Monqolustan bayrağı — Monqolustanın Dövlət bayrağı 12 fevral 1992-ci ildə qəbul edilmiş olan qanun layihəsi ilə qəbul edilmişdir.1949-cu ildəki Monqolustan Xalq Respublikasının bayrağına olduqca oxşayan bayrağın köhnə bayraqdakından tək fərqi sosialist quruluşu göstərən Ulduz işarəsinin götürülmüş olmasıdır.
Monqolustan bayrağı | |
---|---|
Təfərrüatlar | |
Proporsiya | 1:2 |
Vikianbarda əlaqəli mediafayllar |
Monqolustan bayrağının rəngləri müvafiq olaraq üç bərabər şaquli sütuna, qırmızı - mavi - qırmızıya bölünür. Bayrağa baxan şəxsin sağında qalacaq şəkildə qırmızı sütunun ortasında Soyombo adı verilən milli emblem vardır. Bu nişan alov, günəş, ay, yer, su və Taijitunun həndəsi təsvirlərindən ibarətdir.