahəsi | 2620 km² |
Həcmi | 381 km³ |
Dərin yeri | 262 m |
Orta dərinliyi | 120 m |
Axan çay | Egiyn-Qol (Eg çayı) |
Minerallaşma tipi | şirin |
Yerləşməsi | |
51°06′ şm. e. 100°30′ ş. u.HGYO | |
Ölkə | Monqolustan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ölkənin şimal-qərb hissəsindəki Xövsgöl aymağında (hansı ki gölün şərəfinə belə adlanıb), Sayan dağlarının şərq ətəklərində, Rusiya sərhədindən 11 kilometrlik məsafədə yerləşir. Dəniz səviyyəsindən 1,645 metr yüksəklikdə yerləşir, uzunluğu 136 kilometr, dərinliyi 262 metrdir.
Gölün hazırkı monqolca ("Xövsgöl") və rusca ("Xubsukul") adları gölün əslən (türk dillərindən biri olan) tıva dilindəki Көпсугхөл / Köpsuqxöl (bizim dilimizə uyğun olaraq Köpsugöl) adından gəlirlər. Bu adı tıvaca "köp (çoxlu) suyu olan göl" kimi açıqlanır.
Coğrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |