Yaşayan ölülərin gecəsi (ing. Night of the Living Dead) — Corc Romero tərəfindən yaradılan, 1968-ci ildə ABŞ istehsalı olan kult filmlərindən biridir. Filmdə baş qəhrəmanlar-Ben (Dueyn Cons) və Barbara (Cudit O'Di) ilə birlikdə yeddi adamın sirli bir şəkildə həyata dönən zombilərdən xilas olmaq üçün Pensilvaniyanın çöl seqmentindəki bir ferma evinə sığınmaları və burada həyatda qalmaq üçün mübarizə aparmalarından danışılır.[1][2]
Yaşayan ölülərin gecəsi | |
---|---|
ing. Night of the Living Dead | |
Janr | Qorxu filmi |
Rejissor | Corc Romero |
Prodüserlər |
Karl Hardmen Rassell Ştrayner |
Ssenari müəllifləri |
Con Russo Corc Romero |
Baş rollarda |
Dueyn Cons Cudit O'Di Karl Hardmen Merilin İstman Keyt Ueyn Con Russo Kira Şon Cudit Ridli Corc Romero |
Operator | Corc Romero |
Bəstəkarlar |
Skott Vladimir Lisina İb Qlindemann Harri Filip Qrin |
Montajçı | Con Russo |
İstehsalçılar |
Image Ten Laurel Group Market Square Productions Off Color Films |
Distribütor | Netflix |
İlk baxış tarixi | 1968 |
Müddət | 96 dəqiqə |
Büdcə | $ 114 min |
Gəlir | $ 42 milyon ABŞ dolları |
Ölkələr | ABŞ |
Dil | İngilis dili |
İl | 1968 |
Rəng | Rəngli |
Çəkiliş yeri | Pitsburq |
IMDb | ID0063350 |
Vikianbarda əlaqəli mediafayllar |
Romeronun 114 min dollarlıq büdcə ilə tamamladığı film sonrakı illər boyunca bir neçə dəfə televiziyada göstərildikdən sonra ABŞ-də 12 milyon dollar, digər ölkələrdə isə 30 milyon dollar hasilat əldə etmişdi. 2008-ci ildə isə filmin hasilatı $689 716 923 milyona çatmışdır. Bu film 1968-ci ildə ilk dəfə nümayiş etdirilən zaman şiddət səhnələrinin açıqlığı səbəbiylə film kəskin şəkildə tənqid olunmuşdu. Lakin "Yaşayan ölülərin gecəsi" filmi 1999-cu ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir.[3] Film ilk dəfə 2005-ci ildə artıq ağ-qara filmi kimi yox, rəngli film kimi nümayiş olunmuşdur. Filmin gəliri 2009-cu ildə isə $256,147,434 milyon dollara çatmışdır.[4]
Vyetnam müharibəsi dövründə nümayişə girən "Yaşayan ölülərin gecəsi" filmi 1960-cı illərin sonunda ABŞ cəmiyyətinə yönəltdiyi bilavasitə tənqidlər səbəbiylə cığır açan bir film olaraq qiymətləndirildi. Bir tarixçiyə görə film "xeyli çox istiqamətdən dağıdıcı idi". İlk zombi filmi olmasa da, "Yaşayan ölülərin gecəsi" filmi zombi fəlakətinin ilk nümunələrindən biri idi. Romeronun rejissorluq etdiyi bu film "Yaşayan ölülər" ardıcıllığının ilk seriyası idi. Filmin ilk təkrar çəkilişini Tom Tezis 1990-cu ildə eyni adla reallaşdırdı. İkinci təkrar çəkiliş isə 2006-cı ildə "Yaşayan ölülərin gecəsi 3D" filmi adı altında baş tutmuşdur.[5][6][7] Filmin bir çox remeyki mövcuddur.[8][9][10][11][12][13]
Barbara (Cudit O'Di) və qardaşı Conni (Rassell Ştayner) atalarının məzarına çiçəkli xaç qoymaq üçün Pensilvaniya çölündəki bir qəbiristanlığa gəlirlər. Burada Conni qəbiristanlıqlardan qorxan kiçik bacısına "Səni götürməyə gəlirlər Barbara!" deyərək onunla zarafat edir. Birdən solğun üzlü bir adam (S. Uilyam Hinzman) Barbaranı tutur. Onu qurtarmaq üçün adamla mübarizə edən Conni yerə yıxılır və başı bir məzar daşına çırpılaraq ölür. Conninin avtomobilinə sığınan Barbara açarı olmadığı üçün avtomobili işlədə bilmir və aşağıya hərəkət etdirdiyi avtomobillə bir ağaca çırpılır. Barbara avtomobili tərk edib yaxındakı ferma evinə qaçır. Bu sırada Barbara qəbiristanlıqda ona hücum edən insanın simasına bənzər başqa bədheybətlərin də ətrafda olduğunu hiss edir. Barbara fermadakı evə girən zaman yuxarı mərtəbədə qorxunc şəkildə parçalanmış bir cəsədə rast gəlir.
Evdən qaçmağa çalışan Barbara "Pikap" avtomobili ilə evə gəlmiş Benlə (Dueyn Cons) qarşılaşır. Ben ətrafdakı təcavüzkarlara hücum edir. Onlardan birini öldürdükdən sonra atəş açaraq digərlərini məhv etməyi bacarır. Zombilər təkrar evə girdikləri zaman Barbara katatonik şəkildə oturarkən, Ben qapı və pəncərələrə taxta vurur. Bir kürsünü çölə çıxarıb atəşə verərək zombiləri uzaq tutmağa çalışır. Ben evdə radio ilə tüfəng tapır. Bu sırada gənc Harri (Karl Hardman) və Helen Kuper (Merilin İstman), qızları Karen (Kira Şon) və gənc cütlük Tomla (Keyt Ueyn) Cudinin (Cudit Ridli) saxlanmaqda olduğundan xəbərsizdir. Zombilərdən biri daha əvvəl Kareni dişləmişdir və kiçik qız bu səbəblə xəstələnmişdir. Bu qrupun Ben və Barbara ilə qarşılaşmasının ardından Harri hamı ilə birlikdə geri dönüb qapının önündəki zirzəmidə qərargah qurmağı təklif edir. Ben isə bu vəziyyətdə özlərini tələyə salmış olacaqlarını söyləyir. Son nəticədə isə onlar evin içində qalmağı seçirlər.
Radiodakı xəbərlərdə ölkənin şərq sahili boyunca bir toplu qırğın dalğasının yayılmaqda olduğu bildirilir. Benin daha sonra otaqda tapdığı televiziyada isə təcili vəziyyət nəşri edilməkdə və varlıqların qurbanlarını yedikləri izah edilməkdədir. Daha sonrakı bir nəşrdə cinayətlərin yaxın zamanda ölərək həyata geri dönən bədheybətlər tərəfindən işləndiyi deyilir. Mütəxəssislər, elm adamları və ordu səlahiyyətliləri bu ölülərin həyata geri dönmə səbəbini açıqlaya bilmir, ancaq bir elm adamı bu vəziyyətin, Dünyanın atmosferində partlayan bir Venera kosmik aparatının yaydığı radiasiyadan qaynaqlandığı fikrini ortaya qoyur. Son xəbərlərdə isə varlıqların başından vurulması ilə dayandırıla bildiyi və şeriflərə bağlı silahlı birliklərin nizamını təmin etmək üçün çöl sahədə patrul keşiyi çəkdikləri açıqlanır.
Ben içəridəki bütün kişilərin vəzifəyə götürəcəyi bir plan ilə avtomobilinə çatıb evdən qaçmaq planını hazırlayır. Avtomobilin yanacağı bitmiş olduğundan Benlə Tom çöldəki bir yanacaqdoldurma məntəqəsinə gedir. Tom üçün narahatlıqlanan Cudi də onların arxasınca gedir. Yanacaqdoldurma məntəqəsinə çatdıqlarında Ben zombiləri uzaqda tutmaq üçün avtomobilin yanına bir məşəl buraxır, ancaq Tom məşəlin üzərinə səhvən benzin töküncə, avtomobil yanmağa başlayır. Tom ziyanın böyüməsini önləmək üçün avtomobili nasoslardan uzaq bir yerə sürür, ancaq avtomobilini tərk edən zaman Cudi nəyəsə ilişir. Tom onu çıxarmaq üçün geri dönəndə avtomobil partlayır və hər ikisi ölür. Ben qaçaraq evə dönəndə Harrigilin qapısının kilidləmiş olduğunu görür. Qapını qıraraq içəri girir və Harriyə hücum edir.
Çöldə bəzi yaşayan ölülər avtomobilə dırmaşıb Tom və Cudinin kömürləşmiş cəsədlərini yeməyə başlayırlar. Digərləri isə qapıları və pəncərələri qıraraq evə girməyə çalışır. Ben zombiləri çöldə saxlamağı bacarır, ancaq bu zaman tüfəngi yerə düşür. Harri silahı qapıb Benə istiqamətləndirir, ancaq bu zaman Ben silahı cəld geri götürür və Harrini vurur. Aşağı diyirlənən Harri ölür. Qısa müddət sonra Helen, qızı Karenin yaşayan ölü halına gəldiyini və atasının cəsədini yeməyə başladığını görür. Karen sement malasını anasına dəfələrlə batıraraq onu öldürdükdən sonra təkrar yuxarı çıxır. Bu sırada yaşayan ölülər evə girməyi bacarır və Barbara qardaşı Conninin də onların arasında olduğunu görür. Barbaranı hədəfləri altında saxlayan zombilər qadını götürüb aparır. Barbara zombilərin əllərindəcə ölür. Ben Harrinin ən başda təklif etdiyi şeyi edərək zirzəmiyə gedir və qapını bağlayır. Ben burada canlanmış olan Harri və Heleni görərək onların başlarına atəş açır. Onlar məhv olduqdan sonra Ben zombilərin getməsi ümidi ilə səhərə qədər gözləyir.
Səhər sağ qalan bir neçə zombini vuraraq irəliləyən bir patrul qrupu evə yaxınlaşır. Çöldəki atəş səsini və itin səsini eşidən Ben zirzəmidən çıxıb otağa geri dönür və ətrafın etibarlı olub-olmadığını anlamaq üçün şüşədən çölə baxır. Silahlı adamlardan biri pəncərədən kiminsə baxdığını görür. Həmin adam zombi saydığı Beni Şerifin göstərişi ilə başından vuraraq öldürür. Şerif (Corc Kosana) köməkçisinə vurduğu atəşə görə təşəkkür edir. Filmin son titrləri başlayarkən Benin cəsədi evin xaricinə daşınır və digər zombilərin cəsədlərilə birlikdə yandırılır.
Romero kino karyerasına Pittsburqdakı Karneq Mellon Universitetində oxuyarkən başladı. 1960-cı illərdə yoldaşları Con Russo və Rassell Ştrayner ilə birlikdə qurduğu "The Latent Image" firması üçün bəzi televiziya reklamlarının və ismarlama filmlərin istehsalını, rəhbərliyini boynuna götürdü. Bir müddət sonra reklam çəkməkdən möhkəmlən bu üçlük bir qorxu filmi çəkməyə qərar verdi. Romeroya görə məqsədləri, film sənayesinin "qarabet aclığından" nemətlənməkdi. Romero və Ştrayner Pittsburqdakı təşkilatı sənaye film istehsal şirkəti "Hardman Association"nun başçısı və başçı köməkçisi olan Karl Hardman və Merilin İstman ilə əlaqəyə keçərək hələ adı müəyyən olmayan qorxu filmi proyektlərini izah etdi. Romeronun digərlərini razı salması nəticəsində; Romero, Russo, Ştrayner, Hardman və İstmanın da ortaqlığıyla "Image Ten" adlı istehsal şirkəti quruldu. Bu şirkətin on ortağının hər biri tərəfindən iştirak məqsədiylə ödənmiş 600 dollardan ibarət olan 6.000 dollarlıq quruluş sərmayəsi vardı. Film üçün 6.000 dollara daha ehtiyac olduğu aydın olunca, on yeni ortaq daha /tapıldı, ancaq bu məbləğ də film üçün kifayət etmədi. "Image Ten" şirkəti sonunda film üçün, təxminən 114.000 dollarlıq büdcə toplamanı bacardı.[16][17][18][19]
"Bədheybət çırtması" başlığı altında Con Russo və Corc A. Romero tərəfindən qorxulu komediya növündə yazılan ilk ssenari qaralamasında, yetkinlik çağındakı bir qrup yadplanetlinin Dünyanı ziyarət etmələri və öz yaşlarındakı insanlarla yoldaşlıq qurmaları izah edilirdi. Başqa bir versiyada isə evindən qaçan gənc bir adam, yadplanetlilər tərəfindən yemək olaraq istifadə edilmək üzrə bir özgə yerdə toplanmış, çürüməkdə olan insan cəsədləriylə qarşılaşırdı.[20][21][22] Böyük hissəsini Romero tərəfindən 1967-ci ildə üç gün içində yazılan son qaralamada isə Romeronun "Ghouls (qulyabanilər)" olaraq təyin etdiyi yenidən canlanmış insan cəsədləri, yaşayan insanlardan qida kimi istifadə edirdi.[23] 1997-ci ildə BBC kanalının "Forbidden Weekend" proqramına verdiyi bir danışıqda Romero, ssenarinin sonunda üç hissəlik bir əhvalat halına gəldiyini söylədi. İlk hissədə "Yaşayan ölülərin gecəsi" filminə yer verilərkən, davam filmləri olan "Ölülərin sübhü" (1978) və "Ölülərin günü" (1985) filmləri üçün digər iki hissə istifadə edildi.[20]
Romeronun ilham qaynağı Riçard Matesonun gələcəkdəki Los Anceles şəhərində reallaşan bir epidemiya xəstəliyi izah edən 1954-cü il tarixli "Mən Əfsanəyəm!" adlı qorxulu romanı idi. Bu romanda epidemiyaya tutulanlar vampir olaraq həyata dönür və xəstəliyə tutulmayan kəsləri ovlamağa başlayırdı. "Yaşayan ölülərin gecəsi" filminin necə ortaya çıxdığını izah edərkən "Richard Matesonun "Mən Əfsanəyəm!" adlı bir romanından qeyd etdiyim məqalədən qısa bir əhvalat yazmışdım." deyən Romero, bu vəziyyəti belə açıqlamışdı:
"Mən Əfsanəyəm!" romanının inqilab haqqında olduğunu düşündüm. Özümə dedim ki, inqilab haqqında bir şey edəcəksənsə, ən başından başlamalısan, söylədim. Yəni, Riçardın kitabına bir tək insanın qalmış olduğu nöqtədən başlayır, geri qalan hər kəs vampirləşmişdir. Dedim ki, başdan başlamalıyıq və əhvalatı birazca dəyişdirməliyik. Vampirləri istifadə edə bilməzdim, çünki o istifadə etmişdi, mən də dünyanı sarsıdacaq bir dəyişiklik etməyi istədim. Sonsuza qədər sürəcək, tam da əhvalatın ürəyində olacaq bir şey. Sonra dedim ki, ya ölülər ölü qalmaqdan imtina etsə? ... Və əhvalatlar da, insanların bununla necə başa çıxdıqları, ya da çıxa bilmədikləriylə əlaqədar oldu. Bax budur, tam da zombilərin mənə ifadə etdiyi şey idi. Riçardın kitabının, xüsusi romanı "Mən Əfsanəyəm!" romanından da bundan bəhs etdiyini düşünürdüm. Qlobal ölçüdə bir dəyişmə olar və adamın biri çıxıb, bir dəqiqə, mən hələ insanım, deyər. Amma səhvlidir. Get onlara qatıl, sonsuza qədər yaşa! Bu baxımdan baxıldığında səhvlidir, amma kənar yandan bu seçimi üçün ona hörmət etməyimiz lazımdır.[24] |
Matesonun romanından edilən rəsmi uyğunlaşdırmalar "Dünyada sonuncu adam" (1964), "Tək Adam" (1971) və "Mən Əfsanəyəm" (2007) adlı filmlərdir. Mateson Romeronun şərhindən çox təsirlənməmişdi və bu uyğunlaşdırmanın "Bir az... darıxdırıcı" olduğunu düşünürdü.[25] Ancaq yazıçı daha sonra Romero üçün belə deyəcəkdi: "Corc Romero yaxşı bir insandır. Ona qarşı heç bir hüsumət bəsləmirəm." Romeronun "Mən Əfsanəyəm" romanında ilham alışına bağlı olaraq tənqidçi Danel Qriffinin şərhi isə belə idi: "Romero, filminin Matesonun romanından doğrudan edilmiş bir plaqiator olduğunu açıqca qəbul edir. Ancaq mən olsam bu mövzuda o qədər qəti danışmazdım. Romeronun əsl etdiyi, yazarın fikirlərini genişlətmək və bunu edərkən hamısıyla xüsusi dəyişikliklər ortaya qoymaq idi, bu vəziyyət filmi gerçək bir "plaqiator" olaraq nişanlanmaqdan olduqca uzaqlaşdırar." Russo və Romero, çəkilişlər əsnasında ssenaridə dəyişikliklər etdi. Karl Hardmana görə bu dəyişiklikləri, baş rol oyunçusu Deyn Cons istəmişdi:
Xüsusi ssenaridə Ben xarakteri sadə bir yük maşını şoferi olaraq çəkilmişdi və təhsilsiz, alt sinifdən biri kimi danışırdı. Olduqca yaxşı təhsilli biri olan Dueyn Cons rolu yazıldığı kimi oynamağı rədd etdi. Xatırladığım qədəriylə, Dueyn Cons xarakteri oynayarkən Benin replikalarını lazım olduğunu düşündüyü şəkildə dəyişdirdi.[26] |
İstman isə Helen və Harri Kuper arasındakı dialoqları ehtiva edən zirzəmi səhnəsində dəyişikliklər etdi. Baş rolu ifa edən akrisa Cudit O'Diyə görə danışmaların böyük hissəsi özlərindən düzəldilmişdi. O'Di bir reportajında "Gərçəkdə bir çəkiliş ssenarisi olub olmadığını bilmirəm! Təməldə edilməsi lazım olanların üzərindən keçərdik, sonra da səhnələri oynanması lazım olduğunu hiss etdiyimiz şəkildə oynayardıq." deyir. Məsələn, Ben masanı parçalayıb qapının qarşısında seti meydana gətirərkən, Barbaranın zombilərin özünə və qardaşının Conniyə hücum etmələrini izah edildiyi səhnədəki bütün danışmalar, o anda "uydurulmuşdu". Səhnə bir dəfəyə çəkilmiş və filmdə olduğu kimi istifadə edilmişdi.[27][28]
Baş rol xarakterini ifa edən Ben həmin illərdə tanınmamış bir teatr oyunçusu olan Dueyn Cons tərəfindən canlandırıldı. Consun Ben rolundakı ifası dövrün (1969) film tənqidçiləri tərəfindən "nisbətən sakit və hörmətli bir zənci" sözləriylə təsvirləndi.[29] Filmin qəhrəmanı olaraq Consu seçmək 1968-ci ildə müzakirəyə açıq bir seçki idi. Həmin dövrdə filmin bütün oyunçuları ağ dərili olmuşsa, qara bir oyunçunu qəhrəman olaraq istifadə etmək məşhur deyildi. "Yaşayan ölülərin gecəsi" filmindən sonra Cons bir neçə filmdə rol aldı, teatrda isə aktyor və rejissor kimi karyerasını ölümünə qədər (1988-ci ilə kimi) davam etdirdi. Digər filmlərdəki rollarına baxmayaraq Cons: "insanların özünü təkcə Ben olaraq tanıyacağından narahatlanırdı".[30][31][32][33][34]
23 yaşındakı film və teatr oyunçusu Cudit O'Di "Barbara" xarakterini canlandırdı. Daha əvvəl Hardman və İstman ilə birlikdə Pittsburqda çalışmış olan oyunçu, seçmələrin edildiyi sırada, Hollivudda kino sektoruna girmənin yollarını axtarırdı.[35] Cudit bir reportajında filmdə rol almasının müsbət bir təcrübəm, olduğunu ancaq qorxu filmlərindən, xüsusilə, Vinsent Prisenin "Mumun evi" (1953) filmindən, çox qorxduğunu söylədi. Aktyorluğunun yanında Cudit bu filmdə eyni zamanda öz dublyorunu da canlandırdı. Oyunçu "Yaşayan ölülərin gecəsi" filmi haqqında "Dürüst olaraq deyirəm ki, filmin mədəniyyətimiz üzərində bu qədər qalıcı təsiri olacağı haqqında heç bir fikirim yox idi" deyən Cudit, filmin özünə gətirmiş olduğu məşhurluğu da heyrətlə qarşılamışdı:
"İnsanlar sizə fərqli davranır. Mən onlar üçün sıravi bir Cuditiydim. Sonra mənim "Yaşayan ölülərin gecəsi" filmində Barbara olduğumu fərqinə varırlar və birdən artıq o qədər də sıravi olmayan bir Cudit O'Di halına gəlirəm."[36] |
Köməkçi oyunçuların "Yaşayan ölülərin gecəsi" filminə qədər kino sektorunda heç təcrübəsi yox idi. Bu film Tom rolundakı Keyt Ueynin karyerasındakı tək kino filmi oldu; oyunçu 1995-ci ildə intihar etdi.[37] Ancaq Cudi rolundakı Cudit Ridli daha sonra, Romeronun "Vanil həmişə var" (1971) filmində baş rollardan birində rol almışdır. Açılış səhnəsində qəbiristanlıqda Connini öldürən zombi rolunu oynayan S. Uilyam Hinzmanın (filmdə adı Bill Hinzman olaraq deyillir) qorxulu filmlər karyerasını bu filmlə başladı.[38] Aktyor daha sonra bir çox qorxulu filmlərdə rol aldı və iki filmi də idarə etdi. Hinzman "Yaşayan ölülərin gecəsi" filminin 25-ci ildönümü üçün edilən çəkilişlərdə də rol aldı.[39]
İstehsal qrupunda iştirak edən Karl Hardman, Marilin İstman, Rassell Ştrayner də filmdə rol aldılar. Hardman və İstman "Harri və Helen Kuper" cütünü canlandırdı. İstman ayrıca ağacdan bir böcək götürüb ağızına atan qadın zombi rolunu da canlandırdı. Hardmanın 11 yaşındakı qızı Kira Şon, cütün qızları Karen Kuper rolunda, Ştrayner isə Barbaranın qardaşı Conni rolunda idi. "Image Ten" firması istehsal rejissoru Corc Kosana Şerif MakKelland rolunu canlandırdı.[40][41][42]
Zombi fiqurlarında Romeronun yoldaşları və tanışları rol olmuşdur. Romero vəziyyəti belə izah etdi:
"Reklamlar və sənaye filmlər çəkən bir istehsal şirkətimiz vardı və reklam dünyasından bir çox adam gəlib zombi olmaq istədi." Bunun xaricində Romeronun izahatıyla "Evans Sitidən bir çox adam da bunun bir zarafat olduğunu nəzər saldılar, gəlib makiyaj etdirdilər və ətrafda gəzməyə başladılar."[43][44] |
Filmin məhdud büdcəsi istehsal mərhələsinə böyük ölçüdə təsir etdi. Hardman büdcəyə dair ifadəni aşağıdakı şəkildə demişdir:
"Uşaqlığımızda izlədiyimiz klassik qorxu filmlərinə bərabər bir filmi çəkməyə çatacaq qədər pul yığa bilmədiyimizi bilirdik. Ən yaxşı edə biləcəyimiz şey, oyunçularımızı uzaq bir yerdə yığıb qorxunun onları o nöqtədə tapmasını təmin etmək idi."[45][46] |
Bu səbəbdən film səhnələri ABŞ-nin Pensilvaniya ştatının ən böyük şəhərlərindən biri olan Pitsburqun 48 kilometr şimalında yerləşən "Batler Kanti" (ing. Butler County) adlı çöl sahəsində olan Evans Siti şəhərciyində çəkilmişdi. Filmin ilk çəkiliş səhnəsi, bu qəsəbənin qəbiristanlığında aparılmışdı. Evdə olan bütün səhnə çəkilişləri, Evans Siti mərkəzində, daha sonra bir ailə həkiminin müayinə otağı olaraq istifadə edilən bir evdə reallaşdırıldı. Bu bina hələ də, qəsəbədəki "Cənub Vaşinqton" (ing. South Vashington) prospekti üzərində, "Cənub Cekson" (ing. South Jackson) və Van Buren (ing. Van Buran)prospektlərinin bu prospektə birləşdiyi binaların sırasında vardır.
Digər xarici çəkilişlər isə Evans Sitinin şimal-şərqindəki parka yaxın bir sahədə aparılıb. Filmdəki evin qapısının xarici görünüşü, istehsal qrupu tərəfindən bir divarda açılan boşluğa yerləşdirilən və ardında heç bir şey olmayan bir qapıya aid idi. Bu çəkilişlərin aparıldığı evin yıxılmasına qərar verilmişdi. Bu sahədə hal-hazırda çəmənlik yeri vardır.
Aksesuarlar və xüsusi efektler olduqca sadə və büdcəylə məhdud idi. Qan olaraq, aktyorların bədəninə "Bosko" (ing. Bosco) markalı şokolad siropu sürtülürdü. Zombilərin gəmirdiyi ət parçaları üçün bud və eyni zamanda bir qəssab dükanı sahibi olan aktyorlardan birinin ödənişsiz təmin etdiyi heyvanların iç orqanlarından istifadə edildi. Zombi makiyajının quruluşu film səhnələri artdıqca dəyişirdi. Əvvəllər makiyaj solğun bir dəri və tündləşdirilmiş gözlərdən ibarət idi. Digər səhnələrdə isə zombilərin daha qorxuducu görünmələri üçün yaraların və çürümənin göstərmək məqsədiylə, cənazə makiyajında istifadə edilən bal mumundan faydalanıldı. Səhnələr bir-birinin ardınca çəkilmədiyindən, ilk makiyaja sahib solğun üzlü zombilər filmdə təsadüfi səhnələrdə görülür. Xüsusi effektlər, kostyumlar və makiyaj isə İstman öz öhtəçiliyinə götürmüşdü.[47]
Çəkilişlər iyun və dekabr ayları sırasında 1967-ci ildə "Anubisin gecəsi və Cism yeyənlərin gecəsi" (ing. Night of Anubis və Night of the Flesh Eaters) başlığı altında reallaşdırıldı. Romero aşağı büdcə səbəbiylə çəkilişdə 35 mm-lik Ağ-qara kadrdan istifadə etdi. Bu seçim film tamamlandıqdan sonra fərqli səbəblərlə filmin müsbət qiymət qazanmasını təmin etdi. Film tarixçisi Cozef Maddreyə görə "partizan tərzi" şəkildə olan çəkiliş sayəsində filmin "döyüş zamanı aktuallıq filmlərinin qorxmazlığını" əks etdirdiyini söylədi. Maddreyə görə film "bir istismar filmi olduğu qədər, ictimai tarazlığın yıxılmasına dair bir sənədə də bənzəyirdi"[48][49][50]
"Yaşayan ölülərin gecəsi" filmi Corc A. Romeronun rejissorluq etdiyi ilk uzun metrajlı film idi. Romero daha əvvəl, Pittsburqda təşkilatı bir cəmiyyət nümayişçisi olan "WQED" təşkilatının uşaq serialı üçün Cənab Rocers Neyborhud üçün qısa filmlər çəkmişdi. Romeronun "Yaşayan ölülərin gecəsi" filmini idarə etmə qərarı, qorxu filmi rejissoru olaraq bir karyerasına başlatmasına səbəb oldu. Filmin davam filmlərinin yanında," Küpəgirən qarının mövsümü" (1972), "Dəlilər" (1973), "Martin" (1977), "Tamaşa şousu" (1982) və "Tünd yarı" (1993) kimi filmlərə rejissorluq etdi. Tənqidçilərə görə Romeronun rejissorluq tərzində, 1950-ci illərin qorxu və elmi fantastika filmlərinin təsirləri vardı. Stefen Paul Millerə görə "Əllilərin şok edici görünüşü" (ing. Schlock shock) tərzi yenidən canlanmışdı... və televiziyadakı generalın ordu əməliyyatlarından bəhs etmə şəkli, əllilərin qorxu filmlərində qaçınılmaz şəkildə iştirak edən səfərbərlik çağırılarının əks olunması idi."[51] Ancaq yenə Millerə görə "Yaşayan ölülərin gecəsi" filmi daha çox kef verirdi, çünki generalın rəftarları yoluyla bu əsgəri əməliyyatlar ilə hökumətin zombi epidemiyasının qaynaqlarını tapa bilməməsi və vətəndaşlarını qoruya bilməməsi ilə hadisə keçirdi."[52] Romero isə filmdə meydana gəlməsini istədiyi havanı belə təyin etmişdi: "Filmin açılışındakı vəziyyətdə çoxdan ümidə çox az yer qalmışdır və bu yavaş-yavaş mütləq ümidsizlik ilə son tragediyaya doğru irəliləyir". Kino tarixçisi Karl Royerə görə Romero "quru film tərzindəki işıq kölgə texnikasını insanlığın özünə qarşı xariciləşməsini vurğulamaq üçün istifadə edir"."[53]
Bir çox tənqidçi Romeronun çəkdiyi və şiddət ehtiva edən səhnələr, yazar R. H. V. Dillard açıq və detallı şəkildə göstərilməsinin filmin müvəffəqiyyətini artırdığına təsir göstərməsini əsas məsələlərdən biri kimi qarşıya qoyur. Yazar belə dedi: "Hansı qız, bir an üçün də olsa, anasını öldürməyi istəməmişdir? Və filmdə də kadrın, bu qadağan edilmiş əməli reallaşdırmaq üçün çox açıq bir fürsət vardır"[54] Romero filmdə ictimai tabulara, xüsusilə adamyeyənliyə bağlı mövzular olaraq yer verdi. Bu filmdə insanların bədəni ilə qidalanan Zombilərin ilham qaynağı əslində Matesonun "Mən əfsanəyəm" romanı idi, ancaq kino tarixçisi Robin Vud "Yaşayan ölülərin gecəsi" filmindəki insan əti yemə səhnələrini 1960-cı illərin son dövründəki Amerikan kapitalizminin bir tənqidi olaraq görür. Vudu inancına görə "Xombilər kapitalistləri təmsil edir, adamyeyənlik isə mülkiyyətçiliyin son nöqtəsidir".[55][56]
"Yaşayan ölülərin gecəsi" filmi ilk nümayişi 1 oktyabr 1968-ci ildə Pittsburqdakı "Fulton Theater" adlı kinozalda baş vermişdir. ABŞ-də kinozal nümayişləri o dövrdə qorxu filmləri üçün ümumi tətbiqə uyğun olaraq, şənbə günləri günortadan sonra etdirildi və bu nümayişlərə həm yeniyetmələr, həm də yetkinlik çağındakı tamaşaçılar maraq göstərdi. "MPAA" film reytinq sistemi Noyabr ayında 1968-ci ildə qurulmuşdu. Bu səbəbdən filmin nümayişində az yaşlı uşaqların bilet götürmələrinə maneə olunmadı. Bunu müşahidə edən "Chicago Sun-Times" qəzetinin yazıçısı Rocer Ebert uşaqların filmə girmələrinə icazə verən kino sahiblərini və ailələrini günahlandıran yazılar yazdı. Ebertə görə "kiçik uşaqlar nə ilə qarşılaşdıqlarına heç fikir vermirdilər. Onlar fimlərə getməyə ilhamlanmışdılar, lakin bu tamamilə başqa bir şey idi." Ebert filmin tamaşaçıları anında təsir etdiyini söyləyirdi:
"Salondakı uşaqlar donmuş vəziyyətdə qalmışdı. Haradasa mütləq səssizlik vardı. Film ortalarına doğru kef verici qorxulu səhnələrindən uzaqlaşmış və gözlənilməz bir şəkildə qorxuducu olmağa başlamışdı. Yan tərəfimdə, koridorun qarşısında oturan kiçik bir qız vardı, bəlkə haradasa doqquz yaşında idi, hərəkətsiz şəkildə oturur və ağlayırdı... Beş-altı yaşlarındaykən bu filmi izləsəniz sizə necə bir təsir buraxacağını düşünməyə çalışın. O yaşda uşaqlar ekrandakı hadisələri ciddi qəbul edərlər və özlərini qəhrəmanla qaynaşdırarlar. Qəhrəmanın öldürülməsi yalnız pis bir sonluq deyil, tragik bir sondur: Heç bir canlı xilas olmaz. Onların sonları bitmişdir və hamısı bu qədərdir."[57] |
"Variety" jurnalının filmin ilk nümayişə girişinin ardından etdiyi nəşrlər filmə qarşı hiss edilən hirsliliyi ortaya qoyurdu:
"Yuxarı məhkəmə palatası şiddətin pornoqrafisi haqqında açıq qaydalar qoyana qədər "Yaşayan ölülərin gecəsi" filminin limitləri aşan bir nümunə olaraq qalmağa davam edəcəkdir. Yalnız 90 dəqiqə içində bu qorxu filmi, Pittsburqlu prodüserlərinin, paylayıcısı Ualter Ridenin bütün film industriyasının, onu nümayişə soxanların dürüstlüyünə və ictimai məsuliyyətinə ciddi ləkələr sürüyür. Film eyni zamanda tamaşaçıların əxlaqi sağlamlığı haqqında şübhələr doğurur."[58] |
Bir başqa şərhçiyə görə tənqidçilər "filmin dəhşət verici səhnələrini senzuralamaq üçün səbəblər tapmağa çalışmaq" xaricində filmlə heç maraqlanmırdılar.[59]
Şərhçilər filmin qanlı xüsusi effektlərindən xoşlanmadı. "Variety" jurnalı filmi "sadizm cümbüşü" olaraq adlandırarkən "Pittsburqlu prodüserlərin dürüstülüyünü və ictimai məsuliyyətini" sorğuladı. "New York Times" tənqidçisi Vinsent Kenbi filmi "zibil film" olaraq qiymətləndirdi və "köklü, yığcam, amma həqiqətən axmaqca" olduğunu qarşıya qoydu.[60]
Yenə də bəzi tənqidçilərə görə "Yaşayan ölülərin gecəsi" cığır açan bir film idi. Paulin Kilə görə film "gəlmiş keçmiş filmlər arasında ən iyrənc şəkildə qorxuducu olan idi və kinodan çıxdığınızda bütün bu qorxunc təcrübəni hamısıyla unutmaq istəyirdiniz... Filmin ciddiliyi işə yarayırdı və ona xam bir həqiqət qazandırırdı". Bir Film "Daily" qəzetinin tənqidçisinə görə isə "Film qorxu kinosunun incisi idi və gözlənilməz şəkildə ona qovuşan əsərlərin bütün təməl xüsusiyyətlərini daşıyırdı." Rocer Ebert filmin matına seanslarında göstərilməsini tənqid etmişdi, amma "filmin özünə hörmətliyini hiss edirdi". Tənqidçi Reks Rid isə belə yazmışdı: "Bir B filmini klassikə nəyin çevirdiyini görmək istəyirsinizsə, "Yaşayan ölülərin gecəsi" filmini izləməlisiniz. Qorxu filmləriylə ciddi şəkildə maraqlanan birinin filmi izləməməsi düşünülə bilməz."[61][62][63][64]
Filmin nümayiş olunmasından etibarən, tənqidçilər və film tarixçiləri "Yaşayan ölülərin gecəsi" filmini 1960-cı illərin Amerikan cəmiyyətini, beynəlxalq Soyuq döyüş siyasətini və ölkə içindəki irqçiliyi tənqid edən alt-üst edici bir film olaraq gördü. İlk dəfə bir qorxu filmi müasir cəmiyyətin içinə işləmiş narahatlıq və qayğını, üstəlik heç bir təsəlli təqdim etmədən əks etdirirdi. "The Village Voice" qəzetindən Elliot Şteyn filmi Vyetnam döyüşünə Amerikanın daxil olmasının qızdırmalı bir tənqidi olaraq qiymətləndirdi və belə söylədi: "Transilvaniyada deyil, Pensilvaniyada keçirdi — Amerikanın orta sinifinin döyüşü idi və zombi vəhşiliyi o zamanlar Vyetnamda yüksələn ixtilafın əks olunması idi". Kino tarixçisi Sumiko Hiqaşi də bu görüşə qatılırdı. Ona görə "Yaşayan ölülərin gecəsi" filmi Vyetnam dövrünün dəhşətləri haqqındakı bir qorxu filmi idi. Hiqaşi belə yazmışdı: "Filmdə heç Vyetmanlı yox idi, onlarınki yoxluqda ortaya çıxan bir varlıq idi və əhəmiyyətləri izah edilən əhvalatın şərh olunmasıyla aydın ola bilirdi." Yazar Vyetman döyüşü dövrünün bir çox xüsusiyyəti ilə film arasında paralellik görürdü: qara ağ xəbər filmləri, "tap və yox et" əməliyyatları, vertolyotlar və vəhşilik görünüşləri.[65][66]
Corc Romero Dueyn Consu heyətə daxil etməsinin səbəbinin zənci olması olduğunu qəbul etmədi, amma Mark Deminqə görə "filmin qəhrəmana yaxın tək xarakteri və tək afrikalı-Amerikalısı olan Dueyn Consun vəhşi sonluğu filmə, çoxu Amerikalının zehnində hələ təzə olan Martın Luter Kinq C. və Malkolm İks sui-qəsdlərinin bir əks olunmasını əlavə etdi". Steynə görə "alt-üst edici ilk qorxu filmi olan bu filmdə hörmətli zənci, yalnız bir qrup qırmızı boyunlulardan tərəfindən öldürülmək üçün bütün zombilərdən xilas olurdu".[30][67][68]
Filmdə ayrıca kapitalizm tənqidi də mövcud idi. Romero filmlərində insanları bir zombi öldürmə yarışına soxur, beləcə, sıravi insanın kapitalizmin əlində zombilərdən belə daha təhlükəli hala gəldiyini vurğulamaq istəyirdi. Necə ki, filmin sonunda zombilərdən xilas olan tək insan olan Ben bir vurucu Tim tərəfindən sorğusuzca vurularaq öldürülürdü.[69][70][71]
Kino tarixçisi Linda Bedleyə görə, filmin bu qədər qorxunc olmasının səbəbi, canavarların ya kosmosdan, ya da eqzotik bir yerdən gələn varlıqlar olmaması idi; "onlar bizdik". Ben, Barbara və bütün köməkçi oyunçuların ölümü, tamaşaçılara qorxu növündə alışılmamış bir şəkildə duyğu verirdi. Filmin pis sonu, köhnə cəmiyyətin yox oluşunu, kin və etibarsızlıq duyğularına sahib yeni bir cəmiyyətin ortaya çıxışını işarələyirdi. Romero da filmin dövrün gərginliklərini əks etdirəcək şəkildə hazırlandığını söyləmişdi:
"1968-ci il idi, adamıydım. Hər kəsin bir mesaj vardı. Hirsin və o davranışların, oradakı hər şeyin səbəbi altmışlarda olmamız idi. Köhnə evdə yaşayırdıq, yəni davamlı eyhamlar və mənalar haqqında müzakirələr edirdik və bunların bir qisimi içəri filmə sızdı."[66] |
"Yaşayan ölülərin gecəsi" filmində istifadə edilən musiqilər "WRS" studiyasında yazılmışdır. Filmdə istifadə edilən musiqilərin çoxu "Capitol Records" studiyasından satın alındı və filmdən bir müddət sonra film musiqisinin albomu da nümayiş olundu. Anbar musiqilər isə WRS-in səs texniki Riçard Lokoko, Filip Qrin, Cordi Hormel, İb Qlindemann, Uilyam Luz, Con Sili, Cek Meikin və Spenser Mure kimi kəslərin işlərindən seçildi.[72][73][74]
Filmdəki musiqilərin bir qismi daha əvvəl 1959-cu il tarixli bir fantastik B filmləri sırasında olan "Xarici kosmosdan yeniyetmələr" filmində istifadə edilmişdi. Barbaranın qəbiristanlıqdakı zombidən qaçışında istifadə edilən bir başqa parça isə 1959-cu il tarixli "Çox pis günəş iblisi" filminin musiqiləri arasında idi. WRS müxtəlif səhnələr üçün alternativ musiqilər seçmiş, son qərarlar isə Romero tərəfindən alınmışdı. Studiya daha sonra bu musiqiləri elektronik olaraq gücləndirmişdi. Səs texniki Lokokkonun seçkiləri yerində idi, çünki kino tarixçisi Sumiko Higaşiyə görə musiqilər "Reallaşacaq hadisələrin təbiətini vurğulayırdı".[75]
Səs effektləri də Pittsburqda yerləşən "WRS" səs yazma studiyasında yaradıldı. Filmdə istifadə edilən bütün canlı səs effektlərini səs texniki Riçard Lokoko tərəfindən qeyd edildi. Lokoko daha sonra effektlər haqqında belə dedi:
"Meydana gətirdiyim bütün effektlər sırasında eşitdiyim zaman hələ tüklərimi tikan-tikan edən bir dənəsi var, Merilinin (Helen) qızı tərəfindən öldürülərkən, onun tərəfindən səslənən qışqırıq. Cudit O'Dinin qışqırığı isə ikinci sıradadır. Hər iki səs də bir-birinin ardınca əks-sədalı və əks-sədasız təkrar edildi."[76] |
Filmin musiqilərindən və dialoq parçalarından ibarət olan bir film musiqisinin albomu 1982-ci ildə Varese Sarabande tərəfindən yığılıb nümayiş olundu, amma bu albomun CD versiyası heç bir zaman hazırlanmadı. Noyabr ayında 2008-ci ildə ABŞ-nin "400 Lonely Things" adlı instrumental qrupu tərəfindən filmdəki musiqilər və səs efektleri istifadə edilərək, yeni instrumental janrlı albom[77] yaradılmışdı. 2010-cu iln may ayında isə ABŞ-nin digər instrumental musiqi qrupu olan "Zero Day Releasing" tərəfindən "They Won't Stay Dead!: Music from the soundtrack of Night of the Living Dead" albomunu[78] istehsal olunur. Bu albomda musiqilərin alındığı studiya qeydlərinin yüksək effektə sahib olan "Digital" texnologiyası olaraq saxlanmış versiyaları da var idi. Filmin orijinal saundtrekləri aşağıdakı kimidir:
Disk bir | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
№ | Başlıq | Müəllif | Müddət | ||||||
1. | Driveway to the Cemetery (Main Theme) | Spencer Moore | 02:19 | ||||||
2. | At the Gravesite/Flight/Refuge | William Loose/William Loose—Seely/William Loose | 03:42 | ||||||
3. | Farmhouse/First Approach | Geordie Hormel | 01:16 | ||||||
4. | Ghoulash (J.R.'s Demise) | Ib Glindemann | 03:30 | ||||||
5. | Boarding Up | Geordie Hormel/Loose—Seely/Ib Glindemann | 03:00 | ||||||
6. | First Radio Report/Torch on the Porch | Philip Green/G. Hormel | 02:27 | ||||||
7. | Boarding Up 2/Discovery: Gun 'n Ammo | G. Hormel | 02:07 | ||||||
8. | Cleaning House | S. Moore | 01:36 |
Disk iki | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
№ | Başlıq | Müəllif | Müddət | ||||||
9. | First Advance | Ib Glindemann | 02:43 | ||||||
10. | Discovery of TV/Preparing to Escape/Tom & Judy (All the samples of the track were composed by Geordie Hormel) | G. Hormel/J. Meakin/J. Meakin | 04:20 | ||||||
11. | Attempted Escape | G. Hormel | 01:29 | ||||||
12. | Truck on Fire/Ben Attacks Harry/Leg of Leg* (*electronic sound effects by Karl Hardman) | G. Hormel | 03:41 | ||||||
13. | Beat 'Em or Burn 'Em/Final Advance (Final Advance was composed by Harry Bluestone and Emil Cadkin) | G. Hormel | 02:50 | ||||||
14. | Helen's Death*/Dawn/Posse in the Fields/Ben Awakes (*electronic sound effects by Karl Hardman) | S. Moore | 03:05 | ||||||
15. | O.K. Vince/Funeral Pyre (End Title) | S. Moore | 01:10 |
"Image Ten" şirkətinin ortaqları həm çəkiliş müddətində, həm də istehsal sonrasında vəzifəni üzərilərinə götürdü, kamera, işıqlandırma, dekorasiyaların inşası, səs qeydi və fantastik effektlər işlərində çalışma işləri görüldü. İstehsal fotoşəkilləri Karl Hardman tərəfindən çəkildi və basıldı.[79][79][80][81] Hardman istehsal müddətin tərəfindən 1250-dən çox fotoşəkil çəkdi və özü pdüzəltməyə ilə məşğul olarkən, oyunçuların bəziləri də bu fotoşəkil çəkənin inkişaf etdirmə, yuma və qurutma kimi çap işləriylə məşğul oldu. İstehsal sonrası işlərin bitməsinin ardından "Image Ten" studiyası filmi dəhşət verici səhnələri kəsmədən nümayişə girməsini qəbul edəcək bir paylama şirkəti tapmaqda çətinlik çəkdi. "Kolumbiya" və "American International Pictures" filmi yumşaltmağı və son səhnəni yenidən çəkməyi təklif etdi, ancaq bu tələbləri prodüserlər tərəfindən rədd edilincə, bu kompaniyalar filmə distribütorliyini qəbul etmədi.[82] Romero bu mövzuda daha sonra bunları söyləyəcəkdi: "Bunu etməyi heç birimiz istəmədik. Xoşbəxt bir son düşünə bilmirdik... Hər kəs bir Hollivud sonu istəyirdi, amma biz silahlarımızdan imtina etmədik."[83] Sonda Manhetten mərkəzli "Walter Reade Organization" studiyası filmi senzurasız istehsal etməyi qəbul etdi, ancaq adını "Yaşayan ölülərin gecəsi" olaraq dəyişdirdi. Çünki əvvəlki başlıq olan "Cism Yeyənlərin gecəsi" adı daha əvvəl çəkilmiş "Cism Yeyənlər" adlı filmi xatırladırdı. Ancaq paylama şirkəti filmin adını dəyişdirərkən, filmin ilk kopiyalarında bir sıra səhnələri də silmiş olur.[84][85][86]
Film üzərindəki ilk nümayişlər, ev videosu paylamaçıları tərəfindən edilən rəngləndirmə işləri idi. "Hal Roach Studios" tərəfindən 1986-cı ildə nəşr olunan rəngli versiyada zombilərin dərisi nəfis yaşıl rəngdə idi. "Anchor Bay Entertainment" studiyasının 1997-ci il tarixli rəngli versiyasında isə zombilər boz dərili idi. "Legend Films" istehsalı 2004-cü il rəngləndirməsində, texnologiya tənqidçisi Qeri V. Tuzeyə görə rəngləndirmə olduqca təsir edici idi, ancaq istifadə edilən kopiya əvvəlki rəngləndirmələrdə istifadə edilənlər qədər dəqiq deyildi. Filmin üç ölçülü versiyasını, iki ölçülü filmləri üç ölçüyə çevirən bir şirkət olan "PassmoreLab" ilə "Legend Films" ortaq istehsalı olaraq 2009-cu ildə hazırlandı. Film kinozallarda nümayişə 14 oktyabr 2010-cu ildə girdi.[87] "Legend Film" studiyasının qurucusu Berri Sandrevə görə bu versiya ilə ilk dəfə, hamısı canlı çəkilmiş olan iki ölçülü bir film üç ölçüyə daşınırdı.[88][89]
Ssenari yazıçılarından Con Russo, filmin əldən keçirilmiş bir versiyasını 1999-cu ildə "Night of the Living Dead: 30th Anniversary Edition" adıyla nəşr etdi.[90] Film üçün əlavə səhnələr çəkən Russo, Skott Vladimir Lisinanın bəstələdiyi yeni film musiqilərini də istifadə etdi.[91] "Fangoria" jurnalına verdiyi bir reportajda Russo, bu dəyişikliklər ilə filmə daha müasir bir istiqamət verməyə çalışdığını söylədi. Russo bu versiyada xüsusi ssenariyə çox bağlı qalmadı, ssenaridə etdiyi dəyişiklikləri isə açıqca bildirmədi. Ancaq "Entertainment Weekly" jurnalına görə bu vəziyyət Russo ilə Romero arasında anlaşılmazlığa gətirib çıxarmadı.[92] Yenə də jurnala görə Romero, filmə toxunmamağı seçim edirdi. Yeni buraxılmış bu versiya film tənqidçiləri tərəfindən sərt şəkildə tənqid olundu. Məsələn, "Ain't It Cool News" yazıçısı Harri Noules filmin bu versiyası haqqında müsbət görüş verənləri saytında qadağan edəcəyini açıqladı. 30 illik versiyasının davam filmi xüsusiyyətindəki "Canlı ölünün uşaqları" isə 2001-ci ildə çəkildi.[93][94][94][95][96]
Filmin animasiya distribüsiyası bir əməkdaşlıq proyekti olaraq "Yaşayan ölülərin gecəsi: Oyanış" başlığı altında reallaşdırıldı və bir çox film festivalında göstərildi. Bu proyekt daxilində, Romeronun filmindəki zombilərin səsləri qorundu, ancaq görünüşləri yerinə, fərqli sənətçilərin şəkillərindən yaradılan animasiya xarakterləri yerləşdirildi. Filmin ilk nümayişi 10 oktyabr 2009-cu ildə Nyu-Cersinin Remzi şəhərinin "Zombie Encounter and Film Festival" festivalında baş verdi.[97][98] "8. Rondo Hatton Classic Horror Awards" mükafat vermə mərasimində "Ən Yaxşı Müstəqil İstehsal budağında namizəd" göstərildi, ancaq mükafatı qazana bilmədi. Film DVD formatında 27 iyul 2010-cu ildə "Wild Eye Releasing" tərəfindən nümayiş olundu.[96][99][100] Filmin orijinal versiyasını internetdən izləmək mümkündür.[101][102][103][104][105]
Aşağıdakı cədvəldə filmin dünya ölkələrində adlandırılması cədvəli verilmişdir:
Ölkə | Dil | Adı |
Azərbaycan | Azərbaycan dili | Yaşayan ölülərin gecəsi |
Almaniya | Alman dili | Die Nacht der lebenden Toten |
Birləşmiş Krallıq | İngilis dili | Night of the Living Dead |
İspaniya | İspan dili | La noche de los muertos vivientes |
Finlandiya | Fin dili | Night of the Living Dead |
Fransa | Fransız dili | La Nuit des morts-vivants |
Macarıstan | Macar dili | Noć živih mrtvaca |
İtaliya | İtalyan dili | La notte dei morti viventi |
Yaponiya | Yapon dili | ナイト・オブ・ザ・リビングデッド |
Cənubi Koreya | Koreya dili | 살아있는 시체들의 밤 |
Litva | Litva dili | Gyvų numirėlių naktis |
Latviya | Latviya dili | Dzīvo miroņu nakts |
Niderland | Holland dili | Night of the Living Dead |
Norveç | Norveç dili | Night of the Living Dead |
Polşa | Polyak dili | Noc żywych trupów |
Portuqaliya | Portuqal dili | A Noite dos Mortos-Vivos |
Rumıniya | Rumın dili | Noaptea morților vii |
Rusiya | Rus dili | Ночь живых мертвецов |
Serbiya | Serb dili | Ноћ живих мртваца |
İsveç | İsveç dili | Night of the Living Dead |
Türkiyə | Türk dili | Yaşayan Ölülerin Gecesi |
Vyetnam | Vyetnam dili | Night of the Living Dead |
ÇXR | Çin dili | 活死人之夜]] |
Aşağıdakı cədvəldə filmin ölkələrdə çıxış tarixi verilmişdir:
Ölkə | Çıxış tarixi |
ABŞ | 1 oktyabr 1968 |
Fransa | 21 yanvar 1970 |
İspaniya | 7 dekabr 1970 (Madrid) |
İspaniya | 15 dekabr 1970 (Barselona) |
Almaniya | 18 mart 1971 |
Finlandiya | 24 yanvar 1992 |
ABŞ | 24 avqust 1999 (30th aniversary edition) |
Filippin | 21 iyun 2000 (Davao) (30th anniversary edition) |
İslandiya | 9 noyabr 2000 |
ABŞ | 1 may 2005 (edited version) |
İslandiya | 30 sentyabr 2005 (Reykjavik International Film Festival) |
Fransa | 26 iyul 2006 (re-release) |
Meksika | 30 avqust 2008 (Macabro Film Festival) |
Finlandiya | 24 oktyabr 2009 (Iik!! Horror Film Festival) |
ABŞ | 19 mart 2010 |