Daq Yalmar Aqne Karl Hammarşeld (isv. Dag Hjalmar Agne Carl Hammarskjöld; 29 iyul 1905[3][1][…] – 18 sentyabr 1961[3][1][…]) — İsveç diplomatı, iqtisadçısı və müəllifi, BMT-nin ikinci Baş katibi (1953-1961). 1961-ci ilin sentyabr ayında Şimali Rodeziyada təyyarə qəzasında həlak olmuşdur. O, ölümündən sonra Nobel Sülh Mükafatına layiq görülmüş ilk şəxsdir (1961).
Daq Hammarşeld | |
---|---|
isv. Dag Hammarskjöld | |
BMT-nin 2-ci Baş katibi | |
10 aprel 1953 – 18 sentyabr 1961 | |
Əvvəlki | Trüqve Li |
Sonrakı | U Tan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Yönçöpinq, İsveç |
Vəfat tarixi | (56 yaşında) |
Vəfat yeri | Ndola, Rodeziya və Nyasalend Federasiyası |
Vəfat səbəbi | aviasiya qəzası[d] |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, diplomat, iqtisadçı, şair, yazıçı, filosof |
Atası | Yalmar Hammarşeld |
Anası | Aqnes Almkvist |
Həyat yoldaşı | Evlənməyib |
Dini | lüteranlıq |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[2], diplomatiya[2] |
|
|
Təltifləri | |
daghammarskjold.se | |
Vikianbarda əlaqəli mediafayllar |
O, həmçinin şair, jurnalist və esse müəllifi kimi tanınır. İsveç Akademiyasının üzvü (1954). ABŞ Prezidenti Con Kennedi onu XX əsrin ən böyük dövlət xadimi adlandırmışdı.
Daq Hammarşeld Yönçöpinqdə, 1914-1917-ci illərdə İsveçin baş naziri olmuş Hyalmar Hammarşeldin ailəsində doğulmuş, uşaqlığının əksər hissəsini Uppsalada keçirmişdir. Onun nəsli XVII əsrdən İsveç monarxiyasına qulluq edirdi. Daq Hammarşeld Uppsala Universitetində əvvəlcə Hüquq ixtisası üzrə bakalavr, sonra isə Siyasi-İqtisad magistr təhsili almışdır. Təhsilini bitirdikdən sonra o, Stokholma köçmüşdür.
1930-cu ildən 1934-cü ilə kimi İşsizlik üzrə Dövlət Komitəsində katib vəzifəsində çalışıb. O, 1933-cü ildə "Biznes əhatəsinin genişlənməsi" adlı doktorluq işini tamamlayaraq Stokholm Universitetindən doktorluq dərəcəsi əldə etdi. 1936-cı ildə Daq Hammarşeld İsveç Bankında katib oldu. 1941-1948-ci illər arasında isə İsveç Bankının sədri kimi fəaliyyət göstərmişdir.
1945-ci ilin əvvəllərində Daq Hammarşed iqtisadi və maliyyə problemləri üzrə kabinetə məsləhətçi təyin olundu və dövlətin müharibədən sonrakı iqtisadi problemləri azaltmaqla bağlı layihələrini koordinasiya etdi. 1947-ci ildə Xarici məsələlər üzrə dövlət katibi oldu. 20 oktyabr 1954-cü ildə İsveç Akademiyasında atasından boşalmış yerə seçildi.
1953-ü ildə Trüqve Linin Baş katib vəzifəsindən istefasından sonra BMT Təhlükəsizlik Şurası bu vəzifəyə Hammarşeldin namizədliyini irəli sürməyi qərarlaşdırdı. Bu qərar onu çox təəccübləndirsə də, o, 31 martda keçirilən seçkilərdə 11 səsdən 10-nu alaraq Baş katib seçildi. 1957-ci ildə Hammarşeld bu vəzifəyə yenidən seçildi.
Öz dövründə Hammarşeld İsrail və ərəb dövlətləri arasında münasibətləri düzəltməyə çalışdı. 1955-ci ildə Çin Xalq Respublikasına gedərək Koreya müharibəsində əsir düşmüş 15 amerikalı təyyarəçinin azad olunması üçün danışıqlar aparmışdı. 1956-cı ildə Kanadanın gələcək baş naziri Lester Pirsonun təklifi ilə Birləşmiş Millətlər təcili tədbirlər görmək üçün qüvvə yaratdı. Bu qüvvəyə Təhlükəsizlik Şurası və Baş Assambleyanın əvvəlcədən razılığını almadan tədbirlər görmək hüququ verildi.
1957-ci ildə o, Süveyş böhranına müdaxilə etdi. BMT ili ərəfəsində ona "Müqəddəs Dəniz"də iştirak etmək üçün icazə verildi. Bundan sonra ona bəzən Müqəddəs papa ("secular pope") deyirdilər.
1960-cı ildə sabiq Belçika Konqosu və yeni müstəqillik qazanmış Konqo Demokratik Respublikası BMT-dən Konqoda vətəndaş qarşıdurmasını sakitləşdirmək üçün kömək istədi. Hammarşeld Konqoya 4 səfər etdi. Səyləri Sovet İttifaqı tərəfindən yetərsiz hesab edilən Hammarşeldin istefası tələb edildi və Baş katibin əvəzinə kapitalist, sosialist və yeni müstəqillik qazanmış dövlətlərin marağını təmsil edən "üçlü" idarəetmə təklif olundu.
Hammarşeld Patris Lumumbanın Katanqa əyalətinin Konqoya yenidən qoşulması təklifini rədd etdi. Bundan sonra Lumumba kömək üçün Sovetlər Birliyinə üz tutdu. Lumumbanın bu qərarından narahat olan Hammarşeld ofisi tərk etmək qərarına gəldi.
1961-ci ilin sentyabrında sülh danışıqları üçün Afrikaya yola düşən Hammarşeld ayın 17-dən 18-ə keçən gecə Ndola yaxınlığında, Şimali Rodeziya (indiki Zimbabve) ərazisində təyyarə qəzasına uğradı. Hammarşeld və digər 15 nəfər qəzada həlak oldular. Qəza bölgəsində xatirə abidəsi ucaldılmış və bu abidə Dünya Mədəniyyət İrsi siyahısına daxil edilmişdir.