Xavyer Peres de Kuelyar (isp. Javier Pérez de Cuéllar y de la Guerra; 19 yanvar 1920[1][2][…], Lima[7][8][…] – 4 mart 2020[3][4][…], Lima[9]) — Peru diplomatı. 1 yanvar 1982-ci ildən 31 dekabr 1991-ci ilədək BMT-nin baş katibi.
Xavyer Peres de Kuelyar | |
---|---|
isp. Javier Pérez de Cuéllar | |
Doğum tarixi | 19 yanvar 1920[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 4 mart 2020[3][4][…] (100 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Uşağı | 2[5][6] |
Fəaliyyəti | siyasətçi, diplomat, vəkil |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Xavyer Peres de Kuelyar 1920-ci il yanvarın 19-da Limada anadan olmuşdu. Xavyer Peres de Kuelyar 1940-cı ildən Perunun Xarici İşlər Nazirliyində işləyib. 1944-cü ildə diplomatik karyerasına başlayıb. 1964-1979-cu illərdə ölkəsinin İsveçrə, SSRİ, Polşa və Venesueladakı səfiri vəzifələrini tutub. 1971-1982-ci illərdə BMT-dəki Peru nümayəndə heyətinin başçısı olub. 1982-ci ildə BMT-nin baş katibi seçilib və bu vəzifədə iki müddət ərzində çalışıb.
1995-ci ildə o, Peru prezidenti seçkilərinə qatılıb və 22 faiz səs toplayaraq uduzub. 2000-2001-ci illərdə ölkəsinin hökumətinə və XİN-ə rəhbərlik edib.
Xavyer Peres de Kuelyar 4 mart 2020-ci ildə vəfat edib.