Aran iqtisadi rayonu — Azərbaycan Respublikasının 2021-ci ilə qədər[1] şərti iqtisadi rayonlarından biri. Cənubdan İranla, həmçinin Yuxarı Qarabağ, Gəncə-Qazax, Şəki-Zaqatala, Dağlıq Şirvan, Abşeron və Lənkəran iqtisadi rayonları ilə həmsərhəddir. Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab rayonlarından və Mingəçevir, Şirvan və Yevlax şəhərlərindən ibarətdir.
İqtisadi rayon | |
Aran iqtisadi rayonu | |
---|---|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Ləğv edilib | 7 iyul 2021 |
Sahəsi | 21.430 km² |
Əhalisi | |
Əhalisi | 1.893.036 nəfər |
|
İqtisadi rayon əsasən Kür-Araz ovalığında yerləşir, əlverişli İCM-ə malikdir. Ovalığın ərazisinin mərkəzi və şərq hissələri okean səviyyəsindən aşağıda yerləşir, səthi hamardır. Dəniz və çay çöküntüləri düzənliyin çox hissəsini örtür. İqtisadi rayonun ətrafında olan dağlara yaxın sahələrinin səthi meyllidir. Yayı quraq keçən yarımsəhra və quru çöl iqlimi səciyyəvidir. İqtisadi rayonun sahəsi 21,43 min km2 olmaqla ölkə ərazisinin 24,7%-ni əhatə edir. Əhalinin sayı 1863,5 min nəfər, o cümlədən şəhər əhalisi 708,3 min nəfərdir. Ölkə əhalisinin 20,2%-i burada yaşayır. Əhalinin orta sıxlığı hər km2-ə 87 nəfər, urbanizasiya səviyyəsi 38,0 %-dir (2012). İqtisadi rayonun düzən relyefi, bol aqroiqlim ehtiyatları, Kür və Araz çayları kimi su arteriyaları, suvarma şəraitində məhsuldar olan torpaqlar kənd təsərrüfatı işləri aparılması və əhalinin məskunlaşması üçün əlverişli təbii şərait yaradır. Kür çayının sahillərində tuğay meşələri vardır. Aran iqtisadi-coğrafi rayonunun əsas yeraltı sərvətlərinə neft, təbii qaz, yodlu-bromlu mədən suları, müxtəlif tikinti materialları (əhəngdaşı, qum-çınqıl) aiddir. Bu ehtiyatlar əsasən rayonun mərkəzi və şərq hissəsində cəmlənir. Aran iqtisadi-coğrafi rayonu inkişaf etmiş sənaye sahələrinə malikdir. Sənaye potensialının əsas hissəsi şərqdə yerləşən Şirvan, Salyan və Neftçala şəhərində, şimal-qərbdə olan Mingəçevir və Yevlax şəhərlərində cəmlənmişdir. Neft və qazçıxarma, elektroenergetika, kimya, tikinti materialları istehsalı iqtisadi-coğrafi rayonun inkişaf etmiş və ixtisaslaşmış sahələridir. Şirvan şəhəri ətrafında, Salyan və Naftçala rayonlarında neft-qaz hasil olunur. Mingəçevir və Şirvan Şəhərində DRES-lər, Mingəçevir və Varvarada SES-lər işləyir. Mingəçevir ölkənin mühüm energetika bazasıdır. Ölkədə istehsal edilən elektrik enerjisinin 60%-i bu iqtisadi rayon verir. Kimya sənayesi üzrə Mingəçevir, Salyan və Neftçala şəhərlərində müəssisələr fəaliyyət göstərir. Salyanda plastik kütlə zavodu, Neftçalada yod-brom zavodu yerləşir. İqtisadi rayonda becərilən pambığın ilkin emalı pambıqtəmizləmə zavodlarında həyata keçirilir. Bu sahə yüngül sənaye məhsullarının əsas hissəsini verir. Bununla yanaşı, pambıq parça istehsalı (Mingəçevir), yunun ilkin emalı (Yevlax), xalçaçılıq (Hacıqabul) üzrə müəssisələr vardır. Lakin onların fəaliyyətində ciddi problemlər yaranmışdır. Ona görə yüngül sənayenin rolu hələlik aşağıdır, onun əvvəlki rolunun qaytarılması vacibdir. Yeyinti sənaye sahəsində kifayət qədər xammal bazası olsa da, onlardan az istifadə olunur, emal müəssisələri şəbəkəsi zəifdir. Meyvə-tərəvəz və balıq konservləri, ət-süd və digər heyvandarlıq məhsullarının emalı sahəsində çoxsaylı müəssisələr yaradılması imkanları vardır. Aran iqtisadi-coğrafi rayonu ölkənin mühüm kənd təsərrüfatı rayonudur. Əkinçilik yalnız suvarmaya əsaslanır. Pambıqçılıq, quru subtropik meyvəçilik və bostançılıq kənd təsərrüfatının ixtisaslaşmış sahələridir. Həmçinin taxıl, üzüm, kartof, şəkər çuğunduru, günəbaxan, yem bitkiləri əkilir. Heyvandarlığın inkişafı üçün təbii imkanlar kifayət qədərdir və onlardan istifadə edilərək mal-qara, qoyun saxlanılır. Aran iqtisadi-coğrafi rayonu ölkə və regional əhəmiyyətli magistral dəmir və avtomobil yolları üzərində yerləşir. Bakı şəhərini ölkənin əksər inzibati rayon mərkəzləri, Gürcüstan, İran İR və Türkiyə ilə birləşdirən nəqliyyat yolları onun ərazisindən keçir. Son vaxtlar beynəlxalq yükdaşımaların çoxalması bu yolların əhəmiyyətini artırmışdır. Bakı-Tiflis-Ceyhan, Bakı-Supsa neft kəmərləri, Bakı-Ərzurum qaz kəməri də bu rayonun ərazisindən keçir. 18 inzibatı ərazi bölgüsündən ibarət olan Aran iqtisadi rayonu Azərbaycanın ən iri iqtisadi rayonudur. Aran iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Mingəçevirdir. Geniş potensiala malik olan bu region imkanları və təbii ehtiyatları ilə (neft, təbii qaz, tikinti materialları) zəngindir. Aran ölkənin əsas pambıqçılıq regionudur. Bərdə pamçılığın ən çox yayıldığı Aran bölgəsidir. Bakıdan Gürcüstana, İrana və Türkiyəyə gedən əsas yollar Aranın ərazisindən keçir. Yevlaxla Bakı arasında hava əlaqəsi var.
Aran iqtisadi regionu olduqca əlverişli coğrafi mövqeyə malikdir. O şimalda Böyük Qafqaz, cənub-qərbdə Kiçik Qafqaz, cənubda Lənkəran iqtisadi regionu, şərqdə isə Xəzər dənizi ilə həmsərhəddir. İqtisadi regionun ümumi sahəsi 21,43 min km² olmaqla, ölkə ərazisinin 24,7 %-ni əhatə edir.
Respublikamızın əkinçilik regionu olan Aran iqtisadi regionunun torpaq örtüyü əsas etibarilə boz və açıq şabalıdı torpaqların müxtəlif növlərindən ibarətdir. Bu torpaq növlərindən əlavə, ərazinin müxtəlif sahələrində çəmən-bataqlıq, şoranlaşmış və qumsal torpaqlara da təsadüf edilir. Boz torpaq və onun ayrı-ayrı növləri başlıca olaraq Kür-Araz ovalığında yayılmışdır. Çəmən-bataqlıq torpaqlara isə ovalığın müxtəlif sahələrində geniş sahəni əhatə edən talalar şəklində təsadüf edilir. Ovalığın Böyük və Kiçik Qafqaz dağlarına birləşən dağətəyi hissələrinin torpaqları daha məhsuldar olan tünd şabalıdı, şabalıdı və açıq şabalıdı, dağ tünd-şabalıdı, dağ boz-qəhvəyi və s. torpaqlardan ibarətdir.
Aran iqtisadi regionunun ərazisinin yarıdan çoxu dəniz səviyyəsindən aşağıda yerləşən və əsasən Kür və Araz çaylarının əmələ gətirdiyi düzənliklərdən ibarətdir. Burada Kür çayının sol sahili ilə Şirvan, sağ sahili boyu Qarabağ, Mil, Arazın və Kür aşağı axınından cənubda isə Muğan və Salyan düzləri yerləşir.
İqtisadi region üçün əsasən quru subtropik iqlim xarakterikdir. Rayon ovalığı kənd təsərrüfatı bitkilərinin normal inkişafı üçün zəruri olan işıq və istilik ehtiyatına malikdir. Burada günəşli saatların davamı 2200–2400 saat, dağ ətəyindən mərkəzi hissələrə doğru fəal temperatur isə 400C-dən 460C-dək çoxalır. Yayı çox isti keçir. İyun ayının orta temperaturu 26–280C-yə çatır. Bəzən yay aylarında havanın mütləq temperaturu 40–430C-yə qədər artır. Qış fəsli mülayım və şaxtasız keçib, yanvar ayında temperatur 1–30C arasında dəyişir. Mütləq minimum temperaturun 8–120C-yə qədər aşağı düşdüyü hallar da müşahidə olunur.İqtisadi potensial çox güclüdür. Aran iqtisadi-coğrafi rayonu inkişaf etmiş sənaye sahələrinə malikdir. Sənaye potensialının əsas hissəsi şərqdə yerləşən Şirvan, Salyan və Neftçala şəhərində, şimal-qərbdə olan Mingəçevir və Yevlax şəhərlərində cəmlənmişdir. Neft və qazçıxarma, elektroenergetika, kimya, tikinti materialları istehsalı iqtisadi-coğrafi rayonun inkişaf etmiş və ixtisaslaşmış sahələridir. Şirvan şəhəri ətrafında, Salyan və Naftçala rayonlarında neft-qaz hasil olunur. Mingəçevir və Şirvan Şəhərində DRES-lər, Mingəçevir və Varvarada SES-lər işləyir. Mingəçevir ölkənin mühüm energetika bazasıdır. Ölkədə istehsal edilən elektrik enerjisinin 60%-i bu iqtisadi rayon verir. Kimya sənayesi üzrə Mingəçevir, Salyan və Neftçala şəhərlərində müəssisələr fəaliyyət göstərir. Salyanda plastik kütlə zavodu, Neftçalada yod-brom zavodu yerləşir. İqtisadi rayonda becərilən pambığın ilkin emalı pambıqtəmizləmə zavodlarında həyata keçirilir. Bu sahə yüngül sənaye məhsullarının əsas hissəsini verir. Bununla yanaşı, pambıq parça istehsalı (Mingəçevir), yunun ilkin emalı (Yevlax), xalçaçılıq (Hacıqabul) üzrə müəssisələr vardır. Lakin onların fəaliyyətində ciddi problemlər yaranmışdır. Ona görə yüngül sənayenin rolu hələlik aşağıdır, onun əvvəlki rolunun qaytarılması vacibdir. Yeyinti sənaye sahəsində kifayət qədər xammal bazası olsa da, onlardan az istifadə olunur, emal müəssisələri şəbəkəsi zəifdir. Meyvə-tərəvəz və balıq konservləri, ət-süd və digər heyvandarlıq məhsullarının emalı sahəsində çoxsaylı müəssisələr yaradılması imkanları vardır. Aran iqtisadi-coğrafi rayonu ölkənin mühüm kənd təsərrüfatı rayonudur. Əkinçilik yalnız suvarmaya əsaslanır. Pambıqçılıq, quru subtropik meyvəçilik və bostançılıq kənd təsərrüfatının ixtisaslaşmış sahələridir. Həmçinin taxıl, üzüm, kartof, şəkər çuğunduru, günəbaxan, yem bitkiləri əkilir. Heyvandarlığın inkişafı üçün təbii imkanlar kifayət qədərdir və onlardan istifadə edilərək mal-qara, qoyun saxlanılır. Aran iqtisadi-coğrafi rayonu ölkə və regional əhəmiyyətli magistral dəmir və avtomobil yolları üzərində yerləşir. Bakı şəhərini ölkənin əksər inzibati rayon mərkəzləri, Gürcüstan, İran İR və Türkiyə ilə birləşdirən nəqliyyat yolları onun ərazisindən keçir. Son vaxtlar beynəlxalq yükdaşımaların çoxalması bu yolların əhəmiyyətini artırmışdır. Bakı-Tiflis-Ceyhan, Bakı-Supsa neft kəmərləri, Bakı-Ərzurum qaz kəməri də bu rayonun ərazisindən keçir.[2]
Aran iqtisadi-coğrafi rayonunun əlverişli nəqliyyat-coğrafi mövqeyi burada müxtəlif nəqliyyat sahələrinin yaranmasında, eləcə də təsərrüfat quruluşunun təkmilləşdirilməsində mühüm rol oynayır. İqtisadi-coğrafi rayonun nəqliyyat sistemi dəmir yolu və avtomobil nəqliyyatı, boru kəməri, hava nəqliyyatı və qismən çay nəqliyyatı ilə təmsil olunmuşdur. İqtisadi-coğrafi rayonun bölgədaxili, regionlar və respublikanın mərkəzi ilə iqtisadi əlaqələrinin inkişafında onun nəqliyyat sisteminin rolu böyükdür. İqtisadi-coğrafi rayonun nəqliyyat sistemində dəmir yolu nəqliyyatı aparıcı yer tutur. Qərb istiqamətində Bakı-Ağstafa-Tbilisi, Bakı-Ələt-Culfa, Bakı-Yevlax-Balakən, Yevlax-Ağdam, cənub istiqamətində Osmanlı-Astara dəmir yolu xətlərinin Aran iqtisadi rayonu ərazisindən keçən hissəsi həmsərhəd olduğu Gəncə-Qazax, Yuxarı Qarabağ, Lənkəran-Astara regionları və Naxçıvan Muxtar Respublikası ilə iqtisadi əlaqələrini tənzimləməklə mərkəzi mövqe tutur.
İqtisadi-coğrafi rayon daxilində iqtisadi əlaqələrin inkişafı, yük və sərnişin axınlarının tənzimlənməsi, əsasən Daşburun, İmişli, Saatlı, Sarıcalar, Hacıqabul, Salyan, Mingəçevir, Yevlax, Bərdə dəmir yolu stansiyaları vasitəsilə həyata keçirilir. Burada formalaşmış Yevlax, Hacıqabul, Ləki, Kürdəmir və Şirvan nəqliyyat qovşaqlarının müstəsna əhəmiyyəti vardır. Qeyd etmək lazımdır ki, iqtisadi-coğrafi rayon üzrə dəmir yolu ilə daşınan yüklərin 30–32%-i Yevlax stansiyasının payına düşür. Cədvəl 7.8.
Regionda respublika və yerli əhəmiyyətli yolların quruluşu
[Z.S.Məmmədova (2002) görə]
İnzibati rayonlar | Cəmi avtomo
bil yolları, km |
Xüsusi çəkisi,
%-lə |
Respublika əhəmiyyətli, yol, km | Xüsusi çəkisi,
%-lə |
Yerli əhəmiyyətli
yol, km |
Xüsusi çəkisi,
%-lə |
Ağcabədi | 289 | 4,4 | 123 | 4,0 | 166 | 4,6 |
Ağdaş | 476 | 7,3 | 200 | 6,6 | 276 | 7,7 |
Bərdə | 768 | 11,6 | 210 | 6,9 | 558 | 15,6 |
Beyləqan | 330 | 5,2 | 140 | 4,6 | 190 | 5,3 |
Biləsuvar | 293 | 4,4 | 83 | 2,7 | 210 | 5,8 |
Göyçay | 682 | 10,3 | 382 | 12,7 | 300 | 8,3 |
Kürdəmir | 444 | 6,7 | 220 | 7,3 | 224 | 6,2 |
Zərdab | 501 | 7,6 | 210 | 6,9 | 291 | 8,1 |
Sabirabad | 522 | 7,9 | 243 | 8,6 | 279 | 7,8 |
Salyan | 569 | 8,6 | 275 | 9,1 | 294 | 7,9 |
Neftçala | 260 | 3,9 | 184 | 6,1 | 76 | 2,1 |
Saatlı | 186 | 2,8 | 78 | 2,6 | 108 | 3,6 |
Ucar | 692 | 10,5 | 288 | 9,5 | 404 | 1,3 |
İmişli | 284 | 4,3 | 181 | 6,2 | 103 | 2,8 |
Yevlax | 294 | 4,5 | 189 | 6,2 | 105 | 2,9 |
Cəmi | 6590 | 100 | 3006 | 100 | 3584 | 100 |
Avtomobil nəqliyyatı iqtisadi-coğrafi rayonun təbii ehtiyat potensialından səmərəli istifadə edilməsində, regionun və respublikanın daxili iqtisadi əlaqələrinin inkişafında aparıcı yer tutur. Beynəlxalq və respublika əhəmiyyətli avtomobil yolları əsasən magistral dəmir yollarına paralel çəkilmişdir. Respublikada olan avtomobil yollarının 22,6%-i, yük daşımalarının və dövriyyəsinin 15,2%-i, sərnişin daşınmasının 13,6%-i, sərnişin dövriyyəsinin 6,5%-i bu regionun payına düşür [Azərbaycanın nəqliyyatı, 2013]. Region üzrə avtomobil yollarının ümumi uzunluğu 6590 km təşkil edir ki, bunun da 46%-i respublika, 54%-i yerli əhəmiyyətli yollardır. Regionda avtomobil yollarının əsas texniki göstəricilərindən biri onun örtük səviyyəsinin quruluşudur. Bu baxımdan iqtisadi-coğrafi rayonun ümumi avtomobil yollarının 19%-i asfalt örtüklü, 22%-i qara örtüklü, 38%-i çınqıl örtüklü, 21%-i isə qrunt yollardan ibarətdir. Həmçinin, iqtisadi-coğrafi rayondakı avtomobil yollarının 0,8%-i birinci, 5,2%-i ikinci, 33%-i üçüncü, 56,7%-i dördüncü və 4,4%-i beşinci dərəcəli yollardır (cədvəl 7.9).
İqtisadi-coğrafi rayonda avtomobil yollarının texniki vəziyyəti
[Z.S.Məmmədova (2002) görə]
İnzibati rayonlar | Avtomobil yollarının
uzunluğu (km) |
O cümlədən | |||
Asfalt örtüklü
(km) |
Qara örtüklü
(km) |
Çınqıl örtüklü
(km) |
Qrunt yollar
(km) | ||
Yevlax | 294 | 156 | 30 | 105 | 3 |
Ağdaş | 476 | 103 | 111 | 179 | 83 |
Ucar | 692 | 65 | 78 | 206 | 343 |
Göyçay | 682 | 99 | 207 | 176 | 200 |
Kürdəmir | 444 | 98 | 77 | 191 | 78 |
Ağcabədi | 289 | 40 | 101 | 133 | 15 |
Zərdab | 501 | 89 | 168 | 133 | 111 |
Bərdə | 768 | 109 | 153 | 445 | 61 |
Beyləqan | 330 | 22 | 122 | 130 | 56 |
İmişli | 284 | 20 | 68 | 100 | 96 |
Saatlı | 186 | 39 | 67 | 80 | - |
Sabirabad | 522 | 102 | 65 | 242 | 113 |
Biləsuvar | 293 | 80 | 47 | 126 | 40 |
Salyan | 569 | 116 | 79 | 224 | 150 |
Neftçala | 260 | 110 | 98 | 47 | 5 |
Cəmi | 6590 | 1248 | 1471 | 2517 | 1354 |
Bakı-Ceyhan, Bakı-Supsa magistral neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Qaradağ-Ağstafa, Şirvan-Bakı yerli əhəmiyyətli neft və qaz kəmərləri iqtisadi-coğrafi rayonun ərazisindən keçir.
İqtisadi-coğrafi rayonun hava nəqliyyatını Yevlaxda yerləşən aeroport və bütün inzibati rayon mərkəzlərində təcili xidmətləri həyata keçirmək üçün vertolyotların düşməsini mümkün edən meydançalar təmsil edir.
Kür çayının mənsəbindən Yevlax şəhərinə qədər olan hissəsi gəmiçilik üçün yararlıdır.[3]