Xocalı soyqırımı abidələri — Dünya üzrə Xocalı soyqırımı abidələrinin siyahısı.
Şəkil | İl | Abidə | Ölkə | Memar | Qeydlər |
---|---|---|---|---|---|
24 fevral 2008 | Xocalı abidəsi | Haaqa, Hollandiya | Avropada və Hollandiyada Xocalı soyqırımına aid ilk abidədir.[1] | ||
26 fevral 2008 | Ana Harayı | Bakı, Azərbaycan | Aslan Rüstəmov Mahmud Rüstəmov Teymur Rüstəmov |
2011-ci ildə Ana heykəlinin postamenti 3 metr qaldırılıb və qara qranitdən yenidən qurulub.[2][3] | |
30 may 2011 | Xocalı abidəsi | Berlin, Almaniya | Akif Əsgərov Səlhab Məmmədov Əli İbadullayev İbrahim Əhrari |
Almaniyada Xocalı soyqırımına aid ilk abidədir.[4] | |
24 fevral 2012 | Xocalı | Sarayevo, Bosniya və Herseqovina | Natiq Əliyev | Bosniya və Herseqovinada Xocalı soyqırımına aid ilk abidədir.[5] | |
23 avqust 2012 | Xocalı | Mexiko, Meksika | Meksikada Xocalı soyqırımına aid ilk abidədir. Abidə Tlakskoake–Xocalı meydanında yerləşir.[6] | ||
28 mart 2014 | Xocalı şəhidlər abidəsi | Ankara, Türkiyə | Türkiyədə Xocalı soyqırımına aid ilk abidədir. Abidə Xocalı Soyqırımı Xatirə Parkında yerləşir. Parkda Xocalı Muzeyi də var.[7][8] | ||
22 aprel 2015 | Xocalı şəhidlər abidəsi | İzmit, Türkiyə | İzmitin Yenişəhər məhəlləsində qoyulmuş abidənin ümumi hündürlüyü 2,5 metr təşkil edir.[9] Şəhidlərin ölməzliyini bildirən səmaya doğru ucalmış sütunlardan ibarət abidənin üzərində Xocalı soyqırımı haqqında qısa məlumat yerləşdirilib, Azərbaycan və Türkiyə dostluğunu tərənnüm edən simvollar əks olunub. Bundan başqa, abidənin kənarlarındakı lövhələrdə Xocalıda qətlə yetirilmiş 613 nəfərin adları həkk olunub. | ||
27 fevral 2016 | Xocalı şəhidlər abidəsi | İzmir, Türkiyə | Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə İzmirin Bornovo Bələdiyyəsinin maliyyə dəstəyi və tanınmış QHT fəalı Mülazim Kardelen Paşanın köməkliyi ilə hazırlanıb.[10] | ||
9 fevral 2018 | "Tək millət, tək göz yaşı" abidəsi | Sakarya, Türkiyə[11] |