Monqolustan[1][2][3] Mərkəzi Asiyada yerləşən dövlətdir. Dövlətin sahəsi 1 564 116 km² təşkil edir. Bu isə Avropanın ən böyük dövləti olan Fransadan üç dəfə böyükdür. Sahəsinə görə dünya dövlətləri arasında 19-cu yerdə gedir. Şimaldan Rusiya, cənubdan isə Çinlə sərhədlənir. Sərhədlərinin ümumi uzunluğu 8 114 km təşkil edir. Çin Xalq Respublikası ilə 4 673 km, Rusiya Federasiyası ilə isə 3 441 km sərhədə malikdir.
Monqolustan ərazisinin böyük qismi Monqoludtan platosunda yerləşir. Burada hündürlül 900-1500 arasında dəyişir. Bura əsasən dağ silsilələri və massivlərdən ibarətdir. Ən hündür dağlar Monqol Altayı ərazisində yerləşir. Bu dağlar qərbdən cənub-qərb istiqamətində uzanır. Onun ümumu uzunluğu 900 km təşkil edir. Onun davamı isə dardıcıl dağ silsilələri əmələ hətirməyən Qobi Altayıdır. Bu iki dağ sistemləri Alaq-Nur çökəkliyini ayırır. Sibir sərhədinə qədər Şimal-qərbdə bir necə silsilə yerləşir. Onlar vahid massiv əmələ gətirmirlər:Xan Xuxey, Ulan Tayqa, Şərqi Sayan, şimal-şərqdə Xentey dağ massivi, Monqolustanın mərkəzində Xanqay. Ulanbatordan şərq və cənub istiqamətdə hündürlük daima azalmagğa doğru gedir. Burada Moqqolustan platosu hamar, düən forma alır. Cənubda isə təpəliklərlə əvəzlənir. Cənub, cənub-qərb və cənub-şərq hissədə isə Qobi səhrası yerləşir. Hansı ki, Çinin şimalında mərkəzi hissəyə qədər uzanır. Səhranın müəyyən hissəsi qumluq, qayalıq, daşlıq ərazilərdən ibarətdir. Monqollar hətta səhranı bəzi xüsusiyyətlərinə görə Qara, Sarı, Qırmızı Qobi olaraq adlandırırlar. Çox nadir hallarda suyun yer əıthinə çıxmasını müşahidə etmək olar. Ancaq yeraltı suları olduqca zəngindir. Ölkənin ən hündür nöqtəsi 4 374 metr yüksəkliyə malik Nayramadlin Orqil dağıdır. Ən alçaq nöqtəsi isə 518 metr olaraq Xuxnur gölünün sahilidir.
Monqollustan çayları dağlarda meydana gəlir. Onların çoxu Sibir və Uzaq Şərqin iri çaylarının başlanğıcını təşkil edir. Onların bir qismi Şimal Buzlu okean və Sakit okean istiqamətində axırlar. Ölkənin ən iri çayları Selenqa çayı (Monqolustan daxilində 600 km), Kerulen (1100 km), Teayn-Qol (568 km), Onon çayı (300 km), Xalxin-Qol, Kobdo-Qol və digərləridir. Ən gursulu çayı Selenqadır. O öz başlanğıcını Xanqay massivinin dilsilələrinin birindən götürür. Onun Самая bir necə iri qolu vardır: Orxon çsyı, Xanuy-Qol, Çulutın-Qol, Delqer-Muren və s. Suyun axın sürəti 1,5–3 m/san təşkil edir. Onun il boyu suları soyuqdur. Sahilləri gil-qumdan ibarıt olduğundan hər zaman bulanıqdır. Suyu tünd-boz rəngə malikdir. İlik yarısı buz bağlayır. Buzun qalınlığı 1-1,5 metr arasında yerləşir. İki tip qidalanması vardır. Yazda qar suları, yayda isə yağış suları ilə qidalanır. Çayın minimal dərinliyo 2 metr təşkil edir. Selenqa Monqolustan ərazisini tərk etdikdən sonra Buryatiya ərazisindən axaraq Baykal gölünə tökülür.
Qərb və cənub-qərb istiqamətdən başlanğıcını götürən çaylar heç bir okeana çıxışı yoxdur. Onlar ısasən axarsız göllərə tökülürlər. Monqolustan ərazisində mindən artıq qurumsyan daimi göl vardır. Bir o qədərdə quruyan göl vardır. Göllərin çoxu daxili hövzəyə aiddir və axarı yoxdur. Göl ərazisində yerləşən ən böyük göllər Böyük Göllər novunda yerləşir. Ubsunur, Xarausnur, Xirqisnur ən iri gölləridir. Bu göllərin dərinliyi bir neçə metri keçmir. Ölkənin şərqin Buyrnur, Xuxnur kimi göllər vardlr. Nəhəng tektonik çökəklikdə Xubsuqul gölü yerləşir. Bu gölün dərinliyi 238 metr təşkil edir. Onu Baykal gölünə bənzədirlər səbəb onunda özünə məxsus flora və faunaya malik olmasıdır. Xanqay və Qobi Altayı arasında Göllər vadisi yerləşir.
Monqolustan kəskin kontinental iqlimə malikdir. Qışı soyuq, yayı isə quru və isti keçir. Əgər şimal-qərbdi il ərzində 250–510 mm yağıntı düşürsə, Ulanbatorda isə 230–250 mm, Qobidə isə 50-150 arası düşür.