Azərbaycan Liberal Partiyası

Azərbaycan Liberal Partiyası — Azərbaycanda mövcud siyasi partiyalardan biri.

Azərbaycan Liberal Partiyası
Loqonun şəkli
Sədri Əvəz Temirxan
Qurucu Lalə Şövkət
Lideri Lalə Şövkət
Quruluş tarixi 3 iyun 1995
Qeydiyyat tarixi 14 avqust 1995
Dağılma tarixi 24 iyun 2023
Bölünmə Azərbaycan Liberal Demokrat Partiyası (1999-2023)
İdeologiya liberalizm

Tarixi[redaktə | mənbəni redaktə et]

Lalə Şövkət dövrü (1995–2003)[redaktə | mənbəni redaktə et]

Azərbaycan Liberal Partiyası 3 iyun 1995-ci ildə sabiq dövlət katibi professor Lalə Şövkətin rəhbərliyi ilə Bərdə şəhərində təsis konfransında yaradılmışdır. Təsis konfransında partiyanın nizamnaməsi və proqramı qəbul edilmiş, ali orqanları seçilmişdir. Lalə Şövkət ALP-nin sədri seçilmişdir. 14 avqust 1995-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin kollegiyasının qərarı ilə dövlət qeydiyyatına alınmışdır.

Azərbaycan Liberal Demokrat Partiyasının ilk sədri Zakir Məmmədov Azərbaycan Liberal Partiyasının üzvü olmuşdur, lakin 1998-ci ildə sədr Lalə Şövkətin apardığı siyasətə etiraz etmiş və partiyadan istefa vermişdir.

1999-cu ildə 60%-i ALP-lilərdən ibarət Azərbaycan Liberal Demokrat Partiyası qurulmuşdur.

2003-cü il prezident seçkiləri[redaktə | mənbəni redaktə et]

Əvəz Temirxan dövrü[redaktə | mənbəni redaktə et]

24 iyun 2023-cü il tarixində partiya fəaliyyətini dayandırması ilə bağlı bəyanat yaydı.[1][2]

İdeologiyası[redaktə | mənbəni redaktə et]

İdeologiyasının əsasında insan haqlarının müdafiəsi, qanunun aliliyi durur. Proqramının hədəfi insan haqlarının üstünlüyünü təmin edən cəmiyyətin qurulmasıdır.

Partiya siyasi sistemdə mərkəz-sağ mövqedədir.

Strukturu[redaktə | mənbəni redaktə et]

Partiya 65 şəhər və rayon təşkilatı vasitəsilə yerlərdə fəaliyyətini davam etdirir.

Seçkili orqanları sədr, Siyasi Şura, Nəzarət-Təftiş Komissiyası və rayon təşkilatlarıdır.

Sədrləri[redaktə | mənbəni redaktə et]

1995-ci ildən 2003-cü ilə qədər ALP-nin sədri professor Lalə Şövkət idi. 2003–2010 illərində ALP sədrinin birinci müavini Əvəz Temirxan partiyanın sədr əvəzi kimi fəaliyyət göstərmişdir. 12 sentyabr 2010-cu il tarixində ALP-nin növbəti qurultayında Əvəz Temirxan partiyanın yeni sədri seçilmişdir.

Seçkilərdə[redaktə | mənbəni redaktə et]

2008-ci ilin prezident seçkilərində partiya boykot mövqeyində durmuşdur. 2005-ci ilin parlament seçkilərində 70 namizəd irəli sürmüş, bir namizəd parlamentə keçmişdir (Lalə Şövkət). Partiya 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində iştirak etməmişdir. Partiya parlamentdə iştirakdan etmişdir. 2013-cü il Azərbaycan Respublikası prezidenti seçkilərində 2013-cü ildə bəzi müxalif Azərbaycan siyasi partiyalar; tərəfindən yaradılmış Milli Şuraya Qatılmış və siyasi qurumun vahid namizədi Cəmil Həsənliyə dəstək verilməsi qərara alınmışdır.[3]

Parlament seçkiləri[redaktə | mənbəni redaktə et]

Seçki Sədr Majoritar Proporsional Cəmi
Səs % Mandat Səs % Mandat
1995

Lalə Şövkət
0 / 100
0 / 125
2000 1.29
0 / 100
0 / 25
0 / 125
2005
Əvəz Temirxan
1 / 125
1 / 125
2010
Əvəz Temirxan
2 224 0.09
0 / 125
0 / 125
2015 Partiya seçkilərdə iştirak etmədi.
2020
0 / 125
0 / 125

Simvolları[redaktə | mənbəni redaktə et]

Partiya bayrağı albalı rəngli fonunda şahə qalxan ağ atın ön hissəsinin şəkilindən ibarətdir. Partiya emblemi ağ fonda açıq göy rəngində stilləşdirilmiş ALP hərflərindən ibarətdir.

Maddi-texniki baza[redaktə | mənbəni redaktə et]

2005-ci ildən bəri partiya qərargahsızdır.[4].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycanda daha bir partiya özünü buraxdı: ALP-nin son BƏYANATI". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-24.
  2. "Lalə Şövkətin partiyası fəaliyyətini DAYANDIRDI". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-24.
  3. LALƏ ŞÖVKƏT MÜXALİFƏTİN VAHİD NAMİZƏDİLƏ GÖRÜŞÜB. lalashevket.az Arxivləşdirilib 2016-03-20 at the Wayback Machine  (az.)
  4. "Partiyalarımız hara sığınır?". 2010-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-02-04.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Tahirə Allahyarova, Fərhad Məmmədov. Azərbaycanda siyasi partiyalar: seçkidən seçkiyə. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi. Bakı: 2010, səh.121–122.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]