Özbək musiqisi

Kamançada çalan özbək musiqiçisi

Özbək musiqisi — qədim köklərə malik musiqi irsi bizim günlərdə də janr rəngarəngliyini və monodik ifadə vasitələrinin zənginliyini qoruyaraq yaşadır. O, özündə xalq (bilavasitə folklor) və şifahi ənənəli peşəkar musiqi yaradıcılığını qovuşdurur. Bura mahnılar, instrumental pyeslər, dastanlar daxildir.

Xalq mahnıları

[redaktə | mənbəni redaktə et]

Mahnılar və instrumental melodiyalar iki cür olur:

  • Müəyyən şəraitdə və ya müəyyən vaxtda ifa olunan - bura ailə, mərasim (toy, gəlin havaları, dəfn, matəm), ovsun mahnıları, əmək və beşik mahnıları, müxtəlif adət–ənənələr, kütləvi tamaşalar zamanı ifa olunan instrumental melodiyalar aiddir.
  • Hər zaman və hər yerdə ifa olunan - bura özbək mahnı janrları olan terma, koşuk, lapar, yalla və aşula, həmçinin, analoji planda müxtəlif instrumental pyeslər daxildir. Çoxcəhətli məhəbbət lirikası, satira və yumor, tarixi mövzu, ictimai etiraz bu janrlardan hər birinin əsasını təşkil edə bilər.
  • Terma melodiyanın reçitativliyi (danışığabənzər oxuma), kiçik diapazonu və yığcam forması ilə xarakterizə olunur. Onun mətnini 7-8 hecalı misralardan ibarət müxtəlif məzmunlu barmak xalq şeir forması təşkil edir. Ən uzun, mürəkkəb termalar baxşilər tərəfindən ifa olunur.
Barmak şeir forması həm də koşuk, lapar, yalla mahnı janrlarında işlədilir.
  • Koşuk – nəqəratli, kiçik diapazonlu, barmak şeirinin 1-2 misrasını əhatə edən sadə qafiyəli (örnəyin: aabb, aaba, abab) mahnıdır xarakterik deyil, bu da müəyyən ölçülü, dəqiq ritm əmələ gətirir. Koşukun ritmi dəqiq, müntəzəmdir, hecalar uzadılmır. Çox vaxt hər misranın sonunda təkrarlanan nəqərat-sözlərə rast gəlinir. Bəzi bölgələrdə "lapar" qadın və kişi yaxud xor şəklində gəlin və bəyin qohumları tərəfindən oxunan toy mahnılarına deyilir.
Lapar və yallanın musiqisi adətən rəqs və oyunlarla müşayiət olunur.
  • Lapar – iki müğənni tərəfindən dialoq şəklində oxunan nəqəratsiz koşuk (qoşuq). Xarəzmdə laparlar bir müğənni tərəfindən də oxuna bilər.
  • Yalla iki cür olur:
    • koşuka bənzər: kiçik diapazonlu, nəqəratli. Yallaçı (solist) mahnının başlanğıcını və nəqəratini oxuyur və eyni zamanda oynayır, mahnının qalan hissələrini xor oxuyur.
    • Başlanğıc və nəqərat bölgüsü olmayan yallalar mahnı gah xor, gah da yallaçı tərəfindən oxunur və rəqs edilir. Melodiyaları aşulanı xatırladır.
  • Aşula - geniş diapazonlu lirik mahnılar. Mətni yalnız barmak şeir üstündə deyil, həm də əruz vəznində yazılmış şeirlər təşkil edir.

[1] [2]

  1. "Музыкальная энциклопедия. — М.: Советская энциклопедия, Советский композитор. Под ред. Ю. В. Келдыша. 1973—1982". 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-13.
  2. Tariyel Məmmədov. - "Özbək xalq və şifahi ənənəli peşəkar musiqisi" Arxivləşdirilib 2022-03-27 at the Wayback Machine. Bakı, Adiloğlu, 2004, 2 ç. v.