Bakirə Məryəmin doğması

Xristianlıq


Xristianlıq

İsanın bakirədən doğulması Xristianlıqİslamda qəbul edilən doktrinalardan biridir ki, onun da əsasında Məryəm ananın bakirə olduğu halda, möcüzəvi şəkildə İsanı dünyaya gətirməsi hadisəsi dayanır. Bu doktrina Xristianlıqda II əsrdən yayılmağa başlamış[1]Roma Katolik, Şərq, Şərq Ortodoks, ProtestantAnqlikan kilsələri tərəfindən qəbul edilmişdir. Bu doktrina özündə iki əsas xristian inancını – “İsa Məryəm ana və Müqəddəs Ruhun törəməsidir” (Nikena inancı) və “İsa Bakirə Məryəm ana tərəfindən dünyaya gətirilmişdir” (Apostollar inancı) inanclarını birləşdirir. XVIII əsrdə Teoloji aydınlanma hərəkatına qədər, kiçik sektalar xaric olmaqla heç kim bu doktrinaya qarşı çıxmamışdır.[1]

Kanonik İncillər MatfeyLuka qeyd edirlər ki, Məryəm bakirə olub və İsa Müqəddəs Ruh tərəfindən onun bətninə yerləşdirilib. Bu incillər, sonrakı tarixi ənənə və müasir Xristianlıq doktrinasına görə İsa möcüzəvi şəkildə, heç bir insani ata olmadan, heç bir cinsi əlaqə, heç bir kişi toxumu olmadan Müqəddəs Ruhun vasitəsiylə dünyaya gətirilmişdir.[2][3][4][5] Roma Katolik kilsəsi və Şərq Pravoslav kilsəsində “bakirənin doğuşu” termini təkcə İsa peyğəmbərin Bakirə Məryəm tərəfindən dünyaya gətirilməsi fikrini deyil, eyni zamanda Məryəm ananın ömrünün sonuna kimi bakirə qalması fikrini də əhatə edir və bu inanc II əsrdən sonra birmənalı şəkildə təsdiq edilməkdədir.

Əsas Xristian inanclarından olan “İsanın bakirə tərəfindən dünyaya gətirilməsi” inancını heç də, Məryəmin günahsızlığını əsaslandırmağa çalışan əsas katolik doktrinası Ləkəsizlik Anlayışı ilə qarışdırmaq olmaz. Katolik inancına görə İsa möcüzəvi şəkildə yox, normal yolla dünyaya gəlmişdir. Roman Katolik Ləkəsizlik Anlayışına görə Məryəm yaradılarkən, bətni bu şəkildə formalaşdırılmış və bu onun “ləkə”si (latınca macula) yox, anadangəlmə günahıdır.[6]

Məryəmin bakirə olduğu halda İsa peyğəmbəri dünyaya gətirməsi inancı Xristianlıqla yanaşı, İslamda da qəbul edilmişdir.[7][8] İslam dini ədəbiyyatında İsa matronimik şəkildə İsa peyğəmbər İslamda İsa bin Məryəm adlandırılır ki, bu da Quran ənənəsindən irəli gəlməkdədir.[9]

Digər doktrinalardan fərqi

[redaktə | mənbəni redaktə et]
Vilyam Buqro tərəfindən çəkilmiş Müjdə əsəri. Mələyin əlində tutduğu ağ zanbaq katolik ikonaqrafiyasında Məryəmin bakirəliyinin simvoludur.

İsanın Bakirə Məryəm tərəfindən dünyaya gətirilməsi əksər hallarda Roman Katolik Kilsəsinə məxsus olan və İsanın Məryəm ana tərəfindən normal şəkildə dünyaya gətirildiyini, lakin bunun anadangəlmə günahdan qaynaqlandığını ehtiva edən[10] Ləkəsizlik Anlayışı ilə qarışdırılır. Halbuki İsanın bakirədən doğulması İsanın doğulması ilə əlaqləli olduğu halda, Ləkəsizlik Anlayışında bu Məryəmin doğulması ilə bağlanılır. Bu Roman Katolik kilsəsinə məxsus Ləkəsizlik anlayışında bu cür göstərilir: “Müqəddəslərin müqəddəsi Bakirə Məryəm, hər şeyə qadir, tək və böyük Allah tərəfindən yaradılarkən, ona insanlığın Xilaskarı olan İisus Xristosu dünyaya gətirmək fəziləti bəxş edilmiş və bunun sayəsində o, ömrünün sonuna kimi, bütün günahlardan kənar və ləkəsiz qalmışdı.”[11]

İsanın bakirədən doğulması anlayışı eyni zamanda, bir çox xüsusiyyətlərinə görə Məryəmin daimi bakirəliyi əsasında bakirədən doğulma anlayışını izah edən digər doktrinalardan da fərqlidir.[12][13]

Erkən xristian qaynaqlarında İsa haqqında olan məlumatlar əsasən onun doğulması və ölümünü əhatə etsə də, erkən kilsə qurumları onun həyatının xronologiyasını bərpa etməyə diqqət yetirmişlər.[14][15][16] Erkən xristinlar arasında inanc baxımından heç bir fərq yox idi və İsanın doğulması haqqında İncillərdə olan fərqli məqamların sonradan əlavələr nəticəsində meydana gəlməsi ehtimal edilir. Lakin İsanın doğulması hadisəsinin Luka və Matfeydə verilmiş təsvirlərinin müqayisəsi bakirədən doğulma, Betleyemdə doğuş, Nazaretdə keçən uşaqlıq kimi müxtəlif məqamların xeyli ümumi cəhətlərlə təsvir edildiyini ortaya çıxarmışdır.[15][17]

İsanın doğulması haqqında məlumat dörd kanonik incildən yalnız ikisində LukaMatfeyin incillərində vardır. Lukanın təsvir etdiyi hadisənin mərkəzində Məryəm dayansa da, Matfeyin təsvir etdiyi hadisənin mərkəzində Cozef dayanır və hər iki incil İsanın insan atası olmadan dünyaya gəldiyini bildirir.[18][19][20]

Nə Luka, nə də ki, Matfey təsvir etdikləri doğum hadisəsinin Məryəm və ya Cozef tərəfindən nəql edildiyini iddia etmirlər.[21] Ceyms Hastinqs və Tomas Nyufeld qeyd edirlər ki, İsanın doğulması hadisəsi qəsdən dolaşıq şəkildə təsvir edilərək, əsl həqiqət kiçik erkən xristian toplumları arasında gizlədilmiş və uzun illərdən bəri sirr kimi qorunmaqdadır.[22][23] Ronald Braunriq isə qeyd edir ki, ola bilsin ki, Luka təsvir etdiyi hadisəni Məryəmin, Matfey isə Cozefin vasitəsiylə əldə etmişdir.[24]

Matfeyin İncili İbrahim peyğəmbərdən İosifə qədər olan nəsil şəcərəsinin izlənməsi ilə başlayır, lakin bundan sonra Matfey İosefi “Məsih adlandırılan İsanı doğmuş Məryəmin əri” adlandırır. [1:16] Mətnin original yunan dilində olan versiyasında işlədilən "ἐξ ἧς" (tək qadın anlamlı ifadə) ifadə, göstərir ki, burada İsanın İosif və Məryəmin övladı olması yox, sırf Məryəmin İsanı dünyaya gətirməsi və ya Cozefin İsanı dünyaya gətirmiş qadınla evlənməsi nəzərdə tutulmuşdur.[1:16] Lakin elə oradaca qeyd edilir ki, Məryəm hamilə olduğunu öyrəndiyi zaman İosifdən ayrıldı [1:18]İsanı dünyaya gətirdikdən sonra da bir daha heç kimlə evlilik münasibətində olmadı. [1:25]

Matfey daha sonra qeyd edir: Kəhanəti yerinə yetirəcək Peyğəmbərin dünyaya gəlməsi üçün “bu onun bətnində Müqəddəs Ruh tərəfindən yerləşdirilmişdi” [1:20] : “Bakirə uşaq dünyaya gətirməli və həmin uşağı böyütməli idi", onu “Tanrı bizimlədir” anlamına gələn adla – İmmanuel adlandırmalı idilər.” [Mt. 1:22-23] Tədqiqatçılar “peyğəmbər” sözünün Yesayaya Yeşaya 7:14 işarə etdiyini bildirirlər. Bəzi V – VI əsr əlyazmalarında bu ifadə elə məhz “Peyğəmbər Yeşaya” şəklində işlədilmişdir.[25]

Yəhudi dilində xüsusi söz “almah” sözü vardır ki, “qız”, “gənc xanım” və “bakirə” anlamında işlədilir. Matfey 1:22 qeyd edəndə ki, “Bakirə uşaq dünyaya gətirməli idi” o, yunan sözü olan “parthenos” sözünü bakirə anlamında istifadə etmişdir ki, bu da Septuaginta tərcümədə meydana çıxmış və Masoretik tərcümədə yəhudi dilində olan “almah” ifadəsi istifadə edilmişdir.[26] Bu yunan tərcüməsində original yəhudi dilində olan mətn tərcümə edilərkən “gənc qadın” anlamında da işlədilən söz yunan dilinə sırf "bakirə" anlamı daşıyan “parthenos” sözü kimi tərcümə edilmişdir.[27] Reymond Braun qeyd edir ki, ola bilsin ki, yunan dilinə Septuaginta tərcümənin müəllifi yəhudi dilindəki ”almah” sözünün bu mətndə bakirə anlamında istifadə edildiyini zənn etmişdir.[26]

İsanın doğulması mövzusu Lukanın İncilinin əsas mövzularından biri olmaqla, kitabın mətnin 10% - ə qədərini təşkil edir və bu mətn Matfeyin İncilində İsanın doğulmasını təsvir edən mətndən 3 dəfə uzundur.[28] Lukanın 1:30-35 İncilində Məryəm bakirə olduğu halda necə hamilə qalmasını və uşaq dünyaya gətirməsini danışır və bunu Tanrının qüdrəti ilə bağlayır. Lukanın 3:23-38 İncilində Matfeyin verdiyi şəcərədən fərqli olan nəsil şəcərəsi də verilmişdir. Lukanın yoxsa Matfeyin verdiyi şəcərənin doğru olması məsələsində tədqiqatçılar müxtəlif fikirlər səsləndirmişlər.[29]

Mələk Cəbrayıl Məryəmə hamilə olduğunu və Müqəddəs Ruhun ona bəxş etdiyi uşağı dünyaya gətirəcəyini söylədikdə,[Lk. 1:26-38] o bunu sevinclə qarşıladı [Lk. 1:46-55] və sevindiyindən dua etdi.[30]

Pavelin məktubları

[redaktə | mənbəni redaktə et]

İncillərə əsasən
İsanın həyatındakı
hadisələr


Xristianlıq

Pavelin məktubları dövrümüzə çatmış ən qədim xristian mətnlərindən biridir. Həmin mətnlərdə də İsanın doğulması hadisəsi təsvir edilmiş və burada da İsanın bakirə ana tərəfindən dünyaya gətirildiyi qeyd edilmişdir. Bu əlyazmada qəribə müqayisə aparılaraq İsanın doğulması Adəmin Şeytana məğlub olması ilə müqayisə edilir və İsa “yaradılmışların ilk doğulmuşu” adlandırılaraq İkinci Adəmin olduğu qeyd edilir.[5][31][32][33]

Bəzi tədqiqatçılar[34] Pavelin bakirəlik məsələsinin üstündən susqunluqla keçməsini İsanın bakirdən doğulması haqqında mənbələrin olmaması ilə əsaslandırsalar da, Reymond Braun kimi bir qrup tədqiqatçılar da Pavelin məktublarının əsasən rahiblik məsələlərinə həsr olunduğu və bu səbəbdən də İsanın həyatı haqqında məlumatlara səthi yanaşıldığını qeyd edirlər.

Reymond E. Braun qeyd edir ki, göstərilən iddiaların heç birinə əsaslanaraq Pavelin bakirəlik məsələsində nəsə bilib – bilməməsi haqqında fikir yürütmək mümkün deyil.[35] Braun yazır ki, Pavelin İsanın bakirədən doğulması məsələsi üzərində çox dayanmamasının nəyəsə işarə olub – olmadığı haqqında fikir bildirmək çox çətindir.[35] Braun qeyd edir ki, hətta Pavelin bakirəlik məsələsi ilə bağlı susması onun İsanın bakirədən doğulması məsələsini rədd etdiyi anlamına gəlsə belə, bu İsanın bakirə qadın tərəfindən dünyaya gətirilməsi məsələsinin doğru və ya yanlış olmasını sübut etmir və Matfey və Lukanın istifadə etdiyi mənbələrdən təxminən 30 – 60 il sonrakı dövr ərzində müxtəlif dini ənənələr də bu məsələni qarışdıra bilərdi.[36] Başqa tədqiqatçılar isə bakirəlik məsələsində Pavelin məktublarının önəmli mənbə olmadığını, bu mətnlərin xronoloji baxımdan qarışıq olduğunu və mənbədə İsanın həyatına dair çox səthi məlumat verildiyini, hətta Sonuncu şam yeməyi hadisəsinə yalnız Korinf probleminin izahı üçün toxunulduğunu qeyd edirlər.[37]

Pavelin məktublarında İncilin Qalatiyalılar 4:4 hissəsinə tez – tez istinad edilir və həmin parça adətən belə tərcümə olunur: “artıq zamanı yetişəndə Tanrı qadından, qanunsuz şəkildə doğulmuş, öz oğlunu göndərdi”. (burada istifadə edilmiş “doğulmuş” ifadəsi əslində əmələ gəlmiş kimi anlaşılmalıdır.) Bəziləri Pavelin bakirəlik məsələsindəki susqunluğunu onun bu haqqda az bilgiyə malik olması ilə izah etsələr də, bəziləri də onun istinad etdiyi “qadından, qanunsuz şəkildə doğulmuş” ifadəsinin İsanın insan atası olmadan doğulduğu anlamına gəldiyini vurğulayırlar.[38][39] Məktubların əvvəlində İncilin Romalılar hissəsindən (Romalılar 1:1-4) aşağıdakı misralara istinad edilir: “Onun oğluna gəldikdə Davidin soyundan olan (Davidin nəslinin törəməsi olan) bu şəxs Tanrının oğlu olduğunu elan etdi, doğumundan ölümünə kimi Müqəddəs ruh tərəfindən gücləndirildiyini və İsa Məsihin bizim ağamız olduğunu bildirdi.” Bəzi tədqiqatçılar burada işlədilmiş “Davidin soyundan olan” ifadəsinin Cozefin Davidin nəslindən olması və beləliklə İsanın fiziki atasının Cozef olması kimi əsaslandırıb, bu yolla da İsanın bakirə qadın tərəfindən doğulması məsələsini rədd etsələr də, bəzi tədqiqatçılar da Məryəmin Davidin nəslindən olduğunu və yuxarıdakı istinadda məhz buna işarə edildiyini bildirirlər.[40][41][42][43]

Digər tərəfdən, İncil, Qalatiyalılar 4:4 - də olduğu kimi, Pavel da İsanın doğulmasından bəhs edərkən sırf “doğulmaq” (γεννητός, gennetos - doğulmaq sözünü Matthew 11:11 Vəftizçi İohannın doğulmasından bəhs edərkən “qadından doğulmuş” şəklində işlədir.) sözündən istifadə etmir və onun istifadə etdiyi γενόμενος, genomenos sözü yunan dilindən hərfi tərcümədə “olmaq”, “əmələ gəlmək”[44][45] anlamını verir. Bu fakta istinad edərək, bəzi tədqiqatçılar əvvəldən mövcud olmuş Tanrının Oğlunun insanlar arasına gətirilməsindən bəhs edildiyinə diqqət yönləndirirlər.[46][47]

Məktublarda, Romalılar 8:3-4 - ə istinadla yazılmış Tanrı öz oğlunu “günahkar kimi” göndərdi ifadəsinin isə İsanın sadəcə olaraq digər insanlardan fərqli şəkildə dünyaya gəlməsi anlamı daşıdığı ehtimal edilir və bu ehtimal Paulun başqa bir istinadındakı Məsih “bilirdi ki, heç bir günahı yoxdur” ifadəsi ilə dəstəklənir. [2 Cor 5:21] Bir qrup tədqiqatçı isə Pavelin istifadə etdiyi “bilirdi ki, heç bir günahı yoxdur” ifadəsinin onun bakirədən doğulmasına işarə olduğunu iddia edir. Paulun insanlara “özlərini miflərə inandırmamağa və müxtəlif insanlar tərəfindən ortaya atılmış qarışıq nəsil şəcərələrinə aldanmamağa” çağırışı əks etdirən 1Timofi 1:4 qeydlərinə əsasən onun bakirədən doğulma məsələsi və müxtəlif mənbələrdə əks olunmuş nəsil şəcərələrinə qarşı neqativ münasibətdə olduğu güman edilir.[48]

Möcüzəvi və gözlənilməz doğumla bağlı hadisələrə İncilin müxtəlif hissələrində fərqli obrazların iştirakı ilə dəfələrlə rast gəlinir. Bibliyanın ilk kitabı olan Genezisdə Saranın verimsizlik dövründə - 90 yaşında İsaakı dünyaya gətirildiyi göstərilir. Genezisdə, eləcə də Bibliyanın digər kitablarında bir çox qadın obrazların məhz qoca vaxtinda – verimsizlik dövründə uşaq dünyaya gətirməsindən bəhs edilir. Təxminən eyni qəlibdə olan bu hadisələrin hamısında möcüzəvi şəkildə dünyaya gəlmiş övladların xalqa rəhbərlik edərək onu xilas etməsi gözlənilir.[49] Bəzi teoloqlar bu faktı yəhudi teologiyasını kralların mükəmməl qanunlarından ayıran incəlik kimi nəzərdə keçirirlər.[50]

Mikelancelo - Yesaya, Sikstin kapellası

Matfey İsanın doğulması haqqında, yunan dilində Yesaya 7:14-16 Septuaginta mətnə istinadən məlumat verir və bu zaman yunana dilində "παρθένος" (parthenos, bakirə) sözünü istifadə edir, halbuki orijinal yəhudi dilində olan mətndə "עלמה" (almah – olmaq, əmələ gəlmək) sözü işlənmişdi və bu söz Bibiliyada eyni zamanda evlənməmiş, nişanlı anlamında da işlənir, necə ki deyilir Ahaz Zaxariyanın qızı Abiya ilə nişanlandı.

Bibliyanın Kral Ceyms versiyasının ənənəvi protestant tərcüməsində Yesayanın misraları aşağıdakı şəkildə səslənir (Bəzi müasir tərcümələrdə almah ifadəsi heç də bakirə kimi tərcümə olunmur. Bu cür tərcümələrə misal olaraq “the Good News Translation”ı göstərmək olar):

“Bu səbəbdən də Ağa özü sənə işarə verir; diqqətlə fikir ver, bakirə uşaq yetişdirməli, onu dünyaya gətirməli və İmmanuel adlandırmalıdır. O yağ və bal yeməli, eyni zamanda şəri və onun gətirdiyi günahı rədd edərək yaxşılığı seçməlidir. Uşaq şəri rədd edib yaxşılığın tərəfində durana kimi bütün ölkə hər iki krala nifrət edəcəkdir.”[51]

Bu istinadın izahlarından biri belədir ki, əsl kəhanət eramızdan əvvəl 734 – cü ildə olmuş və tezliklə doğulacağından bəhs edilən uşaq o zamankı Suriyanın ərazisi hesab edilən Rezini (müasir İsrail ərazisindədir) fəth etməli idi. Bu kəhanət iki il gec - e.ə. 732 – ci ildə Assuriya kralı III Tiqlatpalasarın Suriyaya hücumundan sonra tamamlandı. Haqqında bəhs olunan bu uşaq daha sonra VIII fəsildə peyda olur və qeyd edir ki, onun gəlməsindən əvvəl Pekanın idarə etdiyi Samariya krallığı və Şimali İsrail məhv olacaq. Bu hadisə də e.ə. 722 – ci ildə Assuriyanın əli ilə gerçəkləşir.[52]

Yesaya 8:8 – də İmmanuelin yenidən yanısılması 7:14 – də daha da aydınlaşır və məsihlik mövzusuna gedən yolun hamarlanması məqsədi güddüyü ortaya çıxır. Septuagintanın tərcüməçiləri isə buna, qeyri adi doğulmadan daha çox diqqət ayıraraq İsanın doğulmasını yunan dilində “parthenos”, yəhudi dilində “almah” sözləri ilə ifadə etmişlər.[53]

Bakirə Məryəmİsa peyğəmbər orta əsr şiə İran miniatüründə

Quranda xüsusi olaraq qeyd edilməsə də, müsəlmanlar, Allahın İsaMəryəmi Şeytandan qoruyan xüsusi pərdə yaratmasına görə, onların doğuş zamanı Şeytan əli dəyməmiş yeganə insanlar olduğuna inanırlar.[54]

Quranda İsanın Bakirə Məryəm tərəfindən doğulduğu qeyd edilir. Məryəmin müjdələnməsi və İsanın doğulması Quranın III və XIX surələrində ətraflı şəkildə təsvir edilir və göstərilir ki, Allah öz mələyini göndərərək bildirdi ki, o, bakirə olmasına baxmayaraq hamilədir və oğlan uşağı dünyaya gətirəcək.[7]

Quranın XIX surəsinin [Quran 19:1] təsvirləri Lukanın İncili ilə uyğunluq təşkil edir.[55] Hər iki kitabda Məryəm müjdələnərkən bildirilir ki, o, Allahın oğlunu dünyaya gətirmək üçün seçilmişdir. Eyni zamanda xəbəri çatdıran və Cəbrayıl olduğuna inanılan mələyin hər iki kitabda insan şəklində zühur etdiyi bildirilir.[56][57] Quranda qeyd edilir ki, Məryəmə oğlan uşağı dünyaya gətirəcəyi söylənildikdə, o, günahsız və pak olduğu halda bunun necə baş verəcəyini soruşur və cavabında Allahın istədiyi hər şeyi etməyə qadir olduğunu və bu işlərin onunçün çox asan olduğunu eşidir.[56] Eyni zamanda, Quranda qeyd edilir ki (21:91 və 66:12), Allah öz “Müqəddəs Ruh”unu bakirə Məryəmin bətninə daxil etdi.[56][57]

Tənqidi analiz

[redaktə | mənbəni redaktə et]
Fra Anjeliko - Müjdələnmə, 1430-1432

Bəzi tədqiqatçılar[58][59][60][61][62] bakirə Məryəmin doğması məsələsini araşdırarkən, detalları hər nə qədər fərqli olsa da, bunun iki fərqli İncildə xüsusi olaraq qeyd edilməsini önə çəkirlər.[63] Bu baxışa görə, İsanın bakirə Məryəm tərəfindən doğulmasını təsdiq edən bir çox sübutlar var.

Luka və Matfey müxtəlif ənənələrin təqdim etdiyi fərqli mənbələrə istinad etmişlər. Fərqli mənbələrə istinad etmələri LukaMatfeyin İsanın doğumu haqqında məlumatlarında fərqliliklərin yaranmasına gətirib çıxarmışdır ki, bu da tədqiqatçıların diqqətini cəlb etmişdir.[64][65] Matfeyə görə adsız bir mələk bakirə Məryəmin uşaq dünyaya gətirəcəyini Cozefə xəbər verir, Lukaya görə isə Cəbrayıl Məryəmə bakirə olduğu halda uşaq dünyaya gətirəcəyini xəbər verir. Lakin iki fərqli təsvir olmasına baxmayaraq, həm Matfey, həm də Luka İsanın məhz bakirə Məryəm tərəfindən doğulmasını qeyd edir.[66][67][68] Onların təsvirlərinin iki əsas qayəsi belədir:

  1. Bakirənin doğması tarixi hadisədir və bu hadisənin müxtəlif aspektlərini işıqlandıran Matfey və Lukanın İncilləri onun tarixiliyini təsdiq edir.
  2. Həm Matfey, həm də Luka İsanı qədim yəhudi yazılarında bəhs edilən kəhanətin tamamlayıcısı kimi təqdim etməyə çalışırlar. Onlar hər ikisi, bakirədən doğulma və Betlehemin kəhanətin əsas elementlərindən olduğunu bilirdilər və buna görə də təsvirlərində bu iki elementə xüsusi diqqət yetirirlər. Lakin hər iki müəllif bu hadisələri müxtəlif mənbələrə istinad edərək, fərqli yolla təsvir edirlər. Məsələn, hər iki müəllif Betlehemdə doğulmuş İsanın sonradan necə Nazaretli kimi tanınması məsələsinə toxunur, lakin bunu fərqli şəkildə izah edirlər.

İsanın bakirə Məryəm tərəfindən doğulması haqqında digər bir mövqe isə Stefan L. Harrisə[69] məxsusdur. Onun fikrincə, İsanın bakirədən doğulması məsələsi, hər iki müəllif tərəfindən, yəhudilərin İsanın qeyri-qanuni doğulmuş övlad olması iddiasına cavab olaraq II əsrdə yazılmışdır. Amma Matfey və Lukanın nəyə görə yəhudilərin iddiasına xeyli zaman sonra cavab verməsi məsələsi açıq qalır.[70] Helmut Köster isə İsanın bakirədən doğulması hadisəsinin köklərinin Ellinist mifologiyaya dayandığını iddia edir.[71]

Origen

Psilantropistlər İsanın bakirə tərəfindən dünyaya gətirilməsi fikrinə qarşı çıxır və onun “sadəcə insan” olduğunu iddia edirlər.[72] Psilantropizm İsanın Məsih olduğunu qəbul edib, Həvari Pavelin həvariliyini rədd edən Ebionitlər kimi ilkin yəhudi xristian qrupları arasında da mövcud olmuşdur.[73] [74] Lakin IV əsrdə çağırılmış Nikena kilsə məclisi İsanın “sadəcə insan” olması fikrini rədd etmişdir.[75]

II əsrdə antixristian, paqan yunan filosofu Çels İsanın atasının Pantera adlı Roma döyüşçüsü olduğunu yazırdı. Selsusun bu mövqeyi Origenin diqqətini cəlb etmiş və o, bunu uydurulmuş hekayə adlandırmışdır.[76][77] Reymond E. Braun isə qeyd edir ki, Pantera ilə bağlı əhvalat çox az tarixi əhəmiyyət daşıyan, İsanın doğumuna xəyalpərəst yanaşmalardan biridir.[78]

Orta əsrlərdə yəhudi – xristian qarşıdurması zamanı, yəhudilər tərəfindən İncillərin parodiyası olan Toledot Yeşu adlı kitab yazılmışdır.[79] Həmin kitabda da İsanın atasının Pantera və ya Pandera adlı kişi olması göstərilir və İuda İskariot qəhrəman kimi təsvir edilir.[80][81][82] Kitabda İsanın Panteranın qeyri-qanuni doğulmuş övladı olduğu göstərilir, o kafir adlandırılır və davamçılarının fəaliyyəti pislənir.[80][82] Robert E. Van Vurst qeyd edir ki, Toledot Yeşunun ədəbi üslubu onun IV əsrdən əvvəl yazılması fikrini rədd edir və IV əsrdə yazılmıış İsanın doğulması haqqında bu cür iddia etibarsız hesab edilə bilər.[83]

Yustin Martir

I – II əsrlərdə xristianlarla digər qruplar arasında münaqişələr zamanı, yəhudilər və paqan dinlərə inananlar qeyd edirdilər ki, İsanın bakirədən doğulması haqqında xristian inancı paqan mənşəlidir.[84][85] Yustin Martir kimi ilkin xristianlar isə, İsanın bakirədən doğulması hadisəsinin paqanizmlə hər hansı əlaqəsinin olması fikrini rədd edirdilər.[86] II əsrdə Yustin öz qrqumentlərini “Yustinin ilk üzrü” və “Trifo ilə dialoq” əsərlərində təqdim etmişdi.[86] Yustin öz mövqeyni ətraflı şəkildə şərh edərək bildirir ki, ümumiyyətlə “bakirə” sözü paqan mənbələrində istifadə edilmir.[87] O, eyni zamanda Trifo adlı yəhudi ilə debatlarında Əhdi-Ətiq mövzularına tez-tez müraciət edir.[84]

Mitraizmin davamçıları bildirirlər ki, Mitra, Ana Dünya və Ahuramazdanın birləşməsindən doğulmuşdur və həm Xristianlıq, həm də Çin mifologiyası bu hadisədən təsirlənmişdir.[88] Xristian müəlliflər isə Xristianlığın Mitraizmdən təsirlənməsi fikrinin heç bir tarixi əsası olmadığını bildirirlər.[89]

Erkən xristian sənədlərindən olan və II əsrə aid edilən “Yesayanın yüksəlməsi”ndə də İsanın bakirədən doğulması haqqında qeydlər vardır.[90] Lakin həmin sənədin tarixi və mənşəyi məsələsi mübahisəli olduğundan tədqiqatçılar sənəd müəllifinin öz fikirlərini Yesaya adının arxasında gizlətdiyini düşünürlər.[91]

Partenogenezə əsasən İsanın bakirədən doğulmasının mümkün bioloji müxanizmi təklif edilmişdir.[92] Lakin bu nəzəriyyə elmdə ciddi dəstək tapmamışdır.[93][94]

Xristian bayram və mərasimlərində

[redaktə | mənbəni redaktə et]

Xristianlar İsa bayramını 25 mart, İsanın doğumunu (Milad) 25 dekabrEpifani gününü 6 yanvar tarixlərində qeyd edirlər. Müxtəlif ənənələri özündə birləşdirən və İsanın doğumunun İncillərdəki təsvirlərinə aid elementlərlə zəngin müasir Milad bayramı isə XIII əsrdən – Fransiskanların dövründən qeyd edilməkdədir.[95][96][97]

Sonradan Milada çevrilmiş Doğuluş festivalı IV əsrdən Katolik kilsəsi tərəfindən əsasən Romada və Şimali Afrikada qeyd edilməkdə idi, lakin onun ilk dəfə harda və nə zaman keçirilməsi dəqiq bilinmir.[98] İsanın miladının nəyə görə məhz 25 dekabr tarixində qeyd edilməsi məsələsi də müzakirə mövzusudur. Bir nəzəriyyəyə görə həmin tarix. Xristianlıqdan əvvəl “Natalis Solis Invicti” (Məğlubedilməz Günəşin doğum günü) kimi qeyd edilmişdir. Digər bir nəzəriyyəyə görə isə Miladın tarixi İsanın bakirədən doğulması nəzəriyyəsinə Müjdələnmə hadisəsinə əsaslanır.[99]

Bununla belə, İsanın doğumunun yəhudi təqviminin 14 Nisan (25 mart və ya 6 aprel) tarixində baş verdiyi[100] və beləliklə qeyd edilən tarixdən 9 ay gec olduğu haqqında da fikirlər vardır.[99] Səhvən Yohannes Xrisostomosa aid edilən traktatda isə İsanın ilin eyni günündə - 25 martda doğulduğu və çarmıxa çəkildiyi bildirilir. Bu tarixdən eyni zamanda Hippolu Müqəddəs Auqustin də bəhs etmişdir.[99]

Şərq Pravoslav Kilsəsi Məryəmi bildirən anlayış kimi “Həmişə bakirə Məryəm” ifadəsini işlətməkdə və Şərq kilsə liturgiyasının mühüm hissəsini təşkil etməkdədir.[101]

Mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

İsanın bakirə Məryəm tərəfindən doğulması xristian incəsənətində tez-tez müraciət olunan mövzulardan biridir. Dini mövzulu rəsm əsərlərində daha çox Məryəm Cəbrayılla, İsanın doğulması, Məryəmin Tanrının oğlunu dünyaya gətirəcəyi ilə bağlı müjdələnməsi səhnələri təsvir olunmuşdur.

Müjdələnmə Avropa incəsənətində ən çox müraciət edilmiş səhnələrdən biridir.[102] Müjdələnmə eyni zamanda Avropa incəsənətində Cəbrayılın ən çox təsvir edildiyi səhnədir.[103] Bəzi doğulma səhnələrində Cozefin geri dönməsinin təsvir edilməsi onun, Müqəddəs Ruha atalıq etməsini sərgiləməkdədir.[104]

  1. 1 2 "Virgin Birth Arxivləşdirilib 2008-03-03 at the Wayback Machine" britannica.com Retrieved October 22, 2007.
  2. "Lateran Council of 649, canon 3, quoted in Denzinger, 256". 2021-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-05.
  3. "Cathechism of the Catholic Church, 484-486 and 496-498". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-05.
  4. "John Paul II, 10 July 1996, 3". 7 December 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 May 2012.
  5. 1 2 The virgin birth by Robert Glenn Gromacki 2002 ISBN 0-8254-2746-0 pages 220-221
  6. "Kathleen Coyle, Mary in the Christian Tradition (Twenty-third Publications 1996 ISBN 0-85244-380-3), p. 36". 2014-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-05.
  7. 1 2 Sarker, Abraham.Understand My Muslim People. 2004 ISBN 1-59498-002-0 page 260
  8. Qur'an 3:45, 3:47, 3:59, 66:12.
  9. Qur'an 2:87, 2:253, 4:157, 4:171, 5:46, 5:72, 5:75, 5:112, 5:114, 5:116, 9:31, 43:57, 61:6, 61:14.
  10. A history of the church in the Middle Ages by F. Donald Logan 2002 ISBN 0-415-13289-4 page 150
  11. Catechism of the Catholic Church, 491 Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine.
  12. Mark Miravalle, 1993, Introduction to Mary, Queenship Publishing ISBN 978-1-882972-06-7, pages 56-64
  13. Mary in the New Testament edited by Raymond Edward Brown 1978 ISBN 0-8091-2168-9 page 273
  14. Raymond E. Brown, in The Birth of the Messiah, pages 26-28
  15. 1 2 The new Westminster dictionary of church history, Volume 1 by Robert Benedetto 2008 ISBN 0-664-22416-4 page 351
  16. Robert J. Karris (editor), Collegeville Bible Commentary 1992, p. 939 [1] Arxivləşdirilib 2014-06-23 at the Wayback Machine
  17. The Origins of the Gospel According to St. Matthew by George Dunbar Kilpatrick 2007 ISBN 0-86516-667-6 page 54.
  18. Mercer dictionary of the Bible by Watson E. Mills, Roger Aubrey Bullard 1998 ISBN 0-86554-373-9 page 556
  19. Jesus and the Gospels by Clive Marsh, Steve Moyise 2006 ISBN 0-567-04073-9 page 37
  20. The Gospel according to Matthew by Leon Morris ISBN 0-85111-338-9 page 26
  21. Lord Jesus Christ by Larry W. Hurtado 2005 ISBN 0-8028-3167-2 page 322
  22. A Dictionary of Christ and the Gospels: Volume II by James Hastings 2004 ISBN 1-4102-1788-4 page 805
  23. Recovering Jesus: the witness of the New Testament Thomas R. Yoder Neufeld 2007 ISBN 1-58743-202-1 pages 116-123
  24. Who's Who in the New Testament by Ronald Brownrigg 2001 ISBN 0-415-26036-1 page 99
  25. Barbara Aland, et al. Latin New Testament 1983, American Bible Society. ISBN 3-438-05401-9 page 3
  26. 1 2 Brown, Raymond E.; Achtemeier, Paul J. (1978). Mary in the New Testament: A Collaborative Assessment by Protestant and Roman Catholic Scholars. Paulist Press. p. 92. ISBN 0-8091-2168-9.
  27. Diarmaid MacCulloch, A History of Christianity, 2009 (Penguin 2010, p. 81). ISBN 978-0-14-102189-8
  28. The people's New Testament commentary by M. Eugene Boring, Fred B. Craddock 2004 ISBN 0-664-22754-6 page 177
  29. John Gresham Machen Virgin Birth of Christ 1987 Page 218 "We shall still be able to say that the difference between the two genealogies, taken broadly, is due to the fact that for the most part — perhaps even in every link except one — the Lucan genealogy traces the actual physical ancestors."
  30. An Introduction to the Bible by Robert Kugler, Patrick Hartin ISBN 0-8028-4636-X page 394
  31. The International Standard Bible Encyclopedia by Geoffrey W. Bromiley 1988 ISBN 0-8028-3785-9 page
  32. An introductory dictionary of theology and religious studies by Orlando O. Espín, James B. Nickoloff 2007 ISBN 0-8146-5856-3 page 238
  33. Mercer dictionary of the Bible by Watson E. Mills, Roger Aubrey Bullard 1998 ISBN 0-86554-373-9 page 712
  34. Weatherhead, L.D. The Christian Agnostic. England: Hodder and Stoughton. 1965. 59–63. 2016-04-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-18.
  35. 1 2 "Raymond Edward Brown, The Virginal Conception and Bodily Resurrection of Jesus (Paulist Press 1973 ISBN 978-0-8091-1768-0), pp. 56-57". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-17.
  36. Brown, The Virginal Conception and Bodily Resurrection of Jesus, p. 61
  37. Virgin Birth of Christ by J Gresham Machen 1987 ISBN 0-227-67630-0 page 262
  38. John P. Meier. A Marginal Jew: Rethinking the Historical Jesus: The Roots of the Problem and the Person, Vol. 1, Anchor Bible. 1991. p. 226
  39. "A Re-Study of the Virgin Birth of Christ" in Evangelical Quarterly 37, published as a Supplement to the Columbia Theological Seminary Bulletin 1966, pp. 1-14]
  40. Stevens, George Barker, The Theology of the New Testament, T&T Clark, 1899, səh. 391
  41. Brunner, Emil; Wyon, Olive, The Mediator: A Study of the Central Doctrine of the Christian Faith, Lutterworth Press, 2003, səh. 361, ISBN 0-7188-9049-3
  42. Adamson, Joseph J., What Is the World Coming To?: A Candid Look at Past, Present and Future Through the Lens of Real Prophecy and Common Sense, iUniverse.com, 2004, səh. 6, ISBN 0-595-31998-X
  43. Sullivan, Clayton, Rescuing Jesus from the Christians, Trinity Press International, 2002, səh. 40, ISBN B001S308LY
  44. "Herbert Lockyer, All the Doctrines of the Bible (Zondervan 1964 ISBN 0-310-28051-6), p. 43". 2014-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-17.
  45. "Donald Guthrie, New Testament Theology (Intervarsity Press 1981 ISBN 0-85111-742-2), p. 371". 2014-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-17.
  46. Tim S. Perry, William J. Abraham (editors), Mary for Evangelicals, Intervarsity Press 2006 ISBN 978-0-8308-2569-1, p. 25 [2] Arxivləşdirilib 2014-01-08 at the Wayback Machine
  47. Lord Jesus Christ' by Larry W. Hurtado 2005 ISBN 0-8028-3167-2 page 324
  48. Barrett, J. Edward (1988). "Can Scholars Take the Virgin Birth Seriously?" Bible Review, October, pp. 10-15, 29.
  49. R. H. Jarrell, 'The Birth Narrative as Female Counterpart to Covenant' Arxivləşdirilib 2008-12-09 at the Wayback Machine, Journal for the Study of the Old Testament 26 (2002): 3–18.
  50. Mark G. Brett, 'Nationalism and the Hebrew Bible' Arxivləşdirilib 2014-09-17 at the Wayback Machine, in John William Rogerson and others (eds), The Bible in Ethics: The Second Sheffield Colloquium, (Sheffield: Continuum International Publishing Group, 1995), p. 137.
  51. Isaiah 7:14-16
  52. Reading the Old Testament: an introduction to the Hebrew Bible by Barry L. Bandstra 2008 ISBN 0-495-39105-0 pages 300-302
  53. The Gospel according to Matthew by R. T. France 1987 ISBN 0-8028-0063-7 page 79
  54. Rodwell, J. M. The Koran. 2009 ISBN 0-559-13127-5 page 505
  55. Jackson, Montell. Islam Revealed. 2003 ISBN 1-59160-869-4 page 73
  56. 1 2 3 Islam: A Guide for Jews and Christians by F. E. Peters 2005 Princeton University Press ISBN 0-691-12233-4 page 23 [3] Arxivləşdirilib 2016-03-14 at the Wayback Machine
  57. 1 2 Holy people of the world: a cross-cultural encyclopedia, Volume 1 by Phyllis G. Jestice 2004 ISBN 1-57607-355-6 pages 558-559
  58. Geoffrey Bromiley, 1995, International Standard Bible Encyclopedia Eerdmans Publishing ISBN 978-0-8028-3784-4 page 991
  59. "Craig S. Keener, The Gospel of Matthew (Eerdmans 2009 ISBN 978-0-8028-6498-7), p. 83". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-20.
  60. Donald A. Hagner, Matthew 1-13 (Paternoster Press 1993 ISBN 978-0-8499-0232-1), pp. 14-15, cited in the preceding
  61. "Millard Erickson, Christian Theology (Baker Academic 1998 ISBN 978-0-8010-2182-4), p. 761". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-20.
  62. "Fritz Allhoff, Scott C. Lowe, Christmas (Wiley-Blackwell 2010 ISBN 978-1-4443-3090-8), p. 28". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-20.
  63. "Frederick Dale Bruner, Matthew: The Christbook (Eerdmans 2004 ISBN 9780802811189), p. 41". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-20.
  64. Samuel Lachs, 1987, A rabbinic commentary on the New TestamentKTAV Press, ISBN 978-0-88125-089-3 page 5
  65. Geoffrey Ashe, 1988 The Virgin Routledge Press ISBN 978-1-85063-100-2 page 49
  66. Eugene Laverdiere, 2006, The Annunciation to Mary Liturgy Training Press ISBN 978-1-56854-557-8 page 48
  67. Gresham Machen, 1987, Virgin Birth of Christ Ingram Press ISBN 978-0-227-67630-1 page 252
  68. Robert Gromacki, 2002, The Virgin Birth Kragel ISBN 978-0-8254-2746-6 page 202
  69. Harris, Stephen L., Understanding the Bible. Palo Alto: Mayfield. 1985.
  70. Brown, Raymond E., The Birth of the Messiah. Doubleday & Company. 1977, Appendix V: The Charge of Illegitimacy, p. 537
  71. Köster, Helmut Ancient Christian gospels: their history and development Edition 7, Trinity Press, 2004, pg 306
  72. The Westminster handbook to patristic theology by John Anthony McGuckin 2004 ISBN 0-664-22396-6 page 286
  73. Angels and Principalities by A. Wesley Carr 2005 ISBN 0-521-01875-7 page 131
  74. Jews, Christians and Jewish Christians in Antiquity by James Carleton Paget 2010 ISBN 3-16-150312-0 page 360
  75. The creed: the apostolic faith in contemporary theology by Berard L. Marthaler 2007 ISBN 0-89622-537-2 page 129
  76. Contra Celsum by Origen, Henry Chadwick 1980 ISBN 0-521-29576-9 page 32
  77. Patrick, John The Apology of Origen in Reply to Celsus 2009 ISBN 1-110-13388-X pages 22–24
  78. Mary in the New Testament by Raymond Edward Brown, et al. 1978 ISBN 0-8091-2168-9 page 262
  79. Michael J. Cook Jewish Perspectives on Jesus Chapter 14 in the "The Blackwell Companion to Jesus" edited by Delbert Burkett 2011 ISBN ISBN 978-1-4443-2794-6
  80. 1 2 Studying the historical Jesus: evaluations of the state of current research by Bruce Chilton, Craig A. Evans 1998 ISBN 90-04-11142-5 page 450
  81. "Princeton University". 2011-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-20.
  82. 1 2 William Horbury, The Depiction of Judeo-Christians in the Toledot Yeshu in "The image of the Judaeo-Christians in ancient Jewish and Christian literature" edited by Doris Lambers-Petry 2003 ISBN 3-16-148094-5 pages 280-285
  83. Van Voorst, Robert E (2000). Jesus Outside the New Testament: An Introduction to the Ancient Evidence WmB Eerdmans Publishing. ISBN 0-8028-4368-9 pp. 122 and 127
  84. 1 2 Roman world, 44 B.C.-A.D. 180 by Martin Goodman, Jane Sherwood 1997 ISBN 0-415-04969-5 page 326
  85. A Dictionary of Christ and the Gospels: Volume I by James Hastings 2004 ISBN 1-4102-1786-8 page 784
  86. 1 2 The International Standard Bible Encyclopedia by Geoffrey W. Bromiley 1995 ISBN 0-8028-3785-9 page 271
  87. Virgin Birth of Christ by J Gresham Machen 1987 ISBN 0-227-67630-0 page 335
  88. The mysteries of Mithras by Payam Nabarz 2005 ISBN 1-59477-027-1 page 5
  89. The Catholic Answer Book of Mary by Peter M. J. Stravinskas 2000 ISBN 0-87973-347-0 page 105
  90. Virgin Birth of Christ by J Gresham Machen 1987 ISBN 0-227-67630-0 page 42
  91. Lord Jesus Christ by Larry W. Hurtado 2005 ISBN 0-8028-3167-2 page 595
  92. Kessel, E.L. 1983. A proposed biological interpretation of the Virgin birth. Journal of the American Scientific Affiliation 35:129-136. web version Arxivləşdirilib 2022-05-27 at the Wayback Machine
  93. The birth of Jesus by George J. Brooke 2001 ISBN 0-567-08756-5 pages 62-63
  94. The virgin birth by Robert Glenn Gromacki 2002 ISBN 0-8254-2746-0 page 113
  95. The image of St Francis by Rosalind B. Brooke 2006 ISBN 0-521-78291-0 pages 183-184
  96. The vitality of the Christian tradition by George Finger Thomas 1944 ISBN 0-8369-2378-2 page 110-112
  97. The tradition of Catholic prayer by Christian Raab, Harry Hagan, St. Meinrad Archabbey 2007 ISBN 0-8146-3184-3 pages 86-87
  98. Christian worship in Reformed Churches past and present by Lukas Vischer 2002 ISBN 0-8028-0520-5 pages 400-401
  99. 1 2 3 Oxford Dictionary of the Christian Church (Oxford University Press 2005 ISBN 978-0-19-280290-3), article Christmas
  100. Procter and Frere's New History of the Book of Common Prayer (see The Date of Christmas and Epiphany Arxivləşdirilib 2015-04-06 at the Wayback Machine)
  101. The image of the Virgin Mary in the Akathistos hymn by Leena Mari Peltomaa 2001 ISBN 90-04-12088-2 page 127
  102. The encyclopedia of angels by Rosemary Guiley 2004 ISBN 0-8160-5023-6 page 183
  103. Medieval art: a topical dictionary by Leslie Ross 1996 ISBN 0-313-29329-5 page 99
  104. Christian iconography: a study of its origins by André Grabar 1968 Taylor & Francis page 130