Xıdır Nəbi

Xızır Nəbi bayramıXıdırəlləz — Xızır və İlyas peyğəmbərin dünyada görüşdüyü günü qeyd edən xalq bayramı.[1] Bayram Türkiyə, Krım, Qaqauziya, Suriya, İraq, Qafqaz və Balkan regionunda qeyd edilir. Qeyd edilən bir çox regionlarda bayram 5-6 may tarixlərindən keçirilsə də Azərbaycan mühitində bu bayram fevral ayında keçirilir.[1][2][3]

Xızır Nəbi bayramı
Krımda Xıdırəlləzin qeyd edilməsi
Krımda Xıdırəlləzin qeyd edilməsi
Ölkə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xıdır İlyas və Aşıq Qərib

Bu bayram bir-birindən cüzi fərqlərlə demək olar ki, Azərbaycanın bütün bölgələrində keçirilir. Xıdır İlyas adətən təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və s. təbii proseslərlə müşayiət edilir. Tədqiqatlarda Xıdır Nəbi bir şəxsiyyət olaraq "suyun, külək və havanın himayəçisi" kimi təqdim olunur.[4]

Bu bayram demək olar ki, bütün türk xalqlarında keçirilir. Daha çox Xıdırelləz, Hıdırelləz bayramı adı ilə tanınır. Hıdırelləz böyük çoxluqla Anadolu və Balkan türkləri arasında qeyd edilməkdədir. Qədimdən Ruzi-Hızır (Xızır günü), yəni Xıdırelləz xalq arasındakı inama görə Xızırla Ilyasın bir araya gəlməsi xatirinə keçirilir. Bu bayram yeni təqvimə görə hər il 6 mayda qeyd olunur. Julyen təqviminə görə isə 23 aprelə düşür. Türkiyədə qədim təqvimə görə il ikiyə bölünür. 23 apreldən (6 may) 28 Oktyabrə (8 Noyabr) qədər 186 gün Hızır günləri adıyla yaz mərasimi, bu tarixdən təkrar 23 Aprela (6 may) qədər davam edən 179 gün də Noyabr günləri adıyla qış mövsümü meydana girir. Başqa bir fikrə görə Xızır Nəbi bayramı iranlıların Novruzundan beş həftə əvvəl, yəni fevral ayının ortalarına təsadüf edir. Bunun qədim on iki heyvanlı Türk Təqvimindəki ilbaşı ilə eyni olduğunu, dolayısı ilə bu bayramın əslində qədim türklərin yeni il bayramı hesab edildiyini göstərən mənbələr var[5].

Bu bayram Azərbaycanda Xızır Nəbi bayramı, İranda Əhli-haqq zümrələri arasında Zati Mutlaq (Ali) şərəfinə Əli-Heydər adıyla, Təbriz ətrafındakı Qızılbaşlar zümrəsində isə yenə də Xızır Nəbi bayramı adı ilə tanınır[6].

Berqama, Balıkəsir və Təkirdağı bölgələrində Xıdırelləz günü tarladan toplanan çiçəkləri qaynadaraq suyundan içmək xəstələrə şəfa sayılır. Bu sudan 40 gün boyunca günəş çıxmamışdan əvvəl gözə sürtmənin gənclik, gözəllik və uzunömürlülük verəcəyinə inanırlar[7]. Bundan başqa çəmənlikdən toplanan yeyilə bilən otlarla çörək və bazlamaların bişirilməsinin də dərdə dəva olduğuna, Xıdırelləz gecəsində bütün sulara nur yayıldığı üçün bu gecə suya girənlərin xəstəliyinin aradan qalxacağına inanılır[8].

  1. 1 2 Ocak, A.Yaşar. HIDRELLEZ – An article published in Turkish Encyclopedia of Islam (türk). 17 (Hayal-Hilafet). Istanbul: TDV Encyclopedia of Islam. 1998. 313–315. ISBN 978-97-53-89444-9. 22 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 June 2022.
  2. Albaliyev, 2022. səh. 1083
  3. Albaliyev, 2022. səh. 1084
  4. Kitabi – Dədə Qorqud. Yazıçı. 1988.s.137
  5. Ahundov, 1978: 433
  6. Meltkof, 1971: 60–61
  7. Rumi, 1612: 181; Nevevi, 1283: 8314
  8. Ögel, 1989: 52
  • Albaliyev, Shakir Alif oglu. 2022. "The Ritual-Mythological Semantics of the Azerbaijan Khidir Nabi Holiday". Etnoantropološki Problemi / Issues in Ethnology and Anthropology 17 (3):1081–1100. https://doi.org/10.21301/eap.v17i3.13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]