Monqolustanın inzibati bölgüsü

Monqolustan inzibati ərazi bölgüsü - Monqolustan Respublikası 21 Aymakdan (əyalət) (monq. аймаг) və 1 hotdan ibarətdir. Hər bir aymaq sumlara (rayon) bölünür[1][2]. Monqolustanda ümumilikdə 315 sum var.[3]

Ölkənin paytaxtı Ulan-Bator əyalət statusu ilə ayrıca idarə olunur. Monqol dilində bu idarə ərazi hot adlanır.

Çində Mancuriyanın dağılmasından sonra Xarici Monqolustan ərazisi Çovd, Jassaktu, Tuşeti və Setsen xanlıqlarına bölündü. 1921-ci il İstiqlal bəyannaməsindən sonra Aleksa, Ordos, Şilin gol v Cirim Şin əraziləri Monqolustanda qalmasına baxmayaraq Tıva müstəqil respublika oldu. Mövcud ərazilərdə yeni Monqolustan Xalq Respublikası təsis edilir.

1941-ci ildə Rusiya-Yaponiya müharibəsindən sonra Arxanqay, Çoybalsan, Dornoqov, Zavxan, Xentiy, Xovd, Xövsqöl, Ömnöqov, Övörxanqay, Tov və Üvs aymakları yaradıldı. 1954-cü ildə Çin ilə sərhəd Cənubi Qobidəki uzun zolaq idi. Monqolustanın digər ərazilərində Bayanxonqor, Bayan-Ölgiy, Bulgan, Dundqov, Qov-Altay və Şuxbaatar aymakları təsis edilir. Selenge aymakının tərkibində Tov aymakı təsis edilir.

1963-cü ildə Çoybalsan aymakı bölününərək Dornod aymakı və Ulan-Bator inzibati ərazisi təsis edilir. 1975-ci ildə Bulgan aymakı, 1961-ci ildə Erdenet aymakı və Darxan aymakı ayrılır. 1994-cü ildə Bulqan aymakı iki hissəyə bölünür: Orxon və Erdenet aymakları və həmçinin Darçan-Uul aymakıda iki hissəyə bölünür, bir hissəsi Selenge aymakına birləşdirilir və digər hissəsi Darçana birləşdirilir.

Sıra Gerbi Aymak adı (əyalət)[4] Aymak mərkəzi Əhalisi (2004) Sahəsi (km2) Sıxlıq
1
Arxanqay (monq. Архангай) Çeçerleg(monq. Цэцэрлэг) 94 900 55 300 1.7
2
Bayanxonqor(monq. Баянхонгор) Bayanxonqor(monq. Баянхонгор) 83 800 116 000 0.7
3
Bayan-Ölgiy(monq. Баян-Өлгий) Ölgiy(monq. Өлгий) 101 200 45 700 2.2
4
Bulgan(monq. Булган) Bulgan(monq. Булган) 60 800 48 700 1.2
5
Darxan-Uul(monq. Дархан-Уул) Darxan(monq. Дархан) 87 800 3 280 26.8
6
Dornod(monq. Дорнод) Çoybasan(monq. Чойбалсан) 73 700 123 600 0.6
7
Dornoqov(monq. Дорноговь) Saynşand(monq. Сайншанд) 52 500 109 500 0.5
8
Dundqov (monq. Дундговь) Mandalqov (monq. Мандалговь) 49 900 74 700 0.7
9
Qov-Altay (monq. Говь-Алтай) Altay(monq. Алтай) 60 900 141 400 0.4
10
Göv-Sümber(monq. Говьсүмбэр) Çoyr (monq. Чойр) 12 300 5 540 2.2
11
Xentiy(monq. Хэнтий) Öndörxaan(monq. Өндөрхаан) 71 200 80 300 0.9
12
Xovd (monq. Ховд) Xovd(monq. Ховд) 87 800 76 100 1.2
13
Xövsgöl(monq. Хөвсгөл) Mörön (monq. Мөрөн) 121 400 100 600 1.2
14
Orxon(monq. Орхон) Erdenet(monq. Эрдэнэт) 78 400 840 93.3
15
Övörxanqay(monq. Өвөрхангай) Arvayheer (monq. Арвайхээр) 113 200 62 900 1.8
16
Ömnöqov(monq. Өмнөговь) Dalanzadgad(monq. Даланзадгад) 46 800 165 400 0.3
17
Selenge(monq. Сэлэнгэ) Sühbaatar (monq. Сүхбаатар 100 800 41 200 2.4
18
Sühbaatar(monq. Сүхбаатар) Baruun-Urt(monq. Баруун-Урт) 56 600 82 300 0.7
19
Töv (monq. Төв) Zuunmod(monq. Зуунмод) 88 900 74 000 1.2
20
Uvs(monq. Увс) Ulaangom(monq. Улаангом) 81 000 69 600 1.2
21
Zavxan (monq. Завхан) Ulyastay(monq. Улиастай) 80 700 82 500 1.0
  1. Mongolian constitution, article 57
  2. Montsame News Agency. Mongolia. 2006, Foreign Service office of Montsame News Agency,
  3. Givaandondogiin Purevsambuu (2006). Mongolia. Montsame News Agency. p. 46.
  4. "Provinces of Mongolia" Arxivləşdirilib 2016-03-15 at the Wayback Machine. InfoMongolia.com. MER. İstifadə tarixi: 2015-11-4