Yaponiyada esperanto

Yaponiya esperantoçuları 2009-cu ildə.

Yaponiyada esperanto ən populyar süni dil hesab olunur. Yaponiyanın esperanto ilə tanışlığı 1880-ci illərin sonu və 1890-cı illərin əvvəlində baş vermişdir. Yaponiyanın esperanto icması 1920-ci illərdə ən böyük qeyri-avropalı esperanto icması olmuşdur.[1] Yaponiya Esperanto İnstitutu ölkədəki ən böyük esperanto təşkilatıdır. 1965-ci ildə Tokioda, 2007-ci ildə isə Yokohamada Ümumdünya Esperanto Konqresi baş tutmuşdur.

Yaponiyada esperentodan bəhs edən ilk mənbə 1880-ci illərin sonuna – volapük dilinə marağın yarandığı dövrə aiddir.[2] Oka Asaciro esperantoya maraq göstərmiş ilk yapon şəxs olmuşdur. Onun esperanto dili ilə ilk tanışlığı 1891-ci ildə bir alman kitab evində baş vermişdir. O, esperanto və volapük dillərindən təsirlənərək öz süni dilini – zilenqo dilini yaratmışdır.[1]

Yaponiyada esperanto hərəkatının başladığı il kimi 1906-cı il qəbul olunur. Yazıçı Futabatey Şimey 1902-ci ildə Rusiyaya gedərək Vladivostokda esperanto dilini öyrənmiş və 1906-cı ildə Yaponiyaya qayıdaraq rus dilindən tərcümə etdiyi esperanto dərsliyini nəşr etdirmişdir. O, daha sonra esperantodan uzaqlaşsa da, esperanto haqqında bir çox jurnal məqaləsi yazmışdır.[2]

Yaponiya Esperanto İnstitutu.

Katsumi Kuroita 1906-cı ildə esperanto dilini öyrənməyə başlamış və yapon esperanto təşkilatının ilk lideri olmuşdur. O, 1920-ci illərin əvvəlinə qədər Yaponiyanın aparıcı esperantoçularından biri olmuşdur. Anarxist Osuqi Sakae 1906-cı ildə həbsxanada olarkən esperanto dili ilə tanış olmuş və öyrənməyə başlamışdır. O, azadlığa çıxandan sonra esperanto hərəkatının aktiv iştirakçısı olmuş, yapon dilindən esperanto dilinə ilk tərcümə işinin ("Momotaro" nağılının bir versiyası) müəllifi olmuş və esperanto məktəbi qurmuşdur. Onun esperanto dili öyrətdiyi çinli tələbələr Çində esperanto hərəkatının əsasını qoymuşdurlar.[2] 1906-cı ilin martında Yaponiya Esperanto Cəmiyyəti, aprelində isə Yaponiya Esperantoçular Assosiasiyası yaradılmışdır. Həmin ilin sentyabrında Yaponiyada ilk esperanto konqresi keçirilmişdir.[1]

Hayaşi TadasuArato Adaçi kimi şəxslər ilk esperanto icmasının aktiv iştirakçıları olmuşdurlar. Rusiya esperantoçusu Vasili Yeroşenko 1914-cü ildə Tokioya gəlmiş və Yaponiyada bir çox esperanto fəaliyyətində iştirak etmişdir. O, esperanto dilini mənimsəmiş bəhailik dininin Tokio missiyasının və esperanto dilində debatlar keçirən Şincinkay tələbə qrupunun aktiv iştirakçısı olmuşdur.[2]

Birinci dünya müharibəsindən sonra Yaponiyada esperanto hərəkatının ikinci çiçəklənmə dövrü başlamışdır. 1920-ci illərdə və 1920-ci illərin əvvəlində Yaponiya boyunca və koloniyalarda bir çox esperanto klubu açılmışdır. Nitobe İnazo 1921-ci ildə Millətlər Liqası üçün ilk esperantodilli report yazan şəxs olmuşdur. Çikao Fucisava esperanto dilini rəsmi tədris dili kimi qəbul etdirmək üçün çalışsa da, uğursuz olmuşdur.[2] Onisaburo Dequçi esperanto dilini öyrənmiş və 1923-cü ildə Omoto dini hərəkatı üçün istifadə etmişdir.[3] 1923-cü ildə Millətlər Liqasının Daimi Mandatlar Komissiyasının üzvü olan Kunio Yanaqita da esperanto hərəkatına qoşulmuşdur. Yeroşenko vasitəsilə esperanto dili ilə tanış olmuş Ucaku Akita 1927-ci ildə SSRİ-yə səfər etmiş və Sovet İttifaqının Dostları Konqresinin xarici nümayəndələrinin esperanto dilindən istifadə etməsini təklif etmişdir.[2]

1930-cu illərdə esperanto hərəkatı Yaponiya hökumətinin təzyiqləri ilə qarşılaşmışdır. Esperantoçu Teru Haseqava Çinə qaçaraq orada fəaliyyət göstərməyə başlamışdır.[2]

Tanınmış esperantoçular

[redaktə | mənbəni redaktə et]

Kenci Miyazavanın eyniadlı romanı əsasında 1985-ci ildə çəkilmiş "Night on the Galactic Railroad" anime filminin səhnələrindəki yazılar esperanto dilindədir. Belə ki, Miyazava esperanto dilini öyrənməyə çalışmış və bu dildə şeirlər yazmışdır.[6]

  1. 1 2 3 Rapley, Ian. "Sekaigo: Esperanto, international language, and the transnational dimension to Japan's linguistic modernity". Japan Forum (ingilis). 2019. doi:10.1080/09555803.2019.1594342. (#accessdate_missing_url)
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 Rapley, Ian. "Talking to the World: Esperanto and Popular Internationalism in Pre-war Japan" (PDF). Japan Society Proceedings. 2016: 76–89. 2023-03-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2 aprel 2023.
  3. 1 2 Huffman, James. Modern Japan: An Encyclopedia of History, Culture, and Nationalism (ingilis). Nyu-York: Routledge. 2013. 42. ISBN 978-0-815-32525-3. 2022-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2023.
  4. Kodansha Encyclopedia of Japan (ingiliscə). V cild (Libr–Nijo). Tokio: Kodansha. 1983. səh. 223. ISBN 0-87011-625-8. 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2023.
  5. Kodansha Encyclopedia of Japan (ingiliscə). III cild (G–I). Tokio: Kodansha. 1983. səh. 262. ISBN 0-87011-623-1. 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2023.
  6. Miyamoto Masao and Sibayama Zyun'iti: Poemoj de MIYAZAWA Kenzi, memtradukitaj esperanten Arxivləşdirilib 2023-04-05 at the Wayback Machine

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]