Yalla qrupu

Yalla (özb. Ялла, Yalla) — 1970-ci ildə Daşkənd şəhərində Fərrux Zakirov tərəfindən yaradılmış vokal–instrumental ansamblı.[1]

Yalla
Əsas məlumatlar
Üslub folk
rok
pop
estrada
Fəaliyyət illəri 1970 — indiyə qədər
Ölkə SSRİ SSRİ
Özbəkistan Özbəkistan
Şəhər Daşkənd
Dil rus, özbək
Leybl «Melodiya»
Heyət Fərrux Zakirov
Abbos Əliyev
Cavlon Toxtayev
Əlişir Tulyaqanov
Keçmiş üzvlər Batır Zakirov
Yulduz Usmanova
Yevgeni Şiryayev
Sərvər Kaziyev
Tulkin İsakov
Abdulla Qurbanov
Oleq Çesnokov
Rüstəm İlyasov
İbrahim Əliyev
Sergey Avanesov
Rövşən Bağırov
Natalya Bayxanova
Boris Qerşkoviç
Bahadır Curayev
Şamil Zakirov
Larisa Kandalova
German Rojkov
Əliəsgər Fatxullin
Dmitri Çirin
Şahbaz Nizamutdinov
Natalya Nurməhəmmədova
Digər layihələr «Retro Yallа»
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fərrux Zakirov tərəfindən yaradılan Yalla qrupu 1970-ci illərin ən məşhur qruplarından biridir.[2] Yalla qrupunun üzvləri Daşkənddə Aleksandr Ostrovski adına Teatr və İncəsənət İnstitutunu və Əşrəfi Dövlət Konservatoriyasını bitiriblər. Onların ən uğurlu hesab edilən “Uçkuduk” "(Üç quyu)", “Çayxana” mahnıları dillər əzbəri olub. Bunlardan başqa “Bu sevgidir”, “Nəsrəddinin mahnısı”, “Yalla”, “Sevdiyim gözlər olmadan”, “Şəhrisabz”, “Parılda Daşkənd”, “Cinnuni” və s. mahnıları ilə sovet dövrünün ən populyar qruplarından biri hesab edilirdi.

XX əsrin 70-ci illərində yaranan qrup “Qız bola” və “Yallama yerim” mahnıları ilə məşhurlaşdı. Qrupun adı özbək musiqisinin bir üslubu ilə eyni olsa da qrup öz adını “Qız bola” mahnısının nəqarətindən götürüb. Qrupun ilk uğuru bu mahnının aranjemanından başladı. “Allo, biz istedad axtarırıq!” adlı ümumittifaq müsabiqəsində “Yalla” mahnısı ilə iştirak edən qrup Moskvada keçiriləcək finala vəsiqə qazanıb. Moskvada keçirilən müsabiqədə onlar milli özbək mahnısı olan “Ramazan” və rus milli mahnısı olan “Üzən ağ buludlar”ı ifa etdilər. Qrup elektrogitara və elektroorqanla yanaşı Özbəkistanın milli musiqi alətlərindən də istifadə edirdi (rubab, doyra və s.). Onların “Qız bola” və “Yallama Yerim” mahnıları ümumittifaq “Melodiya” səsyazma studiyasında yazılıb. Ansamblın repertuarı əsasən özbək, rusingilis mahnılarından ibarət idi. Amma qrupun əsas xüsusiyyətlərindən biri o idi ki, onlar qastrolda olduqları zaman konsert verdikləri hər ölkənin dilində bir mahnı ifa edirdilər (Azərbaycan, Türkiyə, İsrail, İsveçrə, Şri-Lanka, Vyetnam). Qrup və onun lideri Fərrux Zakirov öz mahnılarında özbək folklorundan istifadə edirdi. Məsələn: “Macunton (Ağlayan söyüd)” , “Boyçiçək (Novruzgülü)” , “Yallama Yerim” və s. Onlar Turab Tula adlı şairin şerlərinə musiqi yazıblar. Fərrux Zakirov həmişə qeyd edib ki, Yalla qrupunun yaradılmasında böyük rolu Yevgeni Şiryayev oynayıb.

Bir neçə il ərzində ansambl uğurlu çıxışlar keçirir. Sovet İttifaqında konsertlər verir. Almaniyada keçirilən festival üçün alman dilində 15 ədəd mahnı yazırlar. Təəssüf ki, 70-ci illərin sonunda qrupda durğunluq yaranır. 1979-cu ildə ansambla yeni üzvlər qoşulur. Həmin musiqiçilər indiyə kimi də qrupun tərkibindədirlər. SSRİ-nin süqutu dönəmində qrupda bir sıra dəyişikliklər baş verdi. Qrupun bas-gitaraçısı və rəhbəri Rüstəm İlyasov 15 illik fəaliyyətdən sonra 1994-cü ildə qrupu tərk edir və ABŞ-yə mühacirət edir. Özbəkistanın müstəqilliyini qazanması ilə bərabər qrup daha çox yerli dildə mahnılar ifa etməyə başlayır. Yalla qrupuna eyni zamanda rəqqasə Roza Abdülhayriva və Daşkənd Dövlət Konservatoriyasında zərb alətləri üzrə müəllim kimi fəaliyyət göstərən Tulkin İsakov dəvət olunur. O, bir növ Rüstəm İlyasovu əvəzləyir. Özbək milli zərb alətləri ilə parlaq ifanın olması üçün qrupa İbrahim Əliyevin dəvət edilməsi düşünülmüş addım idi. Bu heyətlə, Yalla qrupu 1994-1999-cu illərdə fəaliyyət göstərdi. Sonrakı illərdə isə qrupda 4 nəfər qaldı. Qrupun köhnə üzvlərindən qalan yalnız Fərrux Zakirovdur. 1980-ci ildə yazılan “Uç kuduk” (Fərrux mahnının musiqisini 40 dəqiqəyə yazıb) SSRİ-də çox məşhurlaşır. Mahnı ansamblın simvoluna çevrilir. Sonrakı illərdə məşhurlaşan mahnılarıda bunlardır : “Son poema”, “Şəhrisabz”, “Kəndirbaz”, “Nəsrəddinin mahnısı”, “Sevdiyimin üzü”, “Məni yol çağırır”, “Çayxana” və “Səmərqəndin mavi günbəzləri”.

2000-ci ildə qrupun lideri Fərrux Zakirov Özbəkistan Mədəniyyət nazirinin müavini seçilir. Buna baxmayaraq o, qrupu tərk etmir. Nazir müavini olan zaman o xeyriyyə işləri ilə də məşğul olur. 2002-ci ildə onlar “Retro Yalla” adlı konsert proqramı ilə çıxış edirlər. Proqramda 70-ci illərdə oxunan mahnılar yenidən ifa edilir. 2002-ci ilin may ayından 2004-cü ilin iyul ayına qədər Fərrux Zakirov Mədəniyyət naziri olmuşdur. 2005-ci ildə Yalla qrupu yaranışının 35 illiyini konsertlərlə qeyd edir. “Retro FM-in əfsanələri” adlı konsertdə 1970-80-ci illərin ulduzları ilə birlikdə onlar da özünəməxsus ifaları ilə yer alırlar.

«Üç quyu» — «Yalla» qrupunun albomu (1981-ci il)
  • Fərrux Zakirov (bədii rəhbər, solist, 1970-indiyə qədər)
  • Rüstəm İlyasov (bas-gitara, vokal, 1979-94)
  • Abbas Əliyev (gitara, klaviş, vokal, buzuki, 1979-indiyə qədər)
  • Cavlon Toxtayev (gitara, vokal, 1979-indiyə qədər)
  • Əlişir Tulyaqanov (zərb alətləri, vokal, 1979-indiyə qədər)
  • İbrahim Əliyev (zərb alətləri, vokal, 1994-99)
  • Tulkin İsakov (bas-gitara, vokal)
  • Abdulla Qurbanov (vokal)
  • Oleq Çesnokov (gitara, vokal)
  • Sergey Avanesov (gitara, vokal, 1977-79)
  • Rövşən Bağırov (1970-77)
  • Natalya Bayxanova (vokal, 1974-?)
  • Boris Qerşkoviç (gitara, 1983)
  • Bahadır Curayev (bas-gitara, vokal, 1977-79)
  • Batır Zakirov (vokal, 1970-77)
  • Şamil Zakirov (klaviş, vokal, 1977-79)
  • Sərvər Kaziyev (klaviş, vokal, 1979-?)
  • Larisa Kandalova (vokal, 1974-?)
  • Şahbaz Nizamutdinov (1970-77)
  • Natalya Nurməhəmmədova (vokal, 1974-?)
  • German Rojkov (1970-77)
  • Yulduz Usmanova (vokal, 1991)
  • Əliəsgər Fatxullin (1970-77)
  • Dmitri Çirin (zərb alətləri, vokal, 1977-79)
  • Yevgeni Şiryayev (orqan, vokal, 1970-79)

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  1. "Arxivlənmiş surət". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-17.
  2. "Arxivlənmiş surət". 2020-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-10.
  3. "Фаррух Закиров — За что была запрещена песня узбекской группы «Ялла» «Уч кудук» — ЦентрАзия". 2015-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-17.
  4. "Сайт информационного агентства «Фергана. Ру». Фаррух Закиров: «Ялла» — это состояние души"". 2010-01-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-17.
  5. "Сайт газеты «Труд». Фаррух Закиров: «Ялла» ещё покорит «Олимпию»". 2010-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-17.