Voyçex Vitold Yaruzelski (pol. Wojciech Witold Jaruzelski; 6 iyul 1923[1][2][…], Kurov, Lyublin voyevodluğu[d][1] – 25 may 2014[2][3][…], Varşava[4]) — Polşa dövlət və hərbi xadimi, keçmiş kommunist rejimi dövründə Polşanın siyasi və hərbi rəhbərlərindən biri, ordu generalı. Polşa Xalq Respublikasının Milli müdafiə naziri (1969–1985) və baş nazir (1981–1985), Polşa Birləşmiş Fəhlə Partiyasının birinci katibi (1981–1989), Dövlət Şurasının sədri (1985–1989) və 1989–1990-cı illərdə Polşa Xalq Respublikasının və kommunizmdən sonrakı dövrdə Polşa Respublikasının ilk prezidenti olmuşdur.
Voyçex Yaruzelski | |
---|---|
pol. Wojciech Witold Jaruzelski | |
| |
Polşa Respublikasının Prezidenti[d] | |
19 iyul 1989 – 22 dekabr 1990 | |
Sonrakı | Lex Valensa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 iyul 1923[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 25 may 2014[2][3][…] (90 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | insult |
Dəfn yeri |
|
Partiya | |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Hərbi xidmət | |
Mənsubiyyəti | Polşa |
Qoşun növü | Qızıl Ordu |
Döyüşlər | |
|
|
Təltifləri | |
wojciech-jaruzelski.pl | |
Vikianbarda əlaqəli mediafayllar |
Voyçex Yaruzelski 1923-cü il iyulun 6-da kəndli ailəsində doğulub[5].
Voyçex Yaruzelski Polşa Hərbi Akademiyasını bitirib. 1960-cı illərdən Polşa Silahlı Qüvvələrində yüksək vəzifələr tutub. 1981-ci ildə Polşa Xalq Respublikasının baş naziri, sonra Polşa Kommunist Partiyasının birinci katibi, Dövlət Şurasının sədri olub[5].
1989–1990-cı illərdə Polşa prezidenti postunu tutub[5].
Voyçex Yaruzelski 1981-ci ildə Lex Valensanın "Solidarnost" təşkilatı inqilaba qalxanda Polşada hərbi vəziyyət elan etməklə hakimiyyəti ələ alıb, 1990-cı ildə isə siyasətdən birdəfəlik çəkilib[5].
Voyçex Yaruzelski 25 may 2014-cü ildə 91 yaşında Varşava Hərbi Tibb İnstitutunun hospitalında vəfat edib[5].