Yuli İsayeviç Ayxenvald və ya Yuli Eyxenvald (Tam adı: rus. Ю́лий Иса́евич Айхенва́льд; 12 (24) yanvar 1872[1], Balta[d], Podolsk quberniyası[d][1] – 17 dekabr 1928, Berlin) — milli estetizmi inkişaf etdirmiş rus-yəhudi əsilli ədəbi tənqidçi. Rus əsilli ABŞ yazıçısı Vladimir Nabokov Ayxenvaldı "Rusiyanın Volter Pateri" adlandırırdı.[2]
Yuli Ayxenvald | |
---|---|
Doğum tarixi | 12 (24) yanvar 1872[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 17 dekabr 1928 (56 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | tramvay qəzası[d] |
Təhsili |
|
Fəaliyyəti | ədəbiyyat tənqidçisi, jurnalist |
Əsərlərinin dili | rus dili |
Vikianbarda əlaqəli mediafayllar |
Ayxenvald Odessa vilayətinin Balta şəhərində ravvin ailəsində anadan olub. Odessada yerləşən Yeni Rusiya Universitetində təhsil alıb və burada Şopenhauerin ideyalarını mənimsəyib. 1895-ci ildə Moskvaya köçdükdən sonra Yu. Ald (rus. Ю. Альд) və B. Kamenetski (rus. Б. Каменецкий) təxəllüslərindən istifadə etmişdir.
Ayxenvald Şopenhauerin fikirlərini dəstəkləyərək belə hesab edirdi ki, incəsənət irrasionaldır və onun mahiyyətini yalnız intuisiya vasitəsilə duymaq olar. O, əksər rus ədəbi tənqidçilərinin ədəbiyyata sosial və utilitar meyarları tətbiq etməsini və bədii tənqid adı altında siyasi jurnalistikanı formalaşdırmalarını sərt tənqid edirdi.
Rusiya inqilabının ardınca müəllifin "İnqilab: Liderlər və idarə edilənlər" essesi dərc olunur. Həmin essedə şəxsən Lev Trotskini hədəf alan Ayxenvald qısa müddətə həbs olunur və 1922-ci ildə Almaniyaya sürgün edilir.[3] Almaniyada ikən Rulj kimi bir neçə nüfuzlu mühacir nəşrlərinə qoşulur.
Yuli Ayxenvald Berlində tramvay qəzasında həyatını itirir.
Özünün ən məşhur kitabı olan "Rusiya yazıçılarının silueti" (1909) kitabında Ayxenvald görkəmli rus müəlliflərinin və onların əsərlərinin bir sıra yaddaqalan impressionistik eskizlərini təqdim edir. İvan Turgenevin ikinci dərəcəli yazıçı olması ilə bağlı fikirləri mühafizəkar ədəbi mühitin etirazlarına səbəb olmuşdu.