Səbinə Səməd qızı Xasayeva (qızlıq soyadı: Süleymanova; 30 mart 1993, Bakı) — azərbaycanlı dövlət xadimi; Azərbaycan Milli Məclisinin VI çağırış deputatı.
Səbinə Xasayeva | |
---|---|
Vəzifədədir | |
10 mart 2020-ci ildən | |
Seçki dairəsi | 2020 — 12 saylı Qaradağ-Binəqədi-Yasamal |
Əvvəlki | Mixail Zabelin |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 mart 1993 (31 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Səbinə Xasayeva 30 mart 1990-cı ildə Bakı şəhərində anadan olub.[1] Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq bölməsindən məzun olub.[1] Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İdarəetmədə informasiya sistemləri ixtisası üzrə magistr dərəcəsi alıb.[1] İngilis və norveç dillərini bilir.[1] Evlidir, 2 övladı var.[1]
Səbinə Xasayeva 2014 və 2019-cu illərdə baş tutan bələdiyyə seçimlərində 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsindən Lökbatan bələdiyyəsinin üzvü seçilmişdir.[2][3] 2015–2019-cu illərdə Lökbatan bələdiyyəsi sədrinin müavini vəzifəsində çalışmışdır.[1]
Yeni Azərbaycan Partiyasının üzvüdür.[1] YAP Gənclər Birliyi İdarə Heyətinin üzvüdür.
2020-ci il fevralın 9-da baş tutan parlament seçimlərində Səbinə Xasayeva 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsindən Yeni Azərbaycan Partiyasının vahid namizədi olaraq göstərilmişdir. Nəticələrə əsasən Səbinə Xasayeva 48,70% səslə Milli Məclisin deputatı seçilmişdir.[4] Milli Məclisin Regional məsələlər Komitəsinin, Gənclər və idman Komitəsinin üzvüdür.[5] Həmçinin Azərbaycan–Estoniya, Azərbaycan–Lüksemburq, Azərbaycan–Norveç, Azərbaycan–Rumıniya, Azərbaycan–Tailand, Azərbaycan–Uruqvay, Azərbaycan–Paraqvay, Azərbaycan–Kamboca və Azərbaycan–Kamerun parlamentləri ilə əlaqələr üzrə qruplarının da üzvüdür.[5]
Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilib.
2024-cü il oktyabrın 8-də Azərbaycan - Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[6]