Züleyxa Həsənova (dövlət xadimi)

Züleyxa Məhərrəm qızı Həsənova (10 oktyabr 1923, Şuşa, DQMVbilinmir, Bakı, Azərbaycan) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR əhaliyə məişət xidməti naziri (1974–1983).

Züleyxa Həsənova
bayraq
Azərbaycan SSR əhaliyə məişət xidməti naziri
bayraq2
6 iyul 1974 – 22 fevral 1983
ƏvvəlkiZurab Muradəliyev
SonrakıAydın Məmmədov
bayraq
Mingəçevir Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədrl
bayraq2
1963 – 1974
Şəxsi məlumatlar
Doğum tarixi 10 oktyabr 1923(1923-10-10)
Doğum yeri
Vəfat tarixi bilinmir
Vəfat yeri
Partiya
Fəaliyyəti siyasətçi
Rütbəsi kiçik çavuş

O, 1923-cü ildə Şuşa şəhərində Məhərrəm bəy Həsənzadənin ailəsində anadan olmuşdur. İki yaşında olarkən atası vəfat etmiş və o, 14 yaşından anasının da toxucu kimi çalışdığı Şuşa trikotaj fabrikində işləməyə başlamışdır.[1] Daha sonra rayon sənaye kombinatının müsahibi olmuşdur.[2]

1942-ci ilin əvvəllərində Züleyxa Həsənova Sovet Ordusunun Hava Hücumundan Müdafiə Qoşunlarına, Bakının şimalında yerləşən 335-ci zenit-artilleriya alayında (1944-cü ildən — 131-ci zenit-artilleriya briqadası) xidmətə çağırılmışdır. 1945-ci ildə ordudan tərxis olunan Züleyxa Həsənova Yevlax şəhərində işə qəbul edilmiş və o, 1955-ci ilə kimi burada çalışmışdır.[1] 1956-cı ildən Azərbaycan Kommunist Partiyası Mingəçevir Şəhər Komitəsinin təlimatçısı, şöbə müdiri, katibi vəzifələrində işləmişdir. 1963-cü ildən Mingəçevir Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur. Azərbaycan KP MK yanında Ali Partiya MəktəbiniSov.İKP KM yanında Qiyabi Ali Partiya Məktəbini[ru] bitirmişdir.[2]

Züleyxa Həsənova 1974-cü ilin iyul ayından Azərbaycan SSR əhaliyə məişət xidməti naziri vəzifəsində işləmişdir. 1966-cı ildən Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü olmuşdur.[3] 1944-cü ildən ÜİK(b)P (Sov. İKP) üzvlüyünə qəbul edilmişdir. Azərbaycan SSR Ali Sovetinin 7–10-cu çağırış deputatı seçilmişdir.[4]

Züleyxa Həsənova 1974-cü ildən ildən ömrünün sonuna kimi Bakıda yaşamışdır. Mingəçevir şəhərində dəfn edilmiş və şəhərin mərkəzi küçələrindən birinə onun adı verilmişdir.[1]

  1. 1 2 3 Был такой Человек… // 1news.az (rus). 25 декабря 2013. 2022-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2022.
  2. 1 2 Һәсәнова Зүлејха Мәһәррәм гызы // Азәрбајҹан ССР Али Советинин депутатлары. Једдинҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1968. С. 355.
  3. Gasanova, Zuleikha Magerram kyzy // Who's Who in the Socialist Countries (ingilis). New York: Saur. 1978. səh. 173. ISBN 0-89664-011-6.
  4. Һәсәнова Зүлејха Мәһәррәм гызы // Азәрбајҹан ССР Али Советинин депутатлары. Онунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1982. С. 411.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]