Yoşmut — Elxani imperiyasında fəaliyyət göstərmiş şahzadələrdən və Hülakü xanın ən böyük oğlanlarından biri. Dai Matsui[1] və Daniel Kinqə[2] görə onun adı xristian uyğarlar ilə əlaqəlidir və ilkin qaynağını soqdcadakı "ʿywšmbt" sözündən almışdır. Bu söz düşənbə, yəni həftənin birinci günü sözü ilə eyni kökdən gəlməkdədir.
Yoşmut | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1234-cü ildən sonra |
Doğum yeri | Monqolustan |
Vəfat tarixi | |
Vəfat yeri | Elxani imperiyası |
Uşaqları |
Qara Noqay Cumudar Canbu Soqay |
Atası | Hülakü xan |
Anası | Noqaçin Ağaçi |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Elxani ordusu |
Qoşun növü | Süvari |
Xidmət illəri | 1253-1271 |
Döyüşlər |
Mayyafaraqin döyüşü (1259) Mardin Döyüşü Ağsu çayı sahilində döyüş (1265) Çağatay Baraq ilə döyüşlər (1270) |
Yoşmut Hülakü xan ilə onun kənizi Noqaçin Ağaçinin ailəsində dünyaya gəlmişdir. Noqaçin Xitan kökənli idi və Qutuy xatunun Monqolustandakı düşərgəsindən gəlmişdi. Hülakü xanın ən böyük 3 oğlundan biri olan yoşmut onu Abaqa ilə birlikdə 1253-cü ildə İran İsmaililəri üzərinə təşkil edilmiş yürüşdə müşayiət etmişdi.[3]
Ona verilmiş ilk tapşırıq Hülakü xanın 1259-cu ildə Diyarbəkiri ələ keçirməsindən sonra oldu. Bu ildə Hülakü xan ona Sontay Noyon və İlqa Noyon Cəlairi ilə birlikdə Mayyafaraqini ələ keçirmək tapşırığı verdi. Bölgənin Əyyəbi əmiri əl-Kamil Məhəmməd Mosuldakı hakim Bədrəddin Luludan da yardım alaraq uzun müddət monqollara qarşı müqavimət göstərdi. Bu qədər gecikmənin yaşanması Hülakü xanın qəzəblənməsinə və 10 aydan sonra Yoşmutu geri çağırmasına yol açdı.[3] Şəhər isə yalnız 1260-cı ildə aprel ayında əl-Kamilin nəhayət Elxanilərə təslim olmaq barədə qərar verməsindən sonra ələ keçirildi. Hülakü xanın Tell Bəşirdəki düşərgəsinə gətirilən əl-Kamil burada öz ətini yeməyə məcbur edildi. Mayyafaraqinin ələ keçirilməsindən sonra Yoşmut Mardinə göndərildi. Bu şəhər Artuqlu bəyi Nəcməddin Qazi tərəfindən idarə edilməkdə idi. Mardin şəhəri Nəcməddin Qazinin ölümünə qədər, yəni 8 ay müddətinə müqavimət göstərdi. Yeni bəy olan Qara Arslan şəhəri Yoşmuta təslim etdi və Elxani ağalığını qəbul etdi. Lakin yenə də ordunun şəhəri ələ keçirməkdə göstərdiyi bacarıqsızlıq Hülakü xanın Yoşmutu danlamasına yol açdı. Eyni zamanda orduda iştirak etməkdən qadağan edilən Yoşmut 1262-ci ildə Qızıl Orda ilə döyüş üçün yola çıxan orduya daxil edilmədi. Bütün bunlara rəğmən, 1265-ci ildəki ölümündən əvvəl Hülakü xan Abaqa xanı Xorasana hakim təyin edərkən, Yoşmutu da Azərbaycanın, Aranın, Şirvanın və ümumilikdə Dərbəndə qədərki bölgənin hakimi təyin etdi. Yoşmut 16 fevral 1265-ci ildə Dərbəndə gəldi. Bu zaman Hülakü xan artıq bir həftə idi ki, vəfat etmişdi.[4][5]
Atasının ölümünü eşitdikdən sonra Yoşmut qısa müddətə paytaxta yollandı. Burada o, yeni xanın seçiləcəyi qurultayda özünə tərəfdarlar toplamağa çalışsa da, bu məsələdə uğursuz oldu və iki gündən sonra Dərbəndə geri döndü. Bunun qarşılığında Abaqa xan onu Dərbənd hakimi olaraq tanıdı. Bu hadisə 19 iyun 1265-ci ildə, yəni Abaqa xanın tacqoyma mərasimində baş verdi. Abaqa xanın taxta çıxmasından sonra Qızıl Orda Elxanilər üzərinə yeni yürüşə başladı. Yoşmut 1265-ci il iyulun 19-20-də Şirvanda Ağsu çayının sahilində Qızıl Orda komandiri Noqayla vuruşdu və şiddətli döyüşdən sonra onun gözünə güllə vura bildi və onu geri çəkilməyə məcbur etdi. Bundan sonra Abaqa xan Noqayın ordusunu tamamilə darmadağın etmək üçün Kür boyunca izləsə də, Berkenin əlaqə qüvvələrlə gəlməsindən sonra geri çəkilməyə məcbur oldu.[6]
Yoşmut 10 min döyüşçüsü ilə birlikdə Abaqa xanın 1270-ci ildə Çağatay xanı Baraqa qarşı başlatdığı yürüşdə də iştirak etmişdi. Baraq tez-tez Elxanilərin sərhəd bölgəsindəki yerlərə hücumlar təşkil edirdi. Abaqa xan qərbdə Çağatay şahzadəsi Təkudar ilə döyüşərkən, Yoşmut da Baraq ilə döyüşməkdə, tez-tez də məğlub olmaqda idi. Abaqa Herat ətrafına gəldikdən sonra onun tabeliyində olan Arqun Ağa, Yəzdli Atabəq Yusifşah, Müzəffərəddin Həccac, Sontai Noyan, Buriltay Noyan, Şiktur Noyan və Abdullah Aqa ilə birlikdə sol cinah komandanlığı ona verildi. 22 iyul 1270-ci ildə baş vermiş döyüş nəticəsində Elxani ordusu qələbə qazandı və Baraq canını qaçmaqla qurtara bildi.[7]
Yoşmut 18 iyul 1271-ci ildə vəfat etmişdir.[8] O, özünün isti xasiyyəti və ordu daxilində sevilməməsi ilə seçilməkdə idi. Onun soyundan gələnlərdən biri olan İlyas Elxanilər imperiyasına Çobani ailəsi nəzərat edərkən Süleyman xan adı ilə kukla hökmdar olmuşdur.[9]
Onun ən azı dörd oğlu olduğu məlumdur:
Türk qaynaqlarında Yoşmutun bir başqa oğlu olduğu iddia edilən Cumudar (Osmanlı türkcəsi: جمود, transliterasiya: Cumudâr) adlı bir başqa şəxs də vardır.[12] Cumudar 1296-cı ildə, yəni Qazan xanın hakimiyyəti dövründə ölmüşdür.[13][14] Onun mumyalanmış cəsədi Amasyada tapılmış və hal-hazırda da Amasya Muzeyində sərgilənməkdədir.[15]