Xoakin Peyro Lukas (isp. Joaquín Peiró Lucas; 29 yanvar 1936[1], Madrid[4] – 18 mart 2020[2][3][…], Madrid[5]) ― hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış etmiş İspaniya oyunçusu və məşqçisi. Peşəkar karyerasının başladığı və sona çatdığı "Atletiko Madrid" klubunda çıxış edərkən o, səkkiz La Liqa mövsümü ərzində 166 oyuna 95 qol vurmağı bacarmışdır. Daha sonra o, İtaliyaya köçdü və 10 il ərzində 3 müxtəlif klubun şərəfini qorudu. O, İspaniya millisini iki Dünya Kubokunda təmsil etmişdir.
Xoakin Peyro | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 29 yanvar 1936[1] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat tarixi | 18 mart 2020[2][3][…] (84 yaşında) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat yeri | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 1,78 m | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | hücumçu | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
1978-ci ildən başlayaraq 30 ilə yaxın Peyro məşqçi kimi işləməyə başladı.
Madrid şəhərində anadan olan Peyron "Atletiko Madrid"ə məxsus olsa da, icarə əsasında "Real Mursiya"da çıxış edirdi və məhz bu klubda peşəkar oyunçu debütunu etmişdir. Doğma şəhərinin klubunda isə o, 1955–66 mövsümündə 16 tam La Liqa matçı keçirərək nəticədə turnirdə beşinci yeri tutdu və beləcə klubun əsas oyunçusuna çevrildi. O, hücum xəttinin önəmli oyunçusu idi və UEFA Kuboklar Kuboku 1961/1962 mövsümünün "Fiorentina" qarşı keçrilən hər iki final oyununda (1–1 birinci oyunda, 3–0 cavab oyunda) qol vurmuşdur.[6]
Paytaxt klubunda keçirdiyi son mövsümdə (1962–63) 3 oyuna 6 qol vurdu və mövsümü bitirmədən "Torino"ya transfer olundu və beləliklə Luis Suarezdən sonra Seria A-da oynamış ikinci ispaniyalı oldu, daha sonra o, "İnter" klubuna keçərək "Grande Inter" adlanan heyətin bir üzvü oldu və Elenio Erreranın başçılıq etdiyi dönəmdə 1965 Çempionlar Kubokunun qalibi oldu.[7] Müvəfəqiyyətli kampaniya zamanı o, "Liverpul"a qarşı keçrilən yarımfinal mərhələsinin cavab oyununda qol müəllifi olmuşdur (Enfild stadionunda keçirilən ilk oyunda hesab 1–3 ingilis klubunun xeyrinə bitmişdir, bu oyun isə 3–0).[8]
İtaliyada Peyro ən çox il "Roma"da keçirtdi və klubla İtaliya Kubokunu qazandı, burada o, hətta kapitan elan olunmuşdur.[9][10]
10 il ərzində çıxış etdiyi millinin heyətində o, 12 oyuna 5 qol vurmuşdur. İlk oyunu 3 iyun 1956-cı ildə cəmi 20 yaşında 1–3 hesablı məğlubiyyətlə bitən Portuqaliyaya qarşı yoldaşlıq oyununda keçirtdi və ispaniyalıların yeganə qolunun müəllifi oldu. O, Çilidə keçrilən 1962 FİFA Dünya Kubokunda iştirak edərək yalnız Meksika komandasının qapısına yol tapmışdır, bundan başqa o, İngiltərədə keçrilən 1966 FİFA Dünya Kubokunda iştirak etmişdir. Hər iki turnirdə komanda qrup mərhələsini aşa bilmədi.[11]
# | Tarix | Məkan | Rəqib | Hesab | Nəticə | Yarış |
---|---|---|---|---|---|---|
1. | 3 iyun 1956 | Xamor, Lissabon, Portuqaliya | Portuqaliya | 2–1 | 3–1 | Yoldaşlıq oyunu |
2. | 15 may 1960 | Santiaqo Bernabeu, Madrid, İspaniya | İngiltərə | 1–0 | 3–0 | Yoldaşlıq oyunu |
3. | 17 iyul 1960 | Milli stadion, Santyaqo, Çili | Çili | 0–4 | 1–4 | Yoldaşlıq oyunu |
4. | 18 may 1961 | Santiaqo Bernabeu, Madrid, İspaniya | Uels | 1–0 | 1–1 | 1962 FİFA Dünya Kuboku seçmə mərhələsi |
5. | 3 iyun 1962 | Sausalito, Vinya-del-Mar, Çili | Meksika | 1–0 | 1–0 | 1962 FİFA Dünya Kuboku |
Peyro məşqçiliyə 1978-ci ildə "Atletiko"nun rezerv komandasıyla başladı və iki il sonra onlarla ikinci futbol divizionuna yüksəldi. Daha sonra, bir müddət ikinci və üçüncü səviyyə divizyonlarda "Qranada"ya rəhbərlik etdi və bu klubu əsas liqaya çıxarda bildi.
1989–90 mövsümündə o, "Atletiko Madrid"in mövsüm ərzində təyin etdiyi 3 məşqçidən biri idi, klub sonda liqada 4-cü yeri tuta bildi.[13] Karyerasında bir ara fasilə verdikdən sonra ikinci divizionda işləməyə davam etdi.[11]
Peyronun məşqçi kimi ən böyük müvəffəqiyyəti 1999-cu ildə 63 yaşında "Malaqa" klubu ilə ikinci divizyonun çempionu qismində yüksək çempionata çıxması oldu. Daha sonra, əndəlüslülər 2002 UEFA İntertoto Kubokunu qazandı və sonrakı UEFA Kubokunun dörddəbir finalına çıxdı.[14]
Peyronun məşqçi kimi çalışdığı son iş yeri "Real Mursiya" oldu ki, mövsüm bitməmiş o, istefaya göndərildi, klub isə sonda aşağı divizyona düşdü.[15]
Sağlamlıq problemləri ilə illərlə mübarizə aparan Peyro, 84 yaşında Madriddə vəfat etdi.[16][17]
Mursiya
Atletiko Madrid[11]
İnter[11]
Roma[11]
Malaqa[11]