Yusif Mustafa oğlu Nəbiyev (27 dekabr 1926, Şıxmahmud, Naxçıvan MSSR – 1 dekabr 1980, Mingəçevir) — Azərbaycan dövlət xadimi, Naxçıvan MSSR Nazirlər Sovetinin sədri (1970–1979), Azərbaycan Kommunist Partiyası Mingəçevir Şəhər Komitəsinin birinci katibi (1979–1980).
Yusif Nəbiyev | |
---|---|
iyun 1979 – 1 dekabr 1980 | |
Əvvəlki | Xalid Kərimov |
Sonrakı | Aydın Məmmədov |
7 may 1970 – 26 yanvar 1979 | |
Əvvəlki | Ramazan İsmayılov |
Sonrakı | İmran Mehdiyev |
1963 – 1970 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 dekabr 1926 |
Doğum yeri | |
Vəfat tarixi | 1 dekabr 1980 (53 yaşında) |
Vəfat yeri | |
Partiya |
|
|
|
Təltifləri |
Yusif Mustafa oğlu Nəbiyev 27 dekabr 1926-cı ildə Naxçıvan MSSR-in Şıxmahmud (hazırda Babək rayonu) kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1941-ci ildə Naxçıvan şəhərində Naxçıvan Peşə Kooperasiyası İttifaqında hesabdar kimi başlamışdır.[1] Sonra baş mühasib müavini və baş mühasib vəzifələrində işləmişdir.[2] 1943-cü ildən Tbilis Dəmir Yol Nəqliyyatı Mühəndisləri İnstitutunda oxumuş, 1945-ci ildə Naxçıvan Dövlət Müəllimlər İnstitutunun qiyabi şöbəsinə keçmişdir. 1946-cı ildə bu institutun fizika-riyaziyyat fakültəsini bitirdikdən sonra Naxçıvan fəhlə-gənclər orta məktəbində müəllim işləmişdir.[1]
Yusif Nəbiyev 1947–1950-ci illərdə SSRİ Nazirlər Soveti yanında peşə və istehlak kooperasiyası işləri üzrə baş şöbənin Naxçıvan MSSR üzrə inspektor-müfəttişi olmuşdur. Sonrakı illərdə Naxçıvan MSSR Maliyyə Nazirliyində büdcə şöbəsinin rəisi, dövlət inspektorluğunun büro müdiri vəzifəsində çalışmış, 1953–1956-cı illərdə Leninqraddakı SSRİ Maliyyə Nazirliyinin Ümumittifaq Ali Maliyyə Məktəbinin dinləyicisi olmuşdur.[1] 1956–1958-ci illərdə Naxçıvan Şəhər Maliyyə Şöbəsinin müdiri, 1958–1963-cü illərdə SSRİ Dövlət Bankının Naxçıvan MSSR Kontorunun müdiri vəzifəsində işləmişdir.[3][4]
Yusif Nəbiyev 1963–1970-ci illərdə Naxçıvan MSSR Dövlət Plan Komitəsinin sədri vəzifəsində çalışmış, 1970-ci ildən isə Naxçıvan MSSR Nazirlər Nazirlər Sovetinin sədri olmuşdur.[5] Həmin illərdə qiyabi yolla ÜİK(b)P Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbini[rus.] bitirmişdir.[2] 1979-cu ilin yanvar ayında Azərbaycan SSR Nazirlər Sovetində nəqliyyat şöbəsinin müdiri vəzifəsinə keçirilmiş, iyun ayında isə Azərbaycan Kommunist Partiyası Mingəçevir Şəhər Komitəsinin birinci katibi seçilmişdir.[1]
1946-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olan Yusif Nəbiyev Azərbaycan Kommunist Partiyasının XXVIII və XXIX qurultaylarında Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü seçilmişdir. 8-ci çağırış SSRİ Ali Sovetinin, 9-cu və 10-cu çağırış Azərbaycan SSR Ali Sovetinin[1] və 7–9-cu çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuşdur.[2] Üç dəfə "Qırmızı əmək bayrağı" ordeni, eləcə də "Əmək igidliyinə görə" medalı ilə təltif edilmişdir.[1]
Yusif Nəbiyev 1 dekabr 1980-ci ildə vəfat etmişdir.[3]