“Xocalı ” (alm. Chodschali)[1] — Almaniya paytaxtı Berlin şəhərinin Şteqlits-Selendorf inzibati dairəsində Qotfrid-Benn kitabxanasının həyətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə.
Xocalı | |
---|---|
alm. Chodschali | |
Ölkə | Almaniya |
Yerləşir | Berlin |
Heykəltaraşlar |
Səlhab Məmmədov Akif Əsgərov Əli İbadullayev İbrahim Əhrari |
Tikilib | 30 may 2011 |
Material | tunc |
Saxlanıldığı yer | Şteqlits-Selendorf inzibati dairəsində Qotfrid-Benn kitabxanasının həyəti |
Vikianbarda əlaqəli mediafayllar |
Abidənin ucaldılmasının təşəbbüskarları Səlhab Məmmədov, Akif Əsgərov və Əli İbadullayevlə yanaşı onun həmmüəliflərindən biri, artıq 45 ildir ki, Almaniyada yaşayan Azərbaycan rəssamı və heykəltaraşı İbrahim Əhraridir.[1]
2011-ci ilin may ayının 30-da baş tutan açılış mərasimində Şteqlits-Selendorf dairəsinin özünüidarəetmə təşkilatının başçısı Norbert Kopp, Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan diasporunun, Almaniya ictimaiyyətinin nümayəndələri, hər iki ölkənin elm və mədəniyyət xadimləri iştirak etmişlər. Mərasimdə Şteqlits-Selendorf dairəsinin təhsil, mədəniyyət və vətəndaşlara xidmət məsələləri üzrə müşaviri xanım Kerstin-Ulrix Rixter-Kotovski, Azərbaycanın Almaniyanın səfiri Pərviz Şahbazov və abidənin müəllifi İbrahim Əhrari çıxış etmişdilər.[2][3][4]