Yorklu Anna (ing. Anne of York; 2 noyabr 1475, Vestminster sarayı, Böyük London regionu[d] – 23 noyabr 1511) — İngiltərə kralı IV Eduardın və Elizabet Vudvilin qızı.
Yorklu Anna | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 noyabr 1475 |
Doğum yeri |
|
Vəfat tarixi | 23 noyabr 1511 (36 yaşında) |
Fəaliyyəti | əsilzadə |
Atası | IV Eduard[1][2] |
Anası | Elizabet Vudvil[1][2] |
Ailəsi | York sülaləsi |
Vikianbarda əlaqəli mediafayllar |
Atasının ölümü və əmisi III Riçardın taxtı ələ keçirməsindən qısa müddət sonra, 8 yaşlı Anna mərhum kral IV Eduardın Elizabet Vudvildən doğulan digər övladları kimi qeyri-məşru elan olundu. Övladlarının canını qorumaq istəyən sabiq kraliça övladlarını sabiq kralın ailəsinin sığındığı Vestminster Abbadlığına yolladı. Bir ilə yaxın burada yaşayan uşaqlar, III Riçardın qardaşı uşaqlarının can təhlükəsizliyinə təminat verməsinin ardından azadlığa çıxarıldı. Böyük bacıları ilə birlikdə əmisinin himayəsində saraya göndərildi. Kiçik bacıları Brijit və Ketrin isə azyaşlı olmaları səbəbilə analarıyla qaldılar.
III Riçardın ölümü və Henri Tüdorun hakimiyyəti ələ almasının ardından, IV Eduardın övladlarının qeyri-məşru olmasıyla bağlı yazılan qanun ləğv edildi. VII Henri Annanın ən böyük bacısı Elizabetlə evləndi. Annanın isə Şotlandiya kralı III Ceymsin oğullarından biriylə evləndirilməsi müzakirə edilsə də, çox keçmədən kralın öldürülməsiylə bu plan baş tutmadı. Nəhayət 1495-ci ildə III Riçard səltənətindən bəri onunla evlənmək istəyən Tomas Houerdlə evləndi. Ancaq cütlüyün evliliyi xoşbəxt deyildi və dünyaya gələn bütün övladları yetkinlik yaşına çatmadan vəfat etdi. Anna özü isə 36 yaşında vəfat etdi.