Zöhrə Akçurina

Zöhrə Akçurina (krımtat. Зөһрә Акчурина) Bibi-Zöhrə Əsfəndiyar qızı Qaspralı (Qasprinskaya) (krımtat. Биби-Зөһрә Әсфәндияр кызы Гаспралы (Гаспринская)) bəzi mənbələrdə Zöhrə (Bibi-Zöhrə) Əsfəndiyar qızı Akçurina (krımtat. Зухра (Биби-Зегра) Асфандияровна Акчурина; 186213 aprel 1903, Tavriya quberniyası[d]) — ilk krım tatar qadın jurnalist, “Tərcüman” qəzetinin naşirlərindən biri.[1]

Zöhrə Akçurina
tatar. Зөһрә Акчурина
Doğum tarixi 1862
Vəfat tarixi 13 aprel 1903(1903-04-13)
Vəfat yeri
Dəfn yeri
Həyat yoldaşı
Uşaqları
Fəaliyyəti jurnalist

Görkəmli Krım tatar pedaqoq İsmayıl Qaspıralının həyat yoldaşı, “Tərcüman” qəzetinin naşirləri, jurnalistlər Rüfət QaspıralıŞəfiqə Qaspıralının anası, tatar əsilli Türkiyə siyasətçisi və yazıçısı, Türk Tarix Qurumunun ilk sədri Yusif Akçuranın əmisi qızı.

Zöhrə Akçurina 1862-ci ildə Simbirsk quberniyasının Sengileyevski rayonunun Staraya Timoşkina kəndində məşhur tatar knyazları nəsli olan Akçurinlər ailəsində anadan olub. Atası - Əsfəndiyar Akçurin, anası - Fatimə Akçurina idi.

Zöhrə uşaqlığını Koromışlovka kəndində keçirib. Artıq uşaqlıqdan həmyaşıdlarından fərqlənirdi: “gözəl, çevik, özünəməxsus iti zehni ilə seçilən və yaxşı danışıq qabiliyyətinə malik idi”. Uşaqlıqdan evdə təhsil almış, ona dərs deyən bir rus dayəsi olmuşdur. O, o dövrlər üçün yaxşı təhsil və müsəlman adət-ənənəsinə uyğun tərbiyə almışdı. Valideynləri Asılzat ailəsindən nümunə götürərək Zöhrəyə rus dilini, rus ədəbiyyatını və musiqisini öyrədən rus əsilli bir dayə tutmuşdular. Ayaz İshaki dayə barədə 1914-cü ildə “İl” qəzetində belə yazırdı: "Dayənin o qədər də biliyi olmasa da, onun başqa bir dünyadan, rus həyatından gəlməsi, Rusiyanın çiçəklənən ədəbiyyatına bir az da bələd olması, balaca Zöhrənin fantaziyalarına xoş ovqat bəxş etməsi, onun dünyagörüşünün genişlənməsinə və s. təsir etmişdir".

İsmayıl Qaspıralı ilə görüş və nigah

[redaktə | mənbəni redaktə et]

Atasının qardaşı İbrahim Kuramşah oğlu Akçurin (1859-?) Simbirsk Kadet Korpusunu bitirdikdən sonra müalicə üçün Krıma yola düşmüşdü. Zöhrə də əmisi ilə Krıma getmişdi. 1880-ci ildə Krımda Akçurinlər Baxçasaray şəhərinin qlavası İsmayıl Qaspıralı ilə tanış olurlar. İsmayılın Rusiyadakı müsəlmanların ehtiyacları üçün rus və Avropa mədəniyyətinə malik olmağın zəruriliyindən bəhs edən “Rus İslamı” broşürasını oxuyan Akçurinlər onun fikirlərinə heyran qaldılar. İsmayıl Qasprinski Zuxra ilə ilk görüşünü belə xatırlayırdı: “Mənə elə gəldi ki, onun üstünə su belə düşmür”.

Simbirskə qayıdan Zöhrə Akçurina ilk olaraq İsmayıl Qaspıralıya məktub yazır. Məktub mübadiləsindən sonra, bir müddət sonra gənclər “öz talelərini bağlamağa” qərar verirlər. 1881-ci ildə Makardjinski yarmarkasında görüşən Qaspıralı İbrahim Akçurindən Zöhrənin atası ilə aralarında vasitəçi olmasını xahiş etdi, lakin ondan razılıq almadı.

İsmayıl Koromıslovkaya özü getməyə qərar verdi. Qonşu rus kəndində yerləşib Zöhrəyə xəbər göndərdi ki, mən gəlirəm. Lakin Zöhrənin atası Əsfəndiyar əfəndi qızını zadəgan nəslindən olan İsmayıl Qaspıralıya ərə verməyə razı olmadı. Ancaq gənclər birlikdə olmağa qərar verirlər. Gecə Akçura bağında iki şahidin iştirakı ilə o dövrlərin unikal nikah müqaviləsi imzalandı - "aldım-birdəm" ("aldı və verdi"). Səhər müqavilə Əsfəndiyar əfəndiyə təqdim olundu. Qızın atası fabrikdə işin dayandırılmasını və işçilərə çağırılmamış qonağı döyməyi əmr edib. Bu zaman Zöhrə eyvana qaçaraq: “Mən səninəm! Mən əbədi olaraq sənin olacam!" deyə qışqırdı. İsmayıl Qaspıralının üzərində qızılla işlənmiş şəhər qlavası formasının olması onu döyülməkdən xilas etdi. Belə ki, işçilər belə formada olan adama əl qaldırmağa cəsarət etmədilər. İsmayıl Qaspıralı öz haqlarını qorumaq ümidi ilə Ufaya müfti Səliməger Təfkilevi qəbuluna yollandı. Müfti şahidlərin iştirakı ilə bağlanmış müqaviləni qaydalara uyğun hesab etdi və məsələni sülh yolu ilə həll etmək üçün nəslin ağsaqqalı Timerbulat Kuramşinoviç Akçurini (1826-1906) görüşə dəvət etdi. Bundan sonra Akçurinlər toy şənliyi təşkil etmək qərarına gəldilər.[2]

Ayaz İshakinin İsmayıl Qaspıralının ölümündən sonra “İl” qəzetində dərc olunan toy məclisi ilə bağlı “İsmayıl bəy, Zöhrə xanım Qaspıralılar” adlı məqaləsi Akçurinlər ailəsində narazılıq yaratdı. İbrahim Akçurin və Məhbubcamal Akçurin cavab yazıları yazaraq, nigah hadisəsinin əvvəlcə iki ailənin münasibətlərinə kölgə salsa da, sonradan onlar arasında dostluğun yarandığını vurğulayıblar. Rizaəddin bin Fəxrəddin “Məşhur xanımlar” əsərində Zöhrə Akçurinanı “tatar qadınları arasında mirvari” adlandırır və qeyd edir ki, o, özünü maarifçiliyə həsr etmək istəyinin güclü olması səbəbindən qohumlarının fikir ayrılığına baxmayaraq, doğma Simbirsk vilayətini tərk edərək Krıma Baxçasaray şəhərinə gedib.

Qəzetdə fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1883-cü ilin aprelində 32 yaşlı İsmayıl Qaspıralı rustatar dillərində “Tərcüman-Tərcüməçi” qəzetini nəşr etmək üçün icazə alır. 21 yaşlı Zöhrə Akçurina ərinin təşəbbüsünü dəstəkləyir. O, cehiz və zinət əşyalarını qəzetlərin nəşrinə xərcləyirdi. 5-6 il ərzində bütün dizayn, sənədləşmə, qəzetə yeni abunəçilərin cəlb edilməsi ilə bağlı bütün işləri Zöhrə həyata keçirdi.

Qəzetin nəşri başlayanda həyat yoldaşı ilə birgə çap maşınını əl ilə çevirir, çap edir, çeşidləyir, qatlayır, ünvanı yazır, möhür vurur və poçt şöbəsinə təhvil verirdilər. Qəzetin növbəti nömrəsi abunəçilərə göndərildikdən sonra yenisi üzərində işləməyə başlayırdılar. İsmayıl Qaspıralı qəzetin rus bölməsi üçün adətən rus dilində məqalələr yazır, Zöhrə Akçurina isə yazılı mətnləri düzəldir, sadələşdirir və ərindən yaxşı bildiyi tatar dilinə tərcümə edirdi. Qəzet həftədə 1-2 nömrə çıxırdı. Kiçik formatlı qəzetin bir tərəfində rusca, digər tərəfində tatarca mətnlər olurdu.

Qəzetin tirajı da getdikcə artırdı. Əgər birinci ildə (1883) qəzetin 320 abunəçisi var idisə, 1884-cü ildə 406, 1885-ci ildə isə 1000 abunəçi olmuşdur. Qəzet öz xərclərini ancaq XX əsrin əvvəllərində qarşılamağa başladı. 20 il ərzində İsmayıl Qaspıralı və Zöhrə Akçurina onların işini davam etdirəcək tələbələrini hazırlaya bildilər. İsmayıl bəyin başqa şəhərlərə işləməyə getdiyi bir vaxtda qəzetin nəşri tamamilə Zöhrə Akçurinanın nəzarətində idi. O, məktublara cavablar yazır, qəzetdə Volqa-Ural bölgəsinə həsr edilmiş məqalələr hazırlayır və nəşr edirdi.

Qəzet artıq tamm şəkildə maliyyə cəhətdən özünü təmin edəndə Zöhrə Akçurina qəzetə işçilər götürdü. O, həmçinin qardaşlarını qəzetə cəlb etdi. Qəzetlə bağlı vəzifələrin bir hissəsini köməkçilərinə həvalə edərək, qızlar üçün nümunəvi məktəb yaradaraq onun üçün yeni bir vəzifə götürdü.[3]

Baxçasaray şəhərinin meri Mustafa Davydoviç Zuxra Akçurinanı “Rusiyada müsəlman qadınlar arasında ilk jurnalist” adlandırıb və Krım türkləri adından ona qızıl broş hədiyyə edib. Kazan nümayəndələri onu “xalqın anası” adlandırırdılar.[4]

1893-cü ildə Zöhrə Akçurina öz vəsaiti hesabına Bağçasarayda qızlar üçün yeni üsulla öz ibtidai məktəbi açıb. O. on il bu məktəbə rəhbərlik edib. Məktəbinə nümunə olaraq 1883-cü ildən Zincirli mədrəsəsində fəaliyyət göstərən oğlanlar üçün ibtidai məktəbi götürmüşdü.

1903-cü il aprelin 13-də Zöhrə Akçurina qarın yatalağı xəstəliyinə tutulmuş və 41 yaşında vəfat etmişdir. Onun məzarı ilk Krım xanlarının məqbərəsinin girişində yerləşir. İsmayıl Qaspıralı 1914-cü ildə vəfat edəndə Zincirli mədrəsəsinin ərazisində Zöhrə Akçurina ilə eyni qəbiristanlıqda dəfn edilib.

Rizaəddin bin Fəxrəddin qeyd edirdi ki, Zöhrə xanımın ölümündən sonra həyat yoldaşı İsmayıl bəyə Rusiya imperiyasının hər yerindən üç yüzə yaxın başsağlığı məktubu və teleqram gəlib.

2015-ci ilin avqustunda “Yusuf Akçura: irs və müasirlik” mövzusunda beynəlxalq konfrans keçirilib. Həm bu konfransda, həm də bir neçə gün əvvəl Kazanda, sonra Ulyanovskda və Starotimoşkino ailə mülkündə RusiyaTürkiyədən olan alimlər Akçurinlər ailəsinin tarixinə dair məruzələrlə çıxış ediblər. Bu konfrans çərçivəsində Starotimoşkino kənd kitabxanasına Zöhrə Qaspıralı-Akçurinanın adı verilib.[7]

  1. Хәмидуллин, Л.Х. "Акчурина Зөһрә Әсфәндияр кызы". Tatarica (tatar). İstifadə tarixi: 2023-06-06.
  2. Семберле Зөһрә Акчурина милләт анасы булды. Arxiv surəti 26 mart 2022 tarixindən Wayback Machine saytında «Аргументы и факты», 06.03.2014
  3. Габдулла Тукайга багышланган портал
  4. "krumza.livejournal.com". 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-26.
  5. Хаблемитоглу, Наджип. Шефика Гаспирали и тюркское женское движение в России (1893—1920). Стамбул: Toplumsal Dönüşüm. 2004 [Şefika Gaspiralı ve Rusya'da Türk Kadın Hareketi (1893-1920)]. 672. ISBN 975-6-44880-6.
  6. Евгений Пажитнов. Родословная Исмаила Гаспринского Arxiv surəti 5 may 2023 tarixindən Wayback Machine saytında
  7. Барыш районы сайты, 2017-01-19 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2016-07-28 "Источник". 2017-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-03-26.
  • ru:Татарский энциклопедический словарь. Казань: Институт татарской энциклопедии АН РТ, 1999. ISBN 0-9530650-3-0.
  • А. Х. Махмутова. Лишь тебе, народ, служенье. Казань: «Мәгариф», 2003.
  • А. Х. Махмутова. Пора и нам зажечь огонь свободы. Казань: ТКН, 2006.
  • Т. И. Биктимерова. Ступени образования до Сорбонны. Казань:, 2011.
  • А. Беляев. Историческая генеалогия татарского народа. Казань: ТКН, 2012. ISBN 978-5-298-02215-6.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]