Bu səhifədə iş davam etməkdədir. |
Xədicə Sabiha Görkey ― türk müəllim və siyasətçi, Türkiyə parlamentinin ilk 18 qadın deputatından biri.
Xədicə Sabiha Görkey | |
---|---|
türk. Hatice Sabiha Görkey | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1888 |
Doğum yeri | |
Vəfat tarixi | 22 noyabr 1963 |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Xədicə Sabiha, 1888-ci ildə İstanbulun, sonra Osmanlı imperiyasının Üsküdar şəhərində Hacı İsmayıl və həyat yoldaşı Ayşənin ailəsində anadan olub. Sabiha 1903-cü ildə Üsküdar qız peşə liseyini, 1906-cı ildə isə İstanbul Dârülmuallimatını (İstanbul qız müəllimlər məktəbi) bitirmişdir.[1]
Sabiha 31 yanvar 1907-ci ildə Molla Gürani Orta Peşə Liseyində bədii tikmə müəllimi kimi işləməyə başlayıb. O 1904-1908-ci illərdə daha bir neçə məktəbdə müəllim kimi işləyib. O bundan sonra indiki İstanbul Universiteti olan Darülfünunda riyaziyyat üzrə təhsil almış və 1917-ci ildə oranı ən yüksək qiymətlə bitirmişdir. O həm də, universiteti bitirən ilk beş qız tələbədən biri idi. Sabiha 1917-ci ilin sentyabrında Bursadakı Müəllimlər Texnikumuna müdir köməkçisi və riyaziyyat müəllimi təyin edilib. O, vəzifəsindən ayrılaraq məzuniyyət üçün İstanbula getmiş və bundan sonra vəzifəsinə qayıtmamışdır. Sabiha 1919-cu ilin fevral ayında Ədirnədəki Qız müəllimlər texnikumuna müdir köməkçisi və riyaziyyat müəllimi təyin edilib və 1922-ci ilin sentyabrına qədər burada işləyib.[1]
Xədicə Sabiha Ədirnədə olduğu müddətdə lisey direktoru Kamal Görkeylə ailə həyatı qurub və bu evlilikdən bir uşağı dünyaya gəlib.[1]
Görkey Osmanlı imperiyasının son illərində, 1922-ci ilin oktyabrından 1923-cü ilin sentyabrına qədər işsiz qalıb. O 1923-cü ildə Adanada Qız Müəllimlik Məktəbində qısa müddət üçün riyaziyyat müəllimi kimi işləyib. Görkey 1923-cü ilin oktyabrından Türkiyə Cümhuriyyətinin qurulmasından 1933-cü ilin avqustuna qədər Sivasdakı Qız Müəllim Texnikumunda, daha sonra isə 1935-ci ilin fevralına qədər Tokat orta məktəbində riyaziyyat müəllimi olub.[1]
Türkiyədə 1934-cü ildə qüvvəyə minən seçki hüququ qanununa görə, türk qadınlarına parlamentdə səs vermək və namizəd olmaq hüququ verilirdi. Görkeyin siyasi karyerası 1935-ci il parlament seçkilərində Cümhuriyyət Xalq Partiyası (CHP) tərəfindən namizəd göstərilməsi ilə başlamışdır. O, bu seçki nəticəsində Türkiyənin 5-ci parlamentinə Sivas millət vəkili olaraq daxil olub. Beləliklə, o, parlamentin ilk 18 qadın üzvündən biri olmuşdur.[2] O, parlamentdəki dörd illik fəaliyyəti müddətində parlamentin daxili işlər komitəsində çalışıb və 1939-cu il parlament seçkilərindən sonra könüllü olaraq təqaüdə çıxıb.[1]
Görkey 22 noyabr 1963-cü ildə vəfat etmişdir.[1]