Ramil Həsənov

Ramil Sahib oğlu Həsən (Həsənov) (23 sentyabr 1978[1], Qafan rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin VIVII çağırış deputatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sabiq baş katibi, Türkdilli Dövlətlərin Parlament Assambleyasının sabiq baş katibi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sabiq sədri, Müşfiqabad bələdiyyəsinin sabiq sədr müavini.

Ramil Həsən
Vəzifədədir
10 mart 2020-ci ildən
Seçki dairəsiVI çağırış — 91 saylı Ucar
VII çağırış — 94 saylı Ucar
16 iyul 2014 – 3 iyul 2018
ƏvvəlkiXəlil Axıncı
SonrakıBağdad Amreyev
29 sentyabr 2009 – 1 oktyabr 2013
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıJandos Asanov
2005 – 2011
ƏvvəlkiSiyavuş Novruzov
SonrakıSeymur Orucov
Şəxsi məlumatlar
Doğum tarixi 23 sentyabr 1978(1978-09-23)[1] (46 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, səfir

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ramil Həsən 23 sentyabr 1978-ci ildə Ermənistan Sovet Sosialist Respublikasının Qafan rayonunda anadan olmuşdur. Ramil Həsən Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr pilləsini və Beynəlxalq münasibətlərin tarixi ixtisası üzrə magistr pilləsini bitirmişdir. Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə malikdir.

Evlidir, 2 övladı var. İngilis və rus dillərini bilir.

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Ramil Həsən 23 dekabr 1999-cu ildə keçirilmiş ilk bələdiyyə seçkilərində Müşfiqabad qəsəbə bələdiyyəsinin üzvü seçilmiş, 2001-ci ilədək bələdiyyənin sədr müavini olmuşdur.

Ramil Həsən 2002–2009-cu illərdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin idarə rəisi olmuşdur. Ramil Həsən 29 sentyabr 2009-cu il tarixindən 1 oktyabr 2013-cü il tarixinədək Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş katibi,[2] diplomatik missiya rəhbəri, 2014–2018-ci illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi, diplomatik missiya rəhbəri vəzifələrində çalışmışdır.

Ramil Həsən 9 fevral 2020-ci ildə keçirilmiş növbədənkənar seçkilərdə 91 saylı Ucar seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizəd olmuşdur.[3] O, seçkilərdə 8387 səs[4] və ya ümumi səslərin %52,2-ni toplayaraq[5] deputat seçilmişdir. Hal-hazırda Ramil Həsən Milli Məclisin Gənclər və idman komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. İspaniya, İtaliya, Qətər, Moldova, Özbəkistan, Rumıniya, Türkiyə, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Ramil Həsən 2005-ci ildə Siyavuş Novruzovun ardınca Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 2-ci sədri seçilmişdir. O, bu vəzifəni 2011-ci ilədək daşımışdır.[2]

2024-cü il oktyabrın 8-də Azərbaycan - Nepal parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[6]

Ramil Həsən Krans Montana Forumunun qızıl medalı ilə təltif edilmişdir.

  1. 1 2 3 4 https://www.turkkon.org/tr/eski-genel-sekreterler.
  2. 1 2 "Arxivlənmiş surət". 2022-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-25.
  3. "Arxivlənmiş surət". 2022-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-25.
  4. "Arxivlənmiş surət". 2022-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-25.
  5. "Arxivlənmiş surət". 2020-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-25.
  6. "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.