Xocalı abidəsi (Haaqa)

Haaqa şəhərində Xocalı abidəsi — 24 fevral, 2008-ci ildə, Hollandiyanın Haaqa şəhərində ermənilərin Xocalıda törətdikləri soyqırıma etiraz əlaməti olaraq ucaldılan abidə.

Xocalı abidəsi
Xəritə
Ölkə
Tikilib 24 fevral 2008
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Körpəsini ermənilərdən qorumağa çalışan ana

[redaktə | mənbəni redaktə et]

Azərbaycandan kənarda ucaldılan ilk belə abidənin açılışında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, diplomatik korpusun əməkdaşları, Azərbaycan və türk diasporlarının təmsilçiləri iştirak edib.

"Kamperfoeliestraat" parkında ucaldılan abidə Hollandiya-Azərbaycan-Türk Kültür Dərnəyinin ən böyük layihələrindən biridir. Abidədə körpəsini erməni qəsbkarlarından qorumaq üçün başının üzərinə qaldıran ana təsvir olunub. Abidənin hündürlüyü 2 metrə yaxındır. 30 illiyə kirayələnmiş ərazidə mərmərdən ucaldılan abidənin ətrafındakı böyük bir sahədə gül-çiçək bağı salınacaq.

2020-ci ildə çoxsaylı ziyarətçilərin eyni anda bu məkanda toplaşmasının qeyri-mümkün olduğu nəzərə alınaraq, abidə daha geniş əraziyə, insanların kütləvi hərəkət etdiyi yerə köçürülüb və ətrafı abadlaşdırılıb.[1][2]

  1. AzərTAc. "Haaqada Xocalı abidəsi daha münasib yerə köçürülüb" (az.). AzərTAc. 05.08.2020. İstifadə tarixi: 2020-08-05.
  2. Kəpəz TV. "Haaqada Xocalı abidəsinin yeri dəyişdirilib" (az.). Youtube.com. 05.08.2020. İstifadə tarixi: 2020-08-05.