Şamil Cəmil oğlu Yusifov (3 fevral 1955, Kirovabad) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I çağırış üzvü.
Şamil Yusifov | |
---|---|
24 noyabr 1995 – 12 noyabr 2000 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 fevral 1955 (69 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Partiya |
|
Təhsili | Azərbaycan Dövlət Tibb İnstitutu və Azərbaycan Dövlət Universiteti |
Şamil Yusifov 1955-ci il fevralın 3-də Kirovabad şəhərində (Gəncə) anadan olub. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda müalicə işi üzrə ali, S. Kirov adına Azərbaycan Dövlət Universitetində isə hüquq üzrə ali təhsil alıb. Rus dilini bilir.Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olmuşdur. 1998-ci ildə istefa edərək Azərbaycan Demokrat Partiyasına (ADP) üzv olmuşdur.
Şamil Yusifov ailəlidir, 2 övladı var.
1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində 31 nömrəli Gəncə şəh. Kəpəz I dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Şamil Yusifov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Şamil Yusifov Milli Məclisin Sosial siyasət Daimi Komissiyasının (1995–1996), Hüquq siyasəti və dövlət quruculuğu Daimi Komissiyasının (1996–2000) və Azərbaycan—Birləşmiş Krallıq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[1][2]